YAP gücünü xalqın inamından, etimadından alır
20.11.2010 [10:47]
- Məlahət xanım, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 18 ili tamam olur. İstərdik ki, belə bir ərəfədə partiyanın yaranmasını zəruri edən amillər haqqında fikirlərinizi bildirəsiniz...
- 1992-ci ilin noyabrın 21-i Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bir gündür. Bu gün müasir Azərbaycan tarixində öz yeri, öz çəkisi və siyasi gücü olan, ölkəmizin inkişafında müstəsna xidmətləri olan və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündür. Həmin dövrü göz önünə gətirdiyimiz zaman YAP-ın yaranma tarixinin necə böyük çətinliklərdən, keşməkeşlərdən keçdiyini, sınaqlarla üzləşdiyini görmək mümkündür. 1991-ci ildə SSRİ-nin dağılmasının ardından digər müttəfiq respublikalar kimi Azərbaycan da öz dövlət müstəqilliyini elan etmişdi. Amma bu müstəqillik Azərbaycan üçün digər respublikalardan fərqli olaraq çox böyük qanlar bahasına başa gəlmişdi. Həmin dövrün siyasi mənzərəsinə nəzər saldıqda xüsusi olaraq qeyd etmək lazımdır ki, həmin dövrlərdə Azərbaycanda baş vermiş 20 Yanvar faciəsi, o cümlədən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Ermənistanda yaşayan azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası ölkəmizdə olduqca gərgin bir situasiya yaratmışdı. Bütün bu acılarla yanaşı, Azərbaycan xalqı həm də bir siyasi sınaqla üz-üzə durmuşdu. Bu cür çətin bir zamanda səriştəsiz və təsadüfi insanların hakimiyyətə yiyələnməsi xalqı və dövləti daha ağır imtahanlara sürükləməkdə davam edirdi. Belə bir xaotik vəziyyətdə Azərbaycan xalqı ard-arda zərbələr alırdı. Xocalı soyqırımı, Dağlıq Qarabağda gedən qanlı savaş, bununla paralel olaraq Bakıda o zaman hakimiyyətdə olan qüvvələrin və hakimiyyətə yiyələnməyə çalışanların kürsü savaşı ölkəni uçurumun kənarına gətirib çıxarmışdı. 1991-92-ci illərdə fərdi surətdə başına qanunsuz silahlı dəstə toplayaraq siyasi hakimiyyətə gəlməyə çalışan insanlar xalqı vətəndaş müharibəsinə sürükləyirdi. Xalq əliyalın rayonları erməni işğalından qorumağa çalışırdı. Hakimiyyətdə olan insanlar isə yalnız şəxsi maraqlarının mübarizəsini aparırdı və düşmən hücumlarının qarşısını almaq üçün heç bir tədbir görülmürdü. 1992-ci ilin mayında hakimiyyətə yiyələnən AXC-Müsavat cütlüyünün zamanında isə hakimiyyət savaşı daha da yüksək səviyyədə vüsət aldı. Həmin zamanlarda hakimiyyətdə olan insanlar özləri fərdi surətdə hərbi dəstələr yaradırdılar və bu hərbi qruplar vasitəsilə də siyasi hakimiyyət mübarizəsində önə çıxmağa çalışırdılar. Xalqın iradəsi, arzusu, istəyi və ən əsası Azərbaycanın suverenliyi məsələsi hakimiyyət nümayəndələri üçün önəm daşımırdı.
- Bu şəraitdə xalqın ümidi yalnız Ulu öndər Heydər Əliyevə idi...
- Bəli, belə bir ağır durumda xalqımız üzünü yeganə ümid kimi Ulu öndər Heydər Əliyevə çevirmişdi. O baxımdan vurğulamalıyam ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ümummilli liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Təbii ki, Naxçıvanla yanaşı, Ulu öndər Heydər Əliyev Azərbaycanın xilası yollarını axtarırdı. Heydər Əliyev görürdü ki, ölkə vətəndaş müharibəsi ərəfəsindədir və cənubda, şimalda seperatçı qüvvələr meydana gəlir, başqa xarici qüvvələrin təhriki ilə Azərbaycanda bölücülük siyasəti həyata keçirirdilər. Gənc dövləti xilas etmək üçün xalqımız ümummilli liderin ətrafında sıx birləşməyə qərar verdi və 1992-ci ilin soyuq noyabr günündə Azərbaycanın gələcək inkişafında mühüm yerə malik, hər zaman dövlətçiliyimizin keşiyində duracaq Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edildi. Məhz Yeni Azərbaycan Partiyasının yaranması xalqın öz taleyini bu siyasi təşkilatla bağlaması ilə nəticələndi.
Bu gün dünyanın inkişaf etmiş, demokratik prinsiplərə sadiq olan, hüquqi dövlətlər sırasında mühüm yerə malik olan Azərbaycanın qorunmasında, inkişafında YAP-ın xidmətləri böyükdür və mən deyərdim ki, YAP elə Azərbaycan dövləti ilə paralel fəaliyyət göstərib, inkişaf edib. O baxımdan çağdaş dövlətçilik tariximizdə əldə olunan bütün nailiyyətləri həm də Yeni Azərbaycan Partiyasının nailiyyətləri kimi qeyd etmək mümkündür.
- YAP-ın hakimiyyətə gəldiyi zamandan ölkəmizin inkişafı üçün göstərdiyi fəaliyyəti, xidmətləri necə dəyərləndirmək mümkündür?
- Həqiqətən də, Azərbaycan ötən bu dövrdə böyük bir yol keçdi. Ulu öndər Heydər Əliyevin dövründə əsası qoyulan inkişaf konsepsiyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları təsdiq etmir, bu faktı bütün dünya təsdiq edir. Paytaxtımıza səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafdan heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. ölkəmizdə gedən inkişaf həm genişspektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial inkişafı ilə bağlı qəbul olunan qərarlar olduqca böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Mən Yeni Azərbaycan Partiyasının üzvü kimi təmsil olunduğum siyasi partiyanın bu inkişafdakı rolu ilə fəxr edirəm. Bu gün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib. üzvlərinin sayı 520 mini keçib. Partiyamızın gücü tək üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya sevgisində, inamındadır. Yeni Azərbaycan Partiyası hazırda MDB məkanının ən böyük siyasi təşkilatlarından biridir, partiyamızın beynəlxalq əlaqələri çox güclüdür. Partiyamızın sıralarında Azərbaycanın ən aparıcı intellektual və zəka sahibi olan insanları təmsil olunurlar. Təbii ki, belə bir partiyanın iqtidarda olması xalqımıza, dövlətimizə yalnız uğur gətirə bilər.
- Partiyamız yarandığı vaxtdan Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə qazanıb. Bu baxımdan, noyabrın 7-də keçirilmiş parlament seçkilərinin nəticələri YAP-ın tarixində hansı üstünlüklərlə yadda qalacaq?
- Yeni Azərbaycan Partiyası 2010-cu ildə “Güclü dövlət, yüksək rifah” şüarı ilə IV çağırış parlament seçkilərinə qatılmışdı. Müstəqil Azərbaycan tarixində keçirilən seçkilərdə hər zaman yüksək zəfər qazanan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də böyük qələbə əldə edib. Bir məqamı qeyd etmək istəyirəm ki, seçki prosesini müşahidə edən və öz dəyərləndirmələrini irəli sürən beynəlxalq təşkilatlar seçkinin olduqca obyektiv, azad və şəffaf şəraitdə reallaşdığını bildiriblər. ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Bu gün istər Azərbaycanın seçki qanunvericiliyi, istər seçkiyə qatılan insanlara yaradılan şərait, istərsə də seçicilərə azad seçim hüququndan istifadə etmək istiqamətində yaradılan yüksək imkan dövlətimizdə seçki mədəniyyətinin olduqca yüksək inkişafından xəbər verir. Hətta bəzi xarici ölkələrin nümayəndələri Azərbaycanda keçirilən seçkilərin şəffaflığının Avropanın bir sıra dövlətlərindən yüksək səviyyədə olduğunu qeyd edirlər. Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası da parlament seçkilərində mütəşəkkil formada iştirak edib və seçicilərdən yüksək etimad alıb. Yeni Azərbaycan Partiyasının bir özəlliyi də hər zaman xalqın yanında yer almasıdır. Bəzi siyasi təşkilatlar yalnız seçkidən-seçkiyə fəallaşsa da, YAP bütün zamanlarda ictimai prosesin önündə yer alır. Bu da seçicilərin partiyamıza olan inamının artmasına səbəb olan amillərdəndir. Digər tərəfdən, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi-sosial inkişaf xalqımızın partiyamıza etimadının əsas təməlidir. YAP-ın bütün üzvləri hər gün ictimaiyyət qarşısında hesabat verməyi özünə borc bilir. Bunun nəticəsində də partiyamız inkişaf edir, güclənir.
- Məlahət xanım, siz, həmçinin, YAP Nəsimi rayon təşkilatının sədrisiniz. Rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti haqqında da məlumat vermənizi istərdik...
- YAP Nəsimi rayon təşkilatının 21 min nəfərdən çox üzvü var, 112 ilk ərazi təşkilatımız fəaliyyət göstərir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim rayon təşkilatımız Bakı şəhərinin böyük bir hissəsini özündə cəmləşdirir. Partiyamızın üzvləri bütün ictimai-siyasi proseslərdə aktivlik nümayiş etdirirlər, bütün seçkilərdə fəal şəkildə iştirak ediblər. Noyabrın 7-də keçirilən parlament seçkilərində qələbə qazanan YAP üzvlərinin 10 nəfərə yaxını məhz bizim təşkilatda qeydiyyatdadırlar. Təşkilatımızın sıraları da genişlənməkdədir, məlumat üçün deyim ki, bu ilin ötən dövründə təxminən 900 nəfəri partiya sıralarına qəbul etmişik. Biz bundan sonra da qarşımızda duran vəzifələri layiqincə yerinə yetirməyə səylə çalışacağıq.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

