/ / Bahar Muradova: Azərbaycan mətbuatı qarşısına qoyduğu məqsədlərə, hədəflərə yetmək üçün zamanın sınaqlarından uğurla çıxa bilib
Bahar Muradova: Azərbaycan mətbuatı qarşısına qoyduğu məqsədlərə, hədəflərə yetmək üçün zamanın sınaqlarından uğurla çıxa bilib
22.07.2010 [12:32]
- Bahar xanım mətbuat sizin üçün nədir?
- Mənimçün mətbuat hər şeydən əvvəl informasiya almaq, eləcə də, mətbuata çıxışı olan hər kəs üçün özünü ifadə vasitəsi, münasibətini bildirmək üçün fəaliyyət göstərən orqandır. Eyni zamanda mətbuat hər bir xalqın, millətin öz mövcudluğu tarixində bəşəriyyətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir ki, burada söz azadlığı yüksək səviyyədə öz əksini tapır. Həmçinin mətbuat söz, vicdan azadlığı, insan hüquqları və bu kimi məsələlərin həll olunmasında bir vasitə olduğu kimi, xalqların, millətlərin əsrlər boyu formalaşması tarixində onlara xidmət edən fəaliyyət sahəsidir. Mətbuatın vəzifəsi də maarifçilikdir. Yəni infiormasiya həm ifadə azadlığı, həm də maarifləndirmə funksiyasını həyata keçirən bir orqandır.
- 135 illik tarixə malik olan milli mətbuatımızı necə qiymətləndirisiniz?
- 135 illk tarixə malik olan mətbuat ölkəmizin çoxəsirlik inkişaf tarixində əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Biz bu nailiyyətlə fəxr edir, qurur duyuruq. Mətbuatın tarixinə nəzər salanda çox əhəmiyyətli bir dövrdə meydana gəldiyi qənaətindəyik. Mən düşünürəm ki, Azərbaycan mətbuatı qarşısına qoyduğu məqsədlərə, hədəflərə yetmək üçün zamanın sınaqlarından çıxa bilib. Mətbuatımız məhdudiyyətlər, qadağalar, çərçivələr, senzura görməsinə baxmayaraq Azərbaycan cəmiyyəti azadlığa qovuşduqdan, müstəqillik əldə etdikdən sonra bütün bu kimi məhdudiyyətlərdən qurtularaq müstəqil olmaq yoluna qədəm qoyub. çox yaxşı ki, bu gün ölkə mətbuatında müstəqilləşməyə doğru meyllər artır. ölkə mətbuatının inkişafı üçün Azərbaycan höküməti, ümummilli lider Heydər Əliyev, daha sonra Prezident İlham Əliyev tərəfindəm çox ciddi addımlar atılıb. Bu gün mətbuat həm müstəqil olmağa çalışmaqla yanaşı bu vəzifənin yerinə yetirilməsi üçün dövlətdən daha çox dəstək almağa nail olur. Ona görə düşünürəm ki, mətbuatımız düzgün yoldadır və qazanılan uğurlarda həm mətbuat nümatyəndələrinin, Azərbaycanın ictimai siyasi həyatında olan insanların, həm də bütün Azərbaycan xalqının çox böyük xidməti var.
- Bahar xanım, hazırki mətbuatımızda hansı problemlər var və onların həlli istiqamətində nə kimi addımlar atılmalıdır?
- Azərbaycanda hər cür - partiya, dövlət maraqlarına xidmət edən, müstəqil görünməyə çalışan, müəyyən qədər müstəqil olan, eyni zamanda mətbuat orqanlarının gözləməli olduğu dəyərləri alt-üst edərək “reketçilik” edən, vətəndaşların hüquq və azadlıqlarını, onların şəxsi həyatlarını pozmaq şərtilə fəaliyyət göstərən mətbuat orqanları var. Amma çox yaxşı ki, bunlar digərlərinin fonunda zəif görünürlər. Mətbuatımız bir neçə kateqoriyalara bölünür. Elə bunun özü məsələlərə obyektiv yanaşmaqdan daha çox fərqli, konkret maraqlara və məqsədlərə xidmət edən yanaşmaları ortaya qoymağa gətirib çıxarır. Bəzən mətbuatın rolu həddindən artqı şişirdilir. Mətbuat nümayəndələrinin digər vətəndaşlardan tam fərqli şəkildə təqdim olunması ilə yaranan problemlər də mövcüddur. çünki mətbuat nüməyəndələri özlüyündə bir vətəndaşdırlar və öz hüquqlarını istifadə etdikləri kimi, vəzifələrini də yerinə yetirməlidirlər. Mən düşünmürəm ki, bunlar faciəli şəkildədir. Onları həll etmək üçün mətbuatın, ictimaiyyətin, dövlətin, xalqın kifayət qədər iradəsi, potensialı çatar. Yetər ki mətbuat bu problemlərdən qurtulmağa öz içindən meylli olsun, onun səbəblərini kənarda deyil, özündə axtarmağa çalışsın. Mətbuat orqanları əsasən obyektiv, əsaslı arqumentlərə söykənən, düzgün mənbələrə istinadən informasiya yaymağa çalışsın ki, problemlər meydana çıxmasın.
- Milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə arzu və istəkləriniz...
- Mətbuat günü ilə əlaqədar arzum budur ki, mətbuatımız daha artıq inkişaf edib, müstəqil, maddi sosial cəhətdən təmin olunmuş olsun. Azərbaycan mətbuatı ona yaradılan imkandan üzərinə götürdüyü missiyasını yerinə yetirərkən maksimum istifadə etsin, qarşısında duran məqsədlərə əməl etsin. Azərbaycan mətbuatı ölkəmizin problemlərini, bu günkü həyatını, tarixi keçmişini, həyatın bütün sahələrinin inkişaf istiqamətlərini düzgün təhlil edə bilsin. Azərbaycana xidmət işində öz qələmini obyektivliklə işlətsin, qərəzdən, birtərəfli mövqedən uzaq olmağa çalışsın. Bütün bunlar arzudur, amma bu o demək deyil ki, mətbuatımız bunlardan məhrumdur. Mən Azərbaycan mətbuat nümayəndələrini ürəkdən təbrik edir, onlara siyasətçilərlə, bizlərlə daha sıx əlaqədə olmağı, bizim ictimaiyyətlə ünsiyyətimizi daha artıq səylə yaratmağı tövsiyə edirəm.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51

