Yeni attestasiya qaydalarının tətbiqi AMEA-da ixtisarlar aparmağa imkan verəcək
02.07.2010 [10:50]
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun APA-ya müsahibəsi:
- “Azərbaycan Respublikasında elmin inkişafı üzrə milli strategiya” çərçivəsində hansı işlər görülür?
- “Elmin inkişafı üzrə milli strategiya”nın həyata keçirilməsi ilə əlaqədar Respublikada Elmin Təşkili və Əlaqələndirilməsi Şurası yaratmışıq. Bütün səlahiyyətlər demək olar ki, bu şuraya həvalə edilib. Şura artıq öz işinə başlayıb. Onlar müxtəlif sahələr üzrə elmin vəziyyətini öyrənərək, monitorinq aparır, müxtəlif təkliflər verirlər. Elmi infrastrukturun daha da təkmilləşdirilməsi, kadrların səmərəli istifadəsi ilə bağlı təkliflər hazırlanaraq akademiyanın Rəyasət Heyətinə təqdim ediləcək. Təkliflər müzakirə edilib qəbul olunduqdan sonra icrası üçün tədbirlər görüləcək. Eyni zamanda, alimlərin sosial statusunu əks etdirən sənədlər, onların sosial şəraitinin yaxşılaşdırılması, alimlərin attestasiyası və digər proseslərin həyata keçirilməsi üçün normativ baza da olmalıdır. İndi bu sahədə həm hüquqşünas, həm də digər alimlərimiz birlikdə sənədlər hazırlayırlar.
- Alimlərin attestasiyası üçün yeni qaydalar hazırlanır. Bu qaydalar əvvəlkindən nə ilə fərqlənəcək?
- Mövcud sənəddə attestasiya yalnız elmi işçilərin bir vəzifədən digər vəzifəyə keçirilməsini nəzərdə tutur. Ancaq onların işdən azad edilməsi mümkün deyil. Bizim hazırladığımız yeni attestasiya qaydalarında bu müddəalar öz əksini tapacaq. Yeni qaydalar bundan sonra bizə imkan verəcək ki, elmi kadrlardan daha səmərəli istifadə edək, yaxşı işləyənlərin vəzifələrinin artırılmasını təmin edək, yaxud işləməyənləri işdən azad edək. Qəbul olunandan sonra yeni attestasiya qaydaları tətbiq ediləcək. Yəqin ki, bu, payızda mümkün olacaq.
- Alimlərin, aspirantların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hansı tədbirlər nəzərdə tutulur?
- Bununla bağlı da bizə tapşırıqlar verilib. Artıq hazırlıq işləri görülür. Hesab edirəm ki, gənc alimlərin mənzillə təminatı, onların sosial vəziyyətinin yaxşılaşdırılması üzrə dövlət proqramı olmalıdır. Biz tərəfdən belə bir proqram hazırlanaraq hökumətə təqdim ediləcək. Bu proqramda evsiz alimlərin evlə təminatı da öz əksini tapacaq. Akademiyanın hazırda gənc alimlərini evlə, yaxud yataqxana ilə təmin etməyə imkanı yoxdur. Ona görə də, hesab edirik ki, bu sahə üzrə ayrıca bir dövlət proqramı qəbul edilsə, bu problemlərin həlli həmin proqram üzrə mümkün olacaq.
- Alimlərin əmək haqlarının artırılması ilə bağlı yeniliklər gözlənilir?
- Açıq deyirəm ki, biz tərəfdən bununla bağlı təkliflər hazırlanmır. Prezident öz çıxışlarında bildirib ki, bu il büdcədə çalışanların əmək haqları artırılacaq. Biz də bunu gözləyirik və ümid edirik. Artımın nə qədər olacağını bilmirəm. Amma hər halda əmək haqlarının artımı olmalıdır, bu, gözlənilir. Əsasən elmi işçilərin əmək haqlarının artımı gözlənilir, amma akademiyada çalışan bütün işçilərin də əmək haqları artırıla bilər.
- ötən il doktoranturaya qəbul keçirilmədi. Bu ilki qəbulda 2009-cu il üçün də yerlər ayrılacaqmı?
- Həm doktoranturaya qəbul qaydaları, həm də doktorantura haqqında əsasnamə artıq bütün müvafiq təşkilatlarla razılaşdırılıb. Buradakı bütün mübahisəli məsələlər öz həllini tapıb. çox güman ki, yaxın vaxtlarda bu sənəd təsdiqlənəcək. 2009-cu il üzrə doktoranturaya qəbul üçün yerlərin ayrılacağına ümid etmirəm. Açığı, biz bu ili nəzərdə tutmuşuq. çox güman ki, belə də olacaq.
- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin akademiyanın işinə ciddi iradlar bildirməsindən sonra AMEA-da hansı dəyişikliklər baş verib?
- Cənab Ramiz Mehdiyevin məqaləsində əsasən Azərbaycanda humanitar və ictimai elmlərin vəziyyəti və problemləri haqqında söhbət açılır. Bu məqalə akademiyada da çox ciddi müzakirə edilib. Müəyyən tədbirlər planı hazırlanıb. Hazırda bu istiqamətdə işlər aparılır. Ramiz Mehdiyev bir çox məsələlərə, o cümlədən, plagiatlığa toxunub. Artıq plagiatlıqla bağlı iş görülüb. Ciddi tapşırıqlar vermişik, bu işlə məşğul olan bəzi şəxslər cəzalandırılıb. Cəzalandırılanlar əsasən Fəlsəfə İnstitutunda çalışan elmi rəhbərlərdir. Onlar artıq elmi rəhbərlikdən məhrum olunublar, bəziləri, hətta, vəzifələrindən azad edilib. Həm şura sədrlərinə, həm institut direktorlarına tapşırıq verilib ki, bu məsələdə daha prinsipial mövqe tutsunlar.
- Bəs, nöqsanların qarşısını almaq üçün görüləcək digər tədbirlər hansılardır?
- Bunlar humanitar və ictimai elmlər bölməsində mövzuların, mühüm istiqamətlərin seçilməsi, tədqiqatların səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Məsələn, azərbayçancılıq ideyasının işlənməsi və tətbiqi üçün də müəyyən tədbirlər planı hazırlamışıq. çalışacağıq ki, bizə ünvanlanan iradları nəzərə alıb işimizi təkmilləşdirək.
- Cəzalandırılanlar Fəlsəfə İnstitutunda çalışanlar olub. Belə çıxır ki, plagitalıq yalnız bu institutda baş verib?
- Əfsuslar olsun ki, bu hal daha çox həmin institutda mövcuddur. Mən deyə bilmərəm ki, plagiatlıq başqa institutlarda yoxdur. Başqa institutlarda da bu kimi hallar var. Ancaq bundan sonra çalışacağıq ki, belə halların qarşısını alaq.
- Akademiyada ixtisarlar gözlənilirmi?
- Əgər yeni attestasiya qaydalarını tətbiq etsək, bu, bizə ixtisarlar aparmağa imkan verəcək. Həm elmi işçilər, həm də digər elmə xidmət göstərən insanlar ixtisara düşə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

