Faiq Qürbətov: Azərbaycanda turizmin inkişaf potensialı böyükdür
17.04.2010 [14:37]
- Faiq müəllim, bu günlərdə ölkə Prezidenti tərəfindən Azərbaycanda 2010-2014-cü illəri əhatə edən Turizmin İnkişafına dair Dövlət Proqramı təsdiq olunub. Bu proqramın əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Azərbaycanda turizmin inkişafı ilə bağlı ilk Dövlət Proqramı 2003-2005-ci illəri əhatə edirdi. Həmin proqramın icrası tam başa çatdıqdan sonra biz onun nəticələrini ölkəmizə gələn turistlərin sayının artmasında, yeni turizm infrastrukturunun qurulmasında, turizm potensialının inkişaf etdirilməsində gördük. Təbii ki, bu uğurların davamını təmin etmək və mövcud potensialı daha da artırmaq üçün yeni proqrama ehtiyac duyulurdu. Və biz ötən illər ərzində yeni proqram üzərində çalışdıq. Yeni qəbul olunmuş Dövlət Proqramı sözsüz ki, vaxtında, yerində qəbul olunmuş sənəddir. Ən əsas məqamlardan biri də odur ki, dövlət başçısı vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun əsas istiqamətlərindən biri də məhz turizm sənayesidir. Bundan irəli gələrək, ölkə Prezidenti nəinki Azərbaycanda turizm sahəsinin inkişafına cavabdeh olan Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin, digər aidiyyatı qurumlara da müvafiq tapşırıq və göstərişlərini verib. İnanıram ki, proqramın icra olunduğu dövrdə qarşıya qoyulan bütün məsələlər yerinə yetiriləcək. Aidiyyatı nazirliklərlə yanaşı, turizm sahəsində çalışan sahibkarlar da bu proqramın icrasına yardımçı olacaqlar və nəticədə, bundan Azərbaycan dövləti qazanacaq.
- Siz 2003-2005-ci illəri əhatə edən proqrama toxundunuz. ümumiyyətlə, bu proqramın icrası nəticəsində əldə olunmuş nailiyyətləri necə xarakterizə edərdiniz?
- 2003-2005-ci illəri əhatə edən Dövlət Proqramının əsas məqsədlərindən biri Azərbaycanda turizm zonalarının müəyyən edilməsi idi. Hesab edirəm ki, buna nail olduq və bu gün də bu iş davam etdirilir. Yəni artıq Azərbaycanda hansı bölgədə hansı turizm formasının inkişaf perspektivlərinin mövcud olduğu aydındır və onların sənədləşdirilməsi prosesi gedir. Proqramda əksini tapan ikinci mühüm məsələ kadr hazırlığı ilə bağlı idi. Bu məqsədlə, Turizm İnstitutu yaradıldı və sevindirici haldır ki, bu il artıq institut ilk məzunlarını buraxacaq. 300 nəfər məzun müxtəlif turizm obyektlərində çalışacaqlar, onların da əldə etdikləri biliklər, təcrübələr gələcəkdə turizmin daha da inkişafına yardım edəcək. Bilirsiniz ki, Turizmin inkişafına dair Dövlət Proqramı ilə yanaşı, Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı da icra olunurdu. Bu proqrama uyğun olaraq, turizm sahəsində də açılmış yeni iş yerləri, xüsusən, turizm imkanları olan bölgələrdə əhalinin daha artıq gəlir əldə etməsinə şərait yaradıb. Belə ki, Bakıda müvafiq infrastruktur qurulub və Azərbaycanın 8 turizm potensiallı rayonlarında regional turizm informasiya treninq mərkəzləri yaradılıb.
- Bütövlükdə, ölkəmizdə turizmin inkişaf potensialını necə qiymətləndirmək mümkündür?
- ölkəmizin mədəni turizm potensialını qeyd etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda 6600-dən çox qeydiyyatdan keçmiş tarixi abidələr var və bunlar turizm marşrutlarının üzərində yerləşirlər. Digər tərəfdən, Azərbaycanın unikal təbiəti də istənilən turizm növü ilə məşğul olmağa imkan verir. Yay mövsümündə dənizdən, qış mövsümündə qış turizmindən istifadə olunur. Bilirsiniz ki, hazırda Qusarda Şahdağ milli parkının ərazisində böyük bir qış turizm bazası tikilir. Eyni zamanda, ölkəmizdə yüksək standartlara cavab verən infrastruktur qurulmaqdadır və bu da bir nöqtədən digər nöqtəyə çox qısa müddətdə və maneəsiz çatdırılmaya imkan verir. Həmçinin, Azərbaycan xalqının intellekti, qonaqpərvərliyi də turizmin inkişafında çox böyük önəm daşıyır. Maddi mədəniyyətdən danışarkən, mətbəxi və milli yeməkləri də vurğulamaq lazımdır. Qeyd etməliyəm ki, Azərbaycan mətbəxi turistlərdə böyük maraq oyadır. Azərbaycanın hər bir bölgəsinin özünəməxsus mətbəxi var. Eyni zamanda, sənətkarların əl işləri, aşıq mədəniyyəti və digər tarixi mədəniyyət və sənət nümunələri də turistləri özünə cəlb edir. Təbii ki, dövlət tərəfindən verilən dəstək də mövcud imkanların səfərbər olunması ilə yüksək turizm potensialının yaradılmasına və inkişafına imkan verir.
- Son illər turizmin inkişafı statistikada özünü necə göstərir? ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?
- Əgər 2009-cu ilin statistikasına nəzər salsaq, 1.4 milyona yaxın turist ölkəmizə səfər edib. Biz illər arasında müqayisə aparsaq, bu prosesdə hər il 10-15 faiz artımın olduğunu görərik. Əgər bunu bölgələrə bölsək, ən çox turist Bakı şəhərinə gəlib. Sonrakı yerdə isə, şimal istiqamətində yerləşən turizm obyektləri dayanır. Burada da Quba, Qusar rayonlarının adını çəkmək olar. Əgər turistlər regional marşrut üzrə ölkəmizə gəliblərsə, onlar Şamaxı, Şəki - Zaqatala zonalarına üz tuturlar. Yay aylarında Bakı, Abşeron, Nabran ərazisində yerləşən obyektlərə daha çox turistin gəlməsini müşahidə edirik. Təbii ki, bu da həmin ərazilərdə çimərliklərin mövcud olması ilə bağlıdır.
- Siz Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatorusunuz. İstərdik ki, bu layihə haqqında da məlumat verəsiniz?
- Azərbaycanda turizmin inkişafı layihəsi Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən layihədir. Əsas vəzifəmiz turizmin inkişafı nəticəsində, regionlarda və xüsusən, Bakı şəhərində turistlər üçün informasiya mərkəzlərinin yaradılması, həmçinin, bu informasiya mərkəzləri vasitəsilə regionlarda turizm sahəsində yeniliklərin təbliği, bu sahənin inkişafına yardımçı olmaq məqsədilə təlimlərin keçirilməsidir. Biz, həmçinin, Turizm İnstitutuna da texniki köməklik göstəririk. Bununla yanaşı, turizm sahəsində fəaliyyət göstərən iş adamları üçün mütəmadi təlimlər təşkil edirik, marketinq sahəsində araşdırmalar aparırıq. Bu proqram çərçivəsində üTT tərəfindən də dəstəklənən bir neçə konfransın, Turizm İnstitutunda qısamüddətli kursların keçirilməsi, marketinq sahəsində araşdırmalarımızın nəticəsini əks etdirən broşurların çap olunmasını planlaşdırırıq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

