Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyub

Ulu öndər Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyub

14.07.2010 [08:04]

Ziyafət Əsgərov: Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun SİA-ya müsahibəsi:
- Ziyafət müəllim, Ulu öndər Heydər Əliyevin 1969-cu il 14 iyulda respublika rəhbərliyinə gəlişini necə dəyərləndirirsiniz?
- Ulu öndər Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyub. Bu yol güclü, qüdrətli, zəngin, lider yolu deməkdir. 1969-cu il iyulun 14-də Ulu öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçildi. Hər bir azərbaycanlı bunu çox yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinə inanırdı. Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. ümummilli lider Heydər Əliyev gələcək müstəqil dövlətin köklü əsaslarını hakimiyyətinin ilk dövründə yarada bilmişdi. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Dahi insanın Azərbaycana rəhbər seçilməsi, Azərbaycanı idarə etməsi Sovet Azərbaycanının tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. O vaxt Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olan müttəfiq respubikalar içərisində geridə qalmış respublikalardan biri idi. Ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində inkişaf başlandı. Sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başlandı. Bu, əlbəttə, Ulu öndərin şəxsiyyəti, titanik fəaliyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi. Azərbaycan Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində öncül yerə keçdi. Bu isə Sovet dövrü üçün çox böyük bir hadisə idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirildi. Azərbaycanda insanların dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində Ulu öndərin xidmətləri əvəzsizdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra separatçı qüvvələri öz yerlərində oturtdu, insanlarda cəmiyyətə, dövlətə, məmləkətə inam yaratdı, insanlar küçədə azad hərəkət etməyə başladılar. Azərbaycana uğur gətirən müxtəlif layihələrə imza atıldı. Azərbaycanda bugünkü inkişafın təməlini qoyan Ulu öndər Heydər Əliyev yolu var və təbii ki, Onun qoyduğu yol hər bir azərbaycanlı üçün müqəddəs yoldur. Hər bir azərbaycanlının borcudur ki, Azərbaycan dövlətinin daha da yüksəlməsinə öz töhfəsini versin.
- Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məşhur avqust plenumunda qarşıya qoyulan vəzifələrin icra olunması nəyə hesablanmışdı?
- Bu vəzifələr Azərbaycanın birinci növbədə hərtərəfli irəliyə getməsinə hesablanmışdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə Azərbaycan geridə qalmış aqrar bir ölkə hesab olunurdu. Avqust plenumunda qarşıya qoyulan əsas məqsəd və vəzifələr ondan ibarət idi ki, Azərbaycan sənaye-aqrar dövlətinə çevrilməlidir. ölkəmizin hərbi dövlət quruculuğunda da xeyli işlər görüldü. Cəmşid Naxçıvanski adına məktəb Ulu öndərimizin xeyir-duası ilə açıldı. Eyni zamanda, insanların sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılması, bir sözlə, Azərbaycanın yüksək bir zirvəyə qalxması baxımından, avqust plenumunda qarşıya qoyulan vəzifələrin çox böyük rolu oldu. ümummilli lider Heydər Əliyev bütün bu işlərin öhdəsindən çox böyük məharətlə gəldi. Onun böyük iradəsi sayəsində, bu gün Azərbaycan xalqı ən yüksək zirvələri belə fəth etməyə qadirdir. Heydər Əliyev və Azərbaycan adı bir-birinə sıx bağlıdır. ümummilli liderimiz Azərbaycanı, Azərbaycan xalqını dünyaya tanıtdı.
- 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 1969-cu illər arasında oxşar və fərqli cəhətlər nədən ibarətdir?
- Fərqli cəhət ondan ibarətdir ki, biz 1993-cü ildə formal olaraq artıq müstəqil dövlətdə yaşayırdıq. Hər kəsə məlumdur ki, 1993-cü ilə qədər Azərbaycanda durum heç də ürəkaçan deyildi. Azərbaycan dövlətçiliyinin təhlükə qarşısında olmasına baxmayaraq, Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəldi. Əgər Heydər Əliyev o zaman hakimiyyətə gəlməsəydi Azərbaycanın müstəqilliyi təhlükə altında qalardı. Oxşar cəhət isə ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyev yenə də əvvəlki tükənməz gücü ilə Azərbaycanı qurub-yaratmağa başladı. çünki bu dəfə söhbət Ulu öndər Heydər Əliyevin arzuladığı müstəqil Azərbaycanın qurulmasından gedirdi. Onun yenidən hakimiyyətə qayıtması Azərbaycanın qurtuluşu idi. Azərbaycanı dünyanın müxtəlif bölgələrindən tanımağa başladılar. Bu mənada 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının tarixinin qızıl səhifəsidir. Bu səhifə getdikcə daha da dəyərli olacaq. Ona görə dəyərli olacaq ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan tarixinin sınaq günü idi. ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”. Bu gün artıq Azərbaycan dövləti dünyanın nüfuzlu dövlətləri ilə rəqabət aparır, dünyanın ən inkişaf etmiş dövlətləri ilə danışıqlara gedir, münasibətlər qurur. Azərbaycan dövlətinə müstəqil, hüquqi, beynəlxalq bir dövlət kimi yanaşırlar. Azərbaycanda gedən prosesləri yaxşı mənada qəbul edirlər. Xaricdən gələn qonaqlar Azərbaycanın inkişafını dəstəkləyir və Azərbaycanın, Bakı şəhərinin çox dəyişdiyini, güclü, sürətli inkişaf etdiyini söyləyirlər.
- Hakim Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə necə hazırlaşır?
- Ulu öndər Heydər Əliyev ideyalarının tərənnümçüsü olan bu güclü siyasi təşkilat Azərbaycan xalqının istək və arzularının yeganə təminatçısıdır. Bu gün Azərbaycan cəmiyyəti inkişafın ən yüksək mərhələsindədir. ölkəmizin əldə etmiş olduğu iqtisadi-siyasi potensial imkan verir ki, istənilən məsələdə ən yüksək səviyyəli nəticə əldə edilsin. Azərbaycanda bütün seçki prosesləri hər zaman azad və açıq şəkildə keçirilib. Bu gün Azərbaycanda söz, nüfuz sahibi olan partiya iqtidar partiyasıdır və bu partiyaya üzv olan gənclərin sayı həddən artıq çoxdur və YAP ölkənin ən aparıcı partiyasıdır. ümumiyyətlə, YAP seçkilərə yalnız seçki ərəfəsində hazırlaşmır. Seçim bir gün ərzində baş verir, seçim bütün bu illər ərzində baş vermir. çünki seçici seçdiyi insanın fəaliyyətinə nəzarət edir. İllər ərzində müəyyən proseslər gedir, rayon partiya təşkilatları ilə əlaqələr gücləndirilir, müxtəlif tədbirlər, seçicilərlə görüşlər keçirilir. YAP hər an öz işində çox ciddi olubdur. çünki biz siyasi mübarizədəyik, iqtidardayıq, üzərimizə böyük məsuliyyət düşür və biz bu məsuliyyəti dərk edirik. Bu gün Azərbaycandakı ictimai-siyasi durum yüksək səviyyədədir. çünki ilk növbədə Azərbaycan müstəqil demokratik ölkədir. Azərbaycanda insan hüquqlarının tam təmin olunması bugünkü ictimai durumun əsas göstəricilərindəndir. Azərbaycanda insanların seçkiyə getməsi, seçim etməsi üçün yüksək şərait var. YAP-ın bütün addımları xalqın və dövlətin rifahına hesablanıb. Azərbaycan xalqı bu günkü inkişafından çox razıdır. Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkə hüdudları daxilində, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb. Hər seçkidə seçicilərin fəallığı artır, seçimdə keyfiyyət göstəricisi yüksəlir.

Paylaş:
Baxılıb: 1013 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30