Belçika hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
05.08.2010 [08:54]
Dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk Avropa dövlətlərindən biri də Belçikadır. ötən müddətdə ölkələrimiz arasındakı dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmaqdadır. Digər tərəfdən isə, bu illər ərzində ölkələrimiz arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənmiş, hər iki ölkənin dövlət rəsmiləri qarşılıqlı surətdə Bakıda və Brüsseldə rəsmi səfərlərdə olmuş, ticarət dövriyyəsinin həcmi xeyli artmışdır. İndi Azərbaycanın xarici ticarət əlaqələrində Belçika mühüm yerlərdən birini tutur. “Bizim qonaq” rubrikamızın növbəti iştirakçısı Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Jottarddır.
- Cənab səfir, ilk öncə icazə verin, kollektivimiz, eləcə də, qəzetimizin oxucuları adından Sizi Belçika milli bayramı münasibəti ilə təbrik edək. Azərbaycanın müstəqilliyini ilk tanıyan Avropa dövlətlərdən biri də Belçika olmuşdur. ötən müddət ərzində ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsindən razısınızmı?
- İlk öncə, icazə verin, dövlət müstəqillik günü münasibəti ilə təbrikləriniz üçün qəzetinizin kollektivinə, çoxminli oxucu ordusuna və ümumiyyətlə, bütün Azərbaycan xalqına öz dərin ehtiramımı bildirim. üç il əvvəl Bakıda Belçikanın Azərbaycandakı səfirliyinin, eləcə də, Brüsseldə Azərbaycan Respublikası səfirliyinin açılması ölkələrimiz arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərməkdədir.
ötən ilin yazında Azərbaycan Prezidenti cənab İlham Əliyev Belçikada rəsmi səfərdə olarkən baş nazirimiz German van Rompey ilə olduqca səmərəli görüş keçirdi. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olundu. Məlumat üçün qeyd edim ki, sonradan cənab G.Rompey Avropa İtttifaqının prezidenti seçildi. Hesab edirəm ki, dövlət rəsmiləri arasındakı dostluq münasibəti ölkələrimiz arasındakı münasibətlərə də öz müsbət təsirini göstərəcəkdir.
Bunun nəticəsi olaraq, hazırda ölkələrimiz arasında siyasi əlaqələr sürətlə inkişaf etməkdədir və biz bu əməkdaşlıqdan məmnunuq. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanla siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi səfirliyimizin prioritet məsələlərindən biridir. Bundan əlavə, ötən il Avropa İttifaqına sədrlik etmiş çexiyanın, bu il isə İspaniyanın səlahiyyətlərini Azərbaycanda yerinə yetirmək də bizim səfirliyə həvalə olunmuşdu və biz bu missiyanı məmnunluqla yerinə yetirdik.
Yeri gəlmişkən qeyd edim ki, iyulun 16-da Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında assosiasiya sazişi üzrə danışıqlara start verildi. ümid edirəm ki, danışıqların müfəvvəqiyyətlə başa çatdırılması Azərbaycanın ümumdünya Ticarət Təşkilatına üzvlüyünü daha da yaxınlaşdıracaq və xarici investisiyaların ölkəyə cəlb olunmasını sürətləndirəcəkdir.
ümumiyyətlə, götürdükdə isə, rəsmi Brüssel Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Məsələn, ötən ay, Belçikanın milli bayramı münasibəti ilə, Bakıda ilk dəfə, Beynəlxalq Muğam mərkəzində konsert təşkil etdik. Bu konsertdə Avropa bəstəkarları ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri də səsləndirildi və konsert çox yüksək səviyyədə keçdi. Hazırda isə ikitərəfli münasibətlərdə, biz daha çox informasiya sahəsində əməkdaşlığa üstünlük veririk. Belə ki, xalqlarımız bir-birləri haqda daha çox məlumatlar əldə edərlərsə, bu ölkələrimiz arasındakı münasibətlərə də öz müsbət təsirini göstərə bilər.
- ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razı qaldığını söylədiniz. Bəs bunu Azərbaycan-Belçika iqtisadi əlaqələri haqda da söyləmək mümkündürmü?
- Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və bunu görməmək mümkün deyildir. Odur ki, digər ölkələrin şirkətləri kimi, Belçika şirkətləri də Azərbaycanla iqtisadi əlaqələr qurmağa can atırlar. İndiyədək Belçikadan Azərbaycana maşın və mexanizmlər, müxtəlif kimya məhsulları ixrac olunurdu. Hazırda isə, Belçika şirkətləri Azərbaycanda müxtəlif tikinti layihələrinin icrasına uğurla cəlb olunublar. Hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi əlaqələri genişləndirmək üçün böyük potensial vardır. Belə ki, Belçika şirkətləri yüksək texnologiyalar sahəsində “nyu-hou”ların tətbiqində böyük təcrübəyə malikdirlər və qarşılıqlı əməkdaşlıq Azərbaycan iqtisadiyyatının sürətlə inkişafına öz töhfəsini vermiş olar.
Düşünürəm ki, ölkələrimiz arasındakı mövcud siyasi əlaqələrdən bəhrələnərək, iqtisadi əlaqələrimizi də gücləndirməliyik və Belçikanın iş adamları Azərbaycanda həyata keçirilən layihələrə daha çox cəlb olunmalıdırlar.
- Belçikanın, Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi mövqeyini necə şərh etmək olardı?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Belçikanın rəsmi mövqeyi Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür. Biz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərə uyğun, sülh yolu ilə həllinə tərəfdarıq. Rəsmi Brüssel münaqişənin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.
- İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında qarşılıqlı biznes-forumların keçirilməsinin də mühüm əhəmiyyəti vardır. İki ölkənin iş adamlarının iştirakı ilə yaxın vaxtlarda belə tədbirlərin keçirilməsini planlaşdırırsınızmı?
- Heç şübhə yoxdur ki, belə qarşılıqlı forumların keçirilməsinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm təsiri vardır. ötən ilin noyabrında AZPROMO ilə Belçikanın investisiyaların qorunması və ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə belə bir görüş keçirildi. Görüşdə iştirak edən iş adamları əməkdaşlıq imkanlarını müzakirə etdilər. Hesab edirəm ki, həm Bakıda, həm də Brüsseldə analoji görüşlərin keçirilməsi ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələrin daha da dərinləşməsinə səbəb ola bilər. Onu da qeyd edim ki, Belçika tərəfi növbəti belə görüşlərin keçirilməsini səbirsizliklə gözləyir.
- Belçikanın Azərbaycanla enerji sahəsində əməkdaşlığının perspektivləri barədə nə demək olar? ümumiyyətlə, belçikalılar Azərbaycanda qeyri-neft sektorunun inkişafına investisiya yatırmağı düşünürlərmi?
- Məlum olduğu kimi, Belçikanın Şimal dənizi sahilində yerləşən Zibruq (Zeebrugge) limanında böyük terminal vardır. Bu terminal şimal-qərbi Avropa dövlətlərinə mavi yanacağın ötürülməsində mühüm rol oynayır. Hələlik, Belçika digər enerji dəhlizlərində iştirak etmir. Hesab edirəm ki, gələcəkdə belə əməkdaşlıqlar mümkündür.
O ki, qaldı, qeyri-neft sektorunda əməkdaşlığa, Azərbaycanın bügünkü iqtisadi inkişafı onu xarici sərmayədarlar üçün daha da cəlbedici edir. Digər tərəfdən isə ölkədə sahibkarlar ordusu yetişməkdədir və onlar bazar iqtisadiyyatının spesifikasını artıq mənimsəyə biliblər. Belçikalı iş adamları da kənd təsərrüfatı məhsullarının satışı və emalı sahəsində böyük təcrübəyə malikdirlər. Hesab edirəm ki, qarşılıqlı görüşlərin keçirilməsi, səmərəli əməkdaşlıq təklifləri tərəflər arasında işbirliyinin yaradılmasına gətirib çıxara bilər. Sözsüz ki, burada qarşılıqlı maraqlar mühüm rol oynayacaqdır.
- Cənab səfir, bəs ölkələrimiz arasında mədəni sahədə əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan və Belçika təkcə siyasi və iqtisadi sahədə deyil, eyni zamanda, mədəni, elmi, təhsil, səhiyyə, idman və turizm sahəsində də böyük potensiala malik olan ölkələrdir və son zamanlar iki ölkə arasında bu istiqamətlərdə əməkdaşlıqda bir dinamizm hiss edilməkdədir. Hazırda Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Azərbaycan vətəndaşları istirahət etmək üçün Avropa ölkələrini seçirlər ki, bu sıraya Belçika da daxildir. Bu kimi əlaqələr ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir. Bundan əlavə, təhsil sahəsində əməkdaşlıq üçün də böyük perspektiv imkanlar vardır. Hesab edirəm ki, bu kimi əməkdaşlıq imkanlarının genişləndirilməsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
- Səmimi söhbət üçün təşəkkür edirik.
- Mən də öz növbəmdə qəzetinizin kolektivinə yaradıcılıq uğurları arzulayır, çoxminli oxucu ordusuna isə xoş arzularımı çatdırıram.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

