Ana səhifə »  Müsahibə »  Ulu Öndər Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində Xilaskar missiyasını yerinə yetirdi
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində Xilaskar missiyasını yerinə yetirdi

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki mərhələ Azərbaycanın dövlətçilik tarixinə intibah dövrü kimi daxil olmuşdur. Bu dövrün birinci mərhələsi 1969-cu il 14 iyul tarixi ilə başlayır. Bu tarixi mərhələ haqqında fikirlərinizi bilmək istərdik.
- Ulu Öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan Böyük Azərbaycanlıdır. Bu unukal xüsusiyyəti ilə dünya siyasətində Onun rəqibi yoxdur. Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. Necə deyərlər, dahilər ən azı 100 ildən bir doğulur.
Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy, ədalət zəfər çalsın!”, - deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqqi mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı Məişət Kondisionerləri zavodu, Salyan Plastmas Emalı zavodu, Sumqayıtda Kompressor zavodu, Üst Trikotaj fabriki, Bakıda Tikiş, Ayaqqabı hissələri fabrikləri, Şampan şərabı zavodu, Cəncədə Ət kombinatı, Qənnadi fabriki, Əlvan Metallar Emalı zavodu, Lənkəranda Konserv zavodu, Çay fabriki, Naxçıvanda Şüşə Qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda Yunun İlkin Emalı fabriki və s. kimi böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi.
Ümummilli Lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 402 min ton taxıl, 1 milyon 151 min ton pambıq, 1milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi.
Ümumən, həmin illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə artdı.
“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”, - deyən möhtərəm Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.
Xüsusilə 1970-1980-ci illərdə Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şəraitin yaradılması təkcə elmi deyil, həm də böyük siyasi əhəmiyyəti olan hadisə idi. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, Ümummilli Lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə, strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksəkixtisaslı kadrlara olan ehtiyacı təmin edilir, digər tərəfdən, potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə Ulu Öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olduqları ölkələrdə şərəflə qoruyurlar
- Ümummilli Lider Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində xilaskarlıq missiyasını yerinə yetirmişdir. Bu missiyanın mahiyyəti və fəlsəfəsi nədən ibarətdir?
- Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası əslində, real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr Ulu Öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Müstəqilliyimiz üçün ən böyük təhdid mənbəyi Ermənistanın təcavüzkar siyasəti ilə bağlı idi.
Yeri gəlmişkən, burada bir həqiqəti də, xüsusi olaraq qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Prezident Ilham Əliiyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”.
Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnfilyasiya 1992-ci ildə 1174 faizə, 1993-cü ildə isə 1080 faizə çatmışdı. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.
Ümummilli Lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyət azadlığı və toxunulmazlığı, habelə onun hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əksolunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan başqa, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insana amnistiya şamil edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.
Bu prosesdə - demokratik dövlət quruculuğu istiqamətində Ümummilli Liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva 2018-ci ilin 28 fevral tarixində Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli, dinamik və hərtərəfl inkişaf yolu ilə irəliləməkdədir. Bu inkişaf yolunu şərtləndirən amilləri necə xarakterizə etmək olar?
- Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin 52-ci ildönümünü Onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni tam xarakterizə edən ifadələrdir. Sözün həqiqi mənasında, son 18 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürmüşdür. Azərbaycan bü gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ökləmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliymizi şərtləndirir. Sabitliyimizin və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalıqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın öz Prezidentinə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə Onun hər hansı beynəlxalq siyasi dairənin və ya dövlətin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və nüfuz sahibi olmuşdur. Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının Özünün qeyd etdiyi kim, ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydən ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol ardıcıl, sistemli, davamlı və dərinləşən islahatlar yoludur. Bu yol bizə Ulu Öndər Heydər Əliyevdən miras qalmışdır. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olmuşdur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır. Məhz həmin siyasətin sayəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

 
  • Oxunub:  3900  |  
  • Tarix:  15-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

05 Avqust 21:20
Mübariz Qurbanlı: Ölkəmizdə milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin təbliği istiqamətində kompleks tədbirlər görülüb
05 Avqust 21:08
Azərbaycanda koronavirus infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb
05 Avqust 20:58
Azərbaycanın Baş prokuroru Sədərək rayonunda hərbi hissədə olub
05 Avqust 20:55
Türkiyənin üz-üzə qaldığı fəlakət və Azərbaycan qəhrəmanlarının şücaəti barədə FOTOREPORTAJ - VİDEO
05 Avqust 20:06
Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisdə yanğın bölgəsində olub
05 Avqust 19:54
İranın yeni Prezidentinin andiçmə mərasimi keçirilib
05 Avqust 19:36
Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşları ilə görüşüb
05 Avqust 19:31
Azərbaycan ilə İraq arasında İKT sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
05 Avqust 19:30
Azərbaycan FHN-in qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy İstilik Elektrik stansiyalarını mühafizəyə götürüb
05 Avqust 19:25
AZAL 20 ölkədən Azərbaycana giriş-çıxış üçün icazə ilə bağlı məlumat yayıb
05 Avqust 19:23
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır
05 Avqust 19:17
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib
05 Avqust 19:12
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
05 Avqust 18:25
YAP Samux rayon təşkilatının VIII hesabat konfransı keçirilib
05 Avqust 17:11
Havaların isti və quraq keçməsini nəzərə alaraq vətəndaşlara təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmək tövsiyə olunur
05 Avqust 16:59
Hikmət Əlizadə: Meşələrə oduncaq mənbəyi kimi baxılmamalıdır
05 Avqust 16:54
Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı başa çatıb
05 Avqust 16:44
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə növbəti görüş keçirilib
05 Avqust 16:24
Suraxanı rayonunda şəhid Əhməd Kərimovun məzarı ziyarət olunub
05 Avqust 16:07
“YAŞAT” düşərgəsinin üçüncü həftəsində konsert proqramı təşkil olunub
05 Avqust 16:05
XII Qəbələ Musiqi Festivalı başa çatıb
05 Avqust 15:56
Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar
05 Avqust 15:36
Prezident İlham Əliyev Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb
05 Avqust 15:19
Barselona 2026-cı ildə dünyanın memarlıq paytaxtı olacaq
05 Avqust 15:16
Türkiyənin Kəmərköy İES-nə yaxın ərazidə baş verən meşə yanğınları söndürülüb
05 Avqust 13:53
YAP Şəmkir rayon təşkilatının X hesabat konfransı keçirilib
05 Avqust 13:31
Milli Məclisin sədri Sahibə Qafarova İranda səfərdədir
05 Avqust 12:59
Azərbaycanın və Türkiyənin XİN rəhbərləri meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər
05 Avqust 12:58
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 40,2 milyon dollar olub
05 Avqust 12:54
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir
05 Avqust 12:52
Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək
05 Avqust 12:41
FHN Ağsu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb
05 Avqust 12:07
İqtisadiyyat naziri: Altı ayda aktiv vergiödəyicilərinin sayı artıb
05 Avqust 12:04
Füzuli Əsədov: Türkiyədə yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaşı iştirak edir
05 Avqust 11:58
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
05 Avqust 11:42
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə yola düşüb
05 Avqust 10:31
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
05 Avqust 10:19
Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlıq uğurla davam etdirilir
05 Avqust 09:53
Elman Nəsirov: Növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur
05 Avqust 09:30
Rəcəb Tayyib Ərdoğan: Yardımımıza gələnlər arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir
05 Avqust 09:15
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir
05 Avqust 09:10
Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir
05 Avqust 09:06
Fəqət Şadlinskaya: Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdır
05 Avqust 09:04
YAP Səbail rayon təşkilatının üzvləri şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər
05 Avqust 09:02
Şəmkirdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
05 Avqust 09:00
Şəhid Qara Balakişiyevin məzarı ziyarət olunub
05 Avqust 08:56
Asim Mollazadə: Ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir
05 Avqust 08:55
Əsli Kazımova: Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır
05 Avqust 08:53
Arzuxan Əlizadə: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
05 Avqust 08:52
Qabil Hüseynli: Bu iddiaların heç bir əsası yoxdur

05 Avqust 08:49
Radikal müxalifətin süni gündəm yaratmaq cəhdləri iflasa məhkumdur

05 Avqust 08:47
Ermənistanda siyasi gərginlik səngimir
05 Avqust 08:43
Firuddin Əliyev: Son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir
05 Avqust 08:38
Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir
05 Avqust 08:36
Uşaqlarda allergiya yaradan qidalar...
04 Avqust 20:10
Azərbaycanda koronavirus infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb
04 Avqust 19:35
YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
04 Avqust 18:48
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
04 Avqust 18:26
Təhsil naziri: Müəllimlərin işə qəbulu müsabiqəsində bütün fənlər üzrə vakansiyalar bu gün açılacaq
04 Avqust 18:15
Fövqəladə hallar nazirinin müavini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb
04 Avqust 17:34
“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb
04 Avqust 17:32
Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
04 Avqust 17:28
Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb
04 Avqust 17:17
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARI: İKİLİ DİPLOM VƏ TEXNOLOGİYA PARKI
04 Avqust 16:43
YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib
04 Avqust 16:30
Pir Nur-ul Həqq: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Pakistanda milli Qələbə kimi qarşılanıb
04 Avqust 16:18
Mədəniyyət Nazirliyinin aparat rəhbəri ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib
04 Avqust 16:14
Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub
04 Avqust 15:37
Ötən müddət ərzində ali qanunverici orqan yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm nailiyyətlərə imza atmışdır
04 Avqust 15:36
V.Jirinovski beynəlxalq aləmdə mənfi reputasiyaya malik siyasətçi imicinə malikdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+23 +26