/ / Partiyamızın seçki proqramında əks olunan bütün məsələlər seçicilərin arzu və istəklərinə əsaslanır
Partiyamızın seçki proqramında əks olunan bütün məsələlər seçicilərin arzu və istəklərinə əsaslanır
20.10.2010 [09:23]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, partiyanın 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatlığa namizədi Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, parlament seçkiləri kampaniyasında təşviqat prosesinin gedişinə münasibətiniz necədir? Nəzərdə tutulan seçki hərəkətləri nə dərəcədə yerinə yetirilir?
- Bildiyiniz kimi, oktyabr ayının 15-dən etibarən namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bütün seçkilərdə olduğu kimi, 2010-cu il parlament seçkilərinə də YAP əvvəlcədən hazırladığı seçki proqramı ilə qatılır. Biz bütün namizədlərimiz üçün seçki qanunvericiliyində nəzərdə tutulmuş və müəyyənləşdirilmiş yerlərdə seçicilərlə görüşlərin keçirilməsi ilə bağlı tədbirlər həyata keçiririk. Bu istiqamətdə işlər davam etdirilir, görüşlər keçirilir. Partiyamızın təbliğat kampaniyası iki mərhələdə davam edəcək. Birinci mərhələ ilə bağlı artıq qrafiklər hazırlanıb təqdim olunub. Bu qrafik əsasında da bütün namizədlərimiz, təbliğat-təşviqat qruplarına daxil olan insanlar, səlahiyyətli nümayəndələr, vəkillər təbliğat-təşviqat kampaniyasında iştirak edirlər. Hesab edirəm ki, kampaniya çox uğurla start götürüb və biz təbliğatın xüsusilə insanlarla canlı ünsiyyət formasına üstünlük veririk.
Məlum olduğu kimi, Seçki Məcəlləsində təbliğatın aparılmasının müxtəlif yolları, vasitələri göstərilib. Amma parlament seçkilərində ayrı-ayrı dairələr olduğu üçün sırf seçicilərin özləri ilə-yaşayış yerlərində, mənzillərdə, məhəllələrdə, konkret olaraq qanunla müəyyən olunmuş yerlərdə canlı görüşlərə üstünlük verilir.
- Bu prosesdə YAP-ın seçki proqramının üstünlükləri özünü hansı səviyyədə göstərir?
- Seçki proqramının üstunlükləri çoxdur. Birincisi, partiyamızın seçki proseslərində kifayət qədər təcrübəsi var. Partiyamızın proqramı uzun illərdir ki, həyata keçən bir proqramdır. Seçicilər də əsasən bu proqram əsasında YAP-ın namizədlərinə səs verirlər. Partiyamızın proqramında populizm yoxdur. Partiyanın proqramı real işə əsaslanır. Azərbaycanda olan vəziyyət, görülən işlər, qarşıda duran vəzifələr-bu üç istiqamət partiyamızın proqramında öz əksini tapır. Burada bütün sahələr demək olar ki, əhatə olunub. İstər sosial, istər iqtisadi, istər təhlükəsizlik məsələləri, istərsə də, mənəvi istiqamətlər bu proqramda geniş şəkildə öz əksini tapıb. YAP-ın proqramı sadə dildə və seçicinin başa düşəcəyi tərzdə hazırlanmış bir proqramdır. Bu proqramla illər boyu seçicilərimiz bizi dəstəkləyiblər. İstər prezident, istərsə də bələdiyyə seçkilərində partiyamız bu proqramla uğur qazanıb. Bu gün isə həmin proqramı bir az da təkmilləşdirərək seçicilərə təqdim etmişik. Düşünürəm ki, bu proqramı oxuyan, onunla tanış olan hər bir şəxs görür ki, hər bir seçicinin bütün hüquqlarının müdafiəsi, onların rifah halının yaxşılaşdırılması, güclü dövlətdə yaşaması, təhlükəsizliklərinin qorunması bizim proqramımızın əsas istiqamətlərindəndir. ölkəmizin ərazi bütövlüyünün təmini, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də bu proqramda geniş şəkildə öz əksini tapıb. Hesab edirəm ki, hər bir seçici bu cür mütəşəkkil bir proqramı dəstəkləyəcək. Bir neçə müddəa ortaya atıb populizm təşkil etmək istəyənlərdən fərqli olaraq biz proqramımızı cəmiyyətdə apardığımız sosial sorğular əsasında hazırlamışıq. Yəni, biz hansı istiqamətlərə daha çox diqqətin ayrılması, inkişafı ilə bağlı seçicilərin rəyini müəyyənləşdirmişik. Bütün bunlar öyrənilib, işlənilib və bunun əsasında da seçki proqramı hazırlanıb ərsəyə gəlib. Bu proqramda yer alan bütün məsələlər bilavasitə seçicilərin arzu və istəklərinə əsaslanır.
- Amma müxalifət tərəfindən seçki qanunvericiliyinin pozulması hallarına da rast gəlinir. Bu fakt seçki kampaniyasının normal gedişinə maneçilik törətmirmi?
- Müxalifət istər imzatoplama kampaniyasında, istər namizədliyin irəli sürülməsi dövründə mütəmadi şəkildə qanunvericiliyi pozub. Bunun isə bir neçə səbəbi var. Birincisi, onlar qanundan xəbərdar deyillər, qanunları bilmirlər. Bundan başqa, ortada xoş olmayan məqsəd var. çünki onlar imza toplaya bilmirdilər və qəsdən qanunu pozurdular ki, onların namizədlikləri ləğv olunsun. Və ya təbliğat kampaniyasını vaxtından əvvəl başladılar. Bir sıra dairələrdə bu məsələlərlə bağlı məlumatlar toplanıb və MSK-ya təqdim olunub. ümumilikdə, müxaliflər seçki prosesinə kölgə salmaqdan ötrü müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Güman edirəm ki, onların qeydə alınan namizədləri də eyni durumdadır. Müxalifət namizədlərinin əksəriyyəti imza vərəqələrini qanunla müəyyən olunmuş vaxt bitəndən bir saat, iki saat sonra gətiriblər DSK-lara, sonra da başlayırlar yalandan səs-küy salmağa. Məlum olduğu kimi, həmin vaxt oktyabrın 8-də, saat 18-00-da bitib. Halbuki, onlar heç imza toplaya bilməyiblər. Vətəndaş eşidəndə ki, bunlar kimdir, nəçidir, onları dəstəkləmir, imza vermir. Müxalifətin namizədləri var ki, bu gün Rusiyada, Türkiyədə alver edirlər, heç özlərinin də xəbərləri yoxdur ki, deputatlığa namizəd olaraq irəli sürülüblər. Hətta bəzi DSK-lar uzun müddət bu namizədləri axtardı ki, niyə gəlib imza vərəqələri götürmürlər. Bu cür faktlar mövcuddur. Belə halları ört-basdır etmək üçün imzatoplama kampaniyasında guya neqativ halların baş verməsi, onlara qarşı təzyiqlərin olması ilə bağlı yalan informasiyalar yayıblar. Əslində isə, bütün araşdırmalar aparılıb və məlum olub ki, onların dedikləri yalandır. Elan etmişik ki, biz hər bir dairədə YAP-ın namizədinə qarşı alternativin olmasını arzulayırıq. Amma müxalifətin namizədlərinin siyahısına diqqət yetirin. YAP-ın siyahısında yer alan şəxslərin 48 nəfəri Milli Məclisin deputatlarıdır, 5 akademik, 20 nəfərdən artıq professor, 30-a yaxın elmlər namizədi, 10 universitet rektoru var. İstər beynəlxalq təşkilatların nümayəndələri, istərsə də, Azərbaycan vətəndaşları onların namizədləri ilə bizim namizədlərimiz arasındakı fərqləri aydın şəkildə görürlər. Seçici də seçimində təbii ki, ziyalını, onun hüququnu qoruya bilən şəxsi dəstəkləyəcək. Bizim namizədlər məhz bu kateqoriyaya daxil olan insanlardır. Müxalifətin namizədləri isə əlindən heç bir iş gəlməyən insanlardır. Ona görə də, insanlar onlara imza verməkdən imtina ediblər.
- Siyavuş müəllim, istərdik ki, üçüncü çağırış Milli Məclisin ötən müddət ərzindəki fəaliyyəti ilə bağlı fikirlərinizi də öyrənək. Parlamentin bu dövrdəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mən parlamentin fəaliyyətini kifayət qədər uğurlu sayıram. Bilirsiniz ki, üçüncü çağırış Milli Məclisdə kifayət qədər savadlı, intellektual səviyyəsi yüksək olan, ictimaiyyət arasında nüfuza malik insanlar təmsil olunurlar. Həmçinin, ötən müddət ərzində çox böyük əhəmiyyətə malik olan qanunlar qəbul olundu ki, bunlar da dövlətimizin inkişafı, hüquq sisteminin təkmilləşdirilməsi, ölkəmizin Avroatlantik məkana inteqrasiyası baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Mən bunların bəzilərini xüsusi olaraq qeyd etmək istəyirəm. Bu dövrlər ərzində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə dəfə Amnistiya Aktı qəbul olundu və bu təşəbbüs 20 mindən artıq insanı əhatə edib. Bundan başqa, hamının çox böyük səbirsizliklə gözlədiyi “Təhsil haqqında” Qanun, strateji baxımından çox böyük əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Hərbi Doktrinası bu çağırış müddətində qəbul olundu. Ayrı-ayrı sahələri əhatə edən kifayət qədər qanunlar qəbul edildi ki, hər biri geniş zəhmət hesabına ərsəyə gəldi. Hazırda parlament seçkilərində namizəd olan millət vəkillərinə uğurlar diləyirik, digərlərinə isə öz təşəkkürümüzü bildiririk. Partiya üzvlərimizin bəziləri bu seçkidə yenidən öz namizədliklərini irəli sürməyiblər, onlar ötən beş ildə çox məhsuldar işləyiblər. Yəqin ki, həmin şəxslər bundan sonra ayrı-ayrı sahələrdə öz fəaliyyətlərini davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

