/ / Kipr türk xalqı olaraq azərbaycanlı qardaşlarımızla hər müstəvidə əlaqələrin inkişaf etdirilməsini istəyirik
Kipr türk xalqı olaraq azərbaycanlı qardaşlarımızla hər müstəvidə əlaqələrin inkişaf etdirilməsini istəyirik
03.07.2010 [10:21]
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Dərviş Əroğlu 1938-ci ildə Mağusanın Ərqazi kəndində anadan olub. İlk olaraq kənd məktəbində təhsil alıb və sonra orta təhsilini Mağusa Namiq Kamal Liseyində tamamlayıb. 1963-cü ildə İstanbul Universitetinin tibb fakültəsinin məzunu olub və 5 il Qazi Mağusa bölgəsində həkim kimi çalışıb. Daha sonra Ankara Nümunə Xəstəxanasında uroloji ixtisası üzrə təhsilini artırıb. 1972-1976-cı illər arasında Qazi Mağusa Dövlət Xəstəxanasında urologi üzrə mütəxəssis kimi çalışıb. 1976-cı il parlament seçkilərində Ulusal Birlik Partiyasında Qazi Mağusa millət vəkili seçilib. 1976-1977-ci illərdə təhsil, mədəniyyət və idman naziri olub. 1977-1983-cü illər arasında Ulusal Birlik Partiyası (UBP) Qazi Mağusa ilçə başqanı olub. 1983-cü ildə təşkil edilən Qurucu Məclisdə məclis üzvü kimi fəaliyyət göstərib.
1983-cü ilin dekabrında UBP-nin sədri seçilib. Eyni zamanda, 1981, 1985, 1990, 1993 və 1998-ci illərdə keçirilən parlament seçkilərində UBP-dən Qazi Mağusa millət vəkili seçilib. 1985-ci ilin parlament seçkilərindən sonra baş nazir postuna təyin edilib və 1993-cü ildə keçirilən növbədəkənar parlament seçkilərinə qədər bu postda qalıb. Həmin il keçirilən seçkilərdən sonra isə 1 yanvar 1994-cü ildən 16 avqust 1996-cı ilə qədər ana müxalifət partiyasının sədri kimi fəaliyyət göstərib. 1996-cı ildən sonra UBP-DP koalisiya hökumətində yenidən baş nazir olaraq görəv alıb. Dərviş Əroğlu, eyni zamanda, 30 dekabr 1998-ci ildə Toplumçu Demokrat Partiyası ilə 6-cı Əroğlu koalsiya hökumətini, 7 iyun 2001-ci ildə Demokrat Partiyası (DP) ilə 7-ci Eroğlu kolasiya hökumətini quraraq, ölkəyə baş nazirlik edib. 2003-cü ildə keçirilən seçkilərdən sonra parlamentdə ana müxalifət partiyasının lideri kimi fəaliyyət göstərib. Bir müddət partiyanın rəhbərliyindən də uzaqlaşan Dərviş Əroğlunun yenidən UBP-nin sədri postuna qayıtması isə nəinki partiya, həm də ölkə daxilində əsaslı dönüşə təkan verib. Belə ki, 2009-cu ilin aprelində ŞKTC-də keçirilən növbədəkənar parlament seçkilərində Dərviş Əroğlunun rəhbəri olduğu UBP 44,01 faiz səs toplayaraq qələbə qazanıb və 50 yerlik parlamentdə 26 millət vəkili ilə təmsil olunaraq, təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib. Beləliklə, yenidən ŞKTC-nin baş naziri olan Dərviş Əroğlu bu ilin aprelində keçirilən prezident seçkilərində də qalib gələrək, ölkənin üçüncü prezidenti olub. ŞKTC prezidetinin qəzetimizə eksklüziv müsahibəsini təqdim edirik.
- Cənab prezident, artıq xeyli müddətdir ki, Şimali Kipr Türk Cümhuriyyəti öz varlığını qorumaq uğrunda mücadilə aparır. Lakin bəzi dairələr bunu sanki dünyaya meydan oxumaq kimi dəyərləndirirlər...
- Əsla, biz dünyaya meydan oxumuruq, sadəcə, Kiprdəki varlığımızı və bərabər haqlarımızı müdafiə edirik. Şimali Kipr Türk Cümhuriyyəti dövlətinin elan edilməsinin səbəbi bu haqlarımızı, həmçinin, Kiprdəki bərabər, suveren varlığımızı tarix və insanlıq önündə ortaya qoymaqdır. Bununla belə, dövləti elan etməklə, “bu yolun sonudur” demədik. Kiprin rum tərəfi ilə BMT Baş katibinin xoş niyyətli missiyası çərçivəsində yeni ortaqlıq qurmağa yönəlik danışıqları davam etdiririk. Bu günə kimi davam edən danışıqlarda 2010-cu ilin sonuna qədər bir nəticə əldə etməyi hədəfləyirik. Uzun illər müxtəlif səviyyələrdə xalqımıza xidmət etmiş və 18 il baş nazir kimi fəaliyyət göstərmiş bir şəxs olaraq təcrid və embarqolar altında olan bir ölkəyə rəhbərlik etməyin çətinliklərini çox gözəl bilirəm. Bu səbəblə rum tərəfi ilə ədalətli və uzunömürlü bir razılaşmaya nail olmağı ən çox istəyənlərdənəm. Qısa bir müddət öncə prezident seçilməyim mənə bir də bu danışıqlarda müzakirəçilik statusu verib. Bu statusla ədalətli və uzunömürlü bir çözüm arayışlarını davam etdirərkən xalqımın bərabər haqq və maraqlarını danışıqlar masasında müdafiə etmək və qorumaq mənim borcumdur.
- Əksər müşahidəçilərin fikrincə, Siz ŞKTC-yə olduqca çətin bir dönəmdə prezident seçilmisiniz. Belə bir şəraitdə dövlət başçısı olaraq əsas hədəfləriniz nədir?
- Prezidentlik çətin olduğu qədər şərəfli bir vəzifədir. Bir daha bəyan edirəm ki, bizim ilin sonuna qədər əsas hədəfimiz Kiprdə ədalətli və uzunömürlü bir razılaşmanın əldə olunmasıdır. Düzdür, əsl vəzifəm olan ŞKTC-ni yaşatmaq və ucaltmağın bu məqsədlə uyğun gəlmədiyini düşünənlər var. Halbuki, rum tərəfilə aramızdakı iqtisadi və siyasi fərqi ortadan qaldırmaq, heç olmazsa azaltmaq, yeni bir ortaqlıq zəminində razılaşmanın əldə olunmasını asanlaşdıracaq.
- Elə isə danışıqlarda ŞKTC-nin “olmazsa-olmazı” nədən ibarətdir?
- Siyasi bərabərlik, bərabər suverenlik, bərabər statusda iki Qurucu Dövlətin varlığı ilə Türkiyənin təsirli və real təminatının davamı “olmazsa-olmaz”larımız arasındadır. Anlaşmanın Avropa İttifaqının əsas sənədi kimi qəbul edilməsi, əldə ediləsi bir razılaşmanın uzunömürlülüyünün təmin olunması baxımından vacibdir. Hazırlaya biləcəyimiz bir çözüm iki xalqın eyni vaxtda və ayrı-ayrı referendumuna təqdim ediləcək.
- Hazırda ŞKTC-nin dünya ölkələri ilə əməkdaşlığı istiqamətində hansı addımları atmağı planlaşdırırsınız?
- Dünyanın müxtəlif mərkəzlərində yeni təmsilçiliklər açır, iqtisadi, sosial və mədəni əlaqələrimizi genişləndirməyə çalışırıq. Avropa İttifaqı ilə birbaşa ticarət əlaqələri reallaşdırmağımız, bu istiqamətdə önəmli bir addım olacaq. Orta Asiya ölkələri və İslam ölkələri ilə əlaqələrimizin genişləndirilməsi bizim baxışımızdan xüsusilə önəm daşıyır. Eyni zamanda, ŞKTC-də fəaliyyət göstərən 7 universitetimiz beynəlxalq aləmlə daha yaxın əlaqələr qurmaqda önəmli bir körpü rolunu oynamaqdadır.
- Bəs, Azərbaycanla bağlı nə deyə bilərsiniz?
- öncə onu qeyd etmək istəyirəm ki, qardaş Azərbaycanla əlaqələrimz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər və universitetlərimizdə ali təhsil alan azərbaycanlı tələbələr bu qardaşlıq əlaqələrinin çox önəmli bir parçasıdır. Eyni ulusun cocuqları olaraq bu əlaqələrin daha da genişləndirilməsi əsas hədəflərimiz arasındadır. Bu bir danılmaz həqiqətdir ki, Böyük lider və dövlət adamı Heydər Əliyev Azərbaycanın müstəqillik və azadlıq simvoludur. 2002-ci ildə Ona ilin adamı ödülünün verilməsi təsadüfi deyildi. Bu dahi şəxsiyyəti sayğı və rəhmətlə anırıq. Prezident İlham Əliyevi qardaş bir ulusun lideri olaraq sayğı ilə salamlayır, xalqımızın salam və sevgilərini çatdırıram. Azərbaycan torpaqlarının beşdə birini işğal edən və minlərlə qardaşımızı şəhid edib, bir milyona yaxın insanı qaçqın vəziyyətinə salan erməni işğalını qınayırıq. Cənab Əliyevi bir gün ölkəmizdə görməkdən böyük xoşbəxtlik və fəxr duyacağımızı da xüsusi olaraq bildirmək istəyirəm.
- Bir zamanlar UBP-nin sədrliyindən uzaqlaşarkən Sizə ünvanladığım suala “Xalqım istərsə nəinki partiyanın, hətta hökumətin və dövlətin başına keçməyə hazıram” cavabını verdiniz. Xalqınız istədi və Siz əvvəl baş nazir, sonra isə prezident oldunuz. Bəs, hazırda xalqın istəklərinə cavab verə bilirsinizmi?
- öncə məni bu şərəfli vəzifəyə gətirən xalqıma təşəkkürlərimi bildirmək istəyirəm. Xalqın hökumətdən və dövlətdən istədiyi, yaxşı və ədalətli idarəçilik, həmçinin, rum tərəfi ilə aparılan müzakirələrdə masa arxasında haqlarımızın dolğun bir şəkildə müdafiə edilməsidir. Bu vəzifələrimi uğurla yerinə yetirmək üçün var gücümlə çalışıram və çalışacağam.
- ŞKTC-nin qurucu prezidenti Rauf Denktaş ölkəyə rəhbərlik etdiyi dönəmlərdə hökumətin qorunması üçün zaman-zaman UBP-nin dəstəyinə ehtiyacı olub. Bu gün isə Sizin prezidentlik etdiyiniz ŞKTC-də UBP hökumətinin hakimiyyətdə qalması üçün Rauf Denktaşın oğlu Sərdar Denktaşın rəhbərlik etdiyi DP-nin dəstəyi önəmli rol oynayır. Bu bir təsadüfdür, yoxsa alın yazısı?
- Bu demokratik yaşamın vazkeçilməz bir parçası olan siyasi partiyaların dövlətlə əlaqələrinin bir gərəyi olaraq ortaya çıxıb. Məqsəd hamımızın inandığı bir dava uğrunda mübarizədə siyasi fərqliliklərimizi bir kənara buraxıb, dövlətin yaşadılması naminə əməkdaşlıq etməkdir.
- ŞKTC prezidenti kimi fəaliyyətinizlə bağlı qurucu prezident Rauf Denktaşla məsləhətləşmələr aparırsınızmı?
- İstər qurucu prezident cənab Rauf Denktaş, istərsə də sələfim cənab Mehmet Əli Tələtlə xüsusilə Kipr məsələsində onların fikirlərindən faydalanmaq məqsədilə təmas və məsləhətləşmələrim olur.
- Qəzetimiz vasitəsilə Azərbaycan xalqına və oxucularımıza nə deyərdiniz?
- Azərbaycan xalqına və oxucularınıza qardaş Kipr türk xalqının ən içdən gələn salam və sevgilərini göndərirəm. Kipr türk xalqı olaraq azərbaycanlı qardaşlarımızla hər müstəvidə əlaqələrin inkişaf etdirilməsini istəyirik. Qapılarımız sizə açıqdır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

