/ / YAP ümumxalq partiyası adını əməli fəaliyyəti ilə qazanmış və hər zaman real işləri ilə seçicilərin qarşısına çıxır
YAP ümumxalq partiyası adını əməli fəaliyyəti ilə qazanmış və hər zaman real işləri ilə seçicilərin qarşısına çıxır
23.10.2010 [10:57]
- Samirə xanım, parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası dövründə seçici fəallığını necə qiymətləndirirsiniz?
- ölkəmizdə 7 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq cəmiyyətin bütün təbəqələri arasında çox böyük aktivlik müşahidə olunmaqdadır. Seçicilərlə görüşlərdən da aydın şəkildə görünür ki, əhali ölkəmizdə həyata keçirilən iqtisadi, mədəni, elmi, və digər sahələri əhatə edən islahatları tam dəstəkləyir. ölkədə insanların rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər xalq tərəfindən birmənalı şəkildə qəbul olunmaqdadır. Aparılan məqsədyönlü işlər isə ölkənin ictimai-siyasi həyatına çox mühüm təsir göstərir. Bu baxımdan da vətəndaşlar parlament seçkilərinə böyük diqqətlə yanaşırlar.
İnsanlar parlamentə irəli sürülmüş namizədlərlə yaxından maraqlanır və noyabarın 7-də keçiriləcək seçkilərdə ümumxalq partiyası olan YAP-ın irəli sürdüyü namizədlərə səs verəcəklərini vurğulayırlar. Mənim də namizədliyim YAP tərəfindən 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürülüb. Gənclərin bir nümayəndəsi olaraq YAP tərəfindən namizədliyimin irəli sürülməsi ölkədə gənclərə verilən böyük qiymətin bariz nümünəsidir. ümumiyyətlə isə, YAP-ın və ölkə rəhbərliyinin gənclər siyasəti böyük amallara söykənir. Eyni zamanda gənclər də onlara göstərilən bu böyük etimadı doğurultamaq üçün öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar.
- Samirə xanım, seçicilərlə görüşləriniz necə keçir?
- İlk öncə onu qeyd edim ki, mən Yasamal rayonunda böyümüşəm. İnsanlarla ünsiyyətdə oluram və onların problemlərindən, qayğılarından məlumatlıyam. Bu seçkidə YAP-ın namizədləri fərdi platforma ilə seçkiyə qatılmayıb. YAP-ın vahid seçki platforması mövcuddur. Yasamal rayonu seçiciləri ilə keçirilən görüşlərimizdə də vətəndaşların istək və arzularını dinləyir, onların problemlərinin həlli yolları istiqamətində düşüncələrimi bölüşürəm.
İnanırıq ki, bu seçkilərdə vətəndaşlarımız yenidən YAP-ın namizədlərinə səs verəcəklər.
- Yeni Azərbaycan Partiyasının seçki siyahısında gənclərə xüsusi önəmin verilməsini nəzərə alaraq dövlətimizin ideoloji siyasi xəttində gənclərə diqqətin yüksək olduğunu söyləmək olarmı?
- YAP-ın seçki siyahısında gəncələrin təmsil olunması partiya rəhbərliyinin gənclərə vermiş olduğu xüsusi qiymətdir. ölkə Prezidenti İlham Əliyev həmişə öz çıxışlarında gənclərin rolundan və onların cəmiyyətin inkişaf strategiyasındakı mövqeyindən bəhs edir. Bu gün YAP sıralarında təmsil olunan gənclər ordusu da ölkəmizin ən intellektual və aparacı gücə malik olan qüvvəsidir.
Azərbaycanda gedən genişmiqyaslı quruculuq, abadlıq işlərində, təhsil, idman, səhiyyə və sosial-iqtisadi uğurlarda gənclərin rolunu xüsusilə qeyd etmək vacibdir. Bu sahələrdə gənclərimiz nəinki, ölkə miqyasında, eləcə də beynəlxalq arenada ölkəmizi ən layiqli formada təmsil etməyi bacarırlar. Məhz gənclərə verilən böyük önəm və onların öz üzərlərinə düşən vəzifəni layiqli formada yerinə yetirmələri, yekunda böyük uğurların əldə olunması ilə yadda qalmış olub.
Bütün bunlar isə ölkə gənclərinin daha da inkişafı üçün böyük bir təkandır. Ona görə də, YAP-ın parlament seçkilərində iştirak edəcək namizədləri sırasında gənclər öz yerlərini tapıb. YAP-ın Gənclər Birliyinin sədr müavini kimi istər gənclərlə iş sahəsində aparılan müzakirələrdə, istərsə də gənclərin asudə vaxtlarının təşkilində öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.
- YAP parlament seçkilrinə “Güclü dövlət, yüksək rifah” şüarı ilə gedir. Bu şüar Azərbaycanın bu günkü inkişaf konsepsiyası ilə uyğunluq təşkil edir...
- Bu gün Ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin həyata keçirmiş olduğu uğurlu siyasət nəticəsində Azərbaycan regionda ən güclü bir dövlətə çevrilib. Dünyada qlobal maliyyə böhranının hökm sürməsinə baxmayaraq, Azərbaycan iqtisadi uğurlara nail oldu. Bunu dünyanın nüfuzlu maliyə qurumları da açıqladıqları hesabatlarda təsdiq ediblər. Eyni zamanda, həyata keçirilən böyük iqtisadi layihələr də, dövlətimizin gələcək qüdrətini təmin edən amillər sırasındadır.
Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf konsepsiyası bu gün Onun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilir. Azərbaycanın ən mütərəqqi ideyalar və müasir demokratik düşüncə ilə idarə olunması Prezident İlham Əliyevin başlıca prinsiplərindən biridir.
Məhz bunların nəticəsində Azərbaycanın son illər əldə etmiş olduğu uğurları ilə qonşu dövlətləri qat-qat üstələyib. Aparılan siyasət insanların sosial həyat tərzinin yksəlməsinə, onların daha zəngin yaşamalarına xidmət edir. Hər bir vətəndaşımız da bu uğurları gündəlik həyatlarında müşahidə etməkdədir. Məhz bu və digər əldə olunan uğurlara görə, xalqımız Yeni Azərbaycan Partiyasına birmənalı olaraq inam bəsləyirlər. Bu prinsiplərdən çıxış edərək tam əminliklə demək olar ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də xalqımız birmənalı şəkildə seçki məntəqələrinə gələrək, YAP-ın irəli sürmüş olduğu namizədlərə dəstək olacaqlar.
- Parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasında yaradılmış şəraitdən sui-istifadə edən müxalifət nümayəndələri populist çıxışlar edir, insanlarda çaşqınlıq yaratmaq məqsədi güdən müraciətlər səsləndirirlər. Sizcə, belə bir xətlə nəyəsə nail olmaq olar?
- YAP heç vaxt seçicilərinə hər hansı bir vədlər vermir. ümumxalq partiya adını əməli fəaliyyəti ilə qazanmış Yeni Azərbaycan Partiyası hər zaman real işlərlə seçicilərin qarşısına çıxır. Bir faktı da unutmaq olmaz ki, bu gün insanlar vədlərə inanmırlar. Yalan vədlər verən indiki müxalifət təmsilçiləri AXC-Müsavat cütlüyünün hakimiyyəti dönəmində xalqa acı bəlalar verib, dövlət müstəqilliyimizin məhv edilməsi təhlükəsini yaratdılar. Ona görə də, xalqın böyük dəstəyi və təkidli tələbi ilə Ulu öndərimiz Heydər Əliyev siyasi hakimiyyətə dəvət edildi. Məhz bundan sonra Azərbaycanın parçalanmadan və yox olmadan xilası mümkün oldu.
Əldə olunan uğurlar bu gündə davam etməkdədir. Bu baxımdan da, hazırda üç-beş müxalifət təmsilçisinin səsləndirmiş olduğu populist çıxışlarda cəmiyyəti çaşdırmağın qeyri-mümkün olduğu tam açıqlığı ilə hər kəsə məlumdur. ümumiyyətlə ictimai-siyasi aktviliyin yüksək olduğu dövrlərdə müxalifətin ucuz şou düzəltmək üçün atmış olduğu bütün addımların heç bir əhəmiyyəti və mənası yoxdur. Yəni, xalq hər şeyi görür və onların da ən layiqli cavabını verir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

