Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Vergi dərəcələrinin dəyişdirilməsi gözlənilmir

Vergi dərəcələrinin dəyişdirilməsi gözlənilmir

15.04.2011 [09:28]

Fazil Məmmədov: Azərbaycan sahibkarlıqla məşğul olan fiziki şəxslərin elektron qeydiyyat sisteminin tətbiqinə hazırlaşır
Dünən vergilər naziri Fazil Məmmədov jurnalistlər üçün brifinq keçirib. Brifinqdə ölkəmizin vergi sistemində gözlənilən islahatlarla bağlı sualları cavablandıran nazir, həmçinin, Azərbaycanda vergi dərəcələrinin dəyişdirilməsinə ehtiyacın olmadığını da bildirib:
- Cənab nazir, məlum olduğu kimi, artıq Azərbaycanda elektron auditin tətbiqinə dair layihənin həyata keçirilməsinə start verilib. ümumiyyətlə, e-auditi adi vətəndaşa necə izah etmək olar?
- Bu gün Azərbaycanda olan müəssisə, təşkilat, şirkət, sahibkarların təqribən 5 faizə qədərində səyyar vergi yoxlamaları, yəni, sənədli təftiş aparılır. Bu yoxlamalar həm inventarizasiya, həm xronometraj, həm də vergi qanunvericiliyinə əməl edilməsi qaydasında həyata keçirilir. Hesab edirik ki, bu layihənin həyata keçirməklə, ümumiyyətlə, bunun faizini aşağı sala biləcəyik. Eyni zamanda, bu zaman auditi səyyar, yəni, vergilər xidmətinin ofisindən çıxmadan həyata keçirə biləcəyik. Lakin bunun üçün tərəflərin ikisi də hazır olmalıdır. Daha doğrusu, elektron formata, eyni zamanda, audit oluna biləcək sahibkar fəaliyyəti ilə məşğul olan şəxs də (həm mühasibatlığı, həm də hesabatları cəhətdən) hazır olmalıdır. Məhz buna görə də, layihənin reallaşması üçün 2 il müddət nəzərdə tutulub. Bir sözlə, e-audit, yəni, vergi yoxlamaları obyektlərə getmədən, vergilər xidməti orqanlarının ofisində elektron formatda həyata keçiriləcək. Adi vətəndaş üçün məsələnin məğzi məhz bundan ibarətdir.
- Cənab nazir, e-auditin ilk növbədə hansı müəssisələrdə tətbiqini məqsədəmüvafiq hesab edirsiniz?
- Biz düşünürük ki, e-audit ilk növbədə həm beynəlxalq auditor şirkətlərinin tələbi, həm digər inkişaf fəaliyyəti ilə şəffaflıq istiqamətində addımlar atan və beynəlxalq mühasibat sisteminə keçməyə qadir olan Azərbaycanın böyük şirkətlərində tətbiq olunmalıdır. Eyni zamanda, xüsusilə qeyd etmək istəyirəm ki, banklar e-auditin tətbiqinə hazır olan təsərrüfat subyektlərindəndir. Bundan başqa, gələcəkdə orta sahibkarlığın digər subyektlərində də bu prosesi həyata keçirə biləcəyik.
- Yəqin ki, e-auiditin tətbiqi şəffaflığın təmin olunmasına da şərait yaradacaq...
- Əlbəttə, birmənalı şəkildə. ümumiyyətlə, elektron formatda olan proseslərin hamısı, eyni  zamanda, şəffaflıq üçün çox ciddi şərait yaradır.
- Fazil müəllim vergi ödəyicilərinin pasportlaşması prosesi hansı vəziyyətdədir?
- Məlum olduğu kimi, biz bu prosesi mayın sonuna qədər yekunlaşdırmağı planlaşdırırdıq. Lakin hesab edirəm ki, həmin vaxta qədər proses tam başa çatmayacaq. çünki biz pasportlaşmanı eyni zamanda cari işlərdən əlavə olunan vaxtlarda, əsasən həftənin şənbə və bazar günləri aparırıq. Bununla yanaşı, xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu proses başa çatdıqdan sonra ümumiyyətlə, nazirliyin strukturunda müvafiq dəyişiklik əsasında gələcəkdə pasportlaşmanın daimi aparılması mümkün olacaq.
- Bəs, Vergilər Məcəlləsinə dəyişikliklərlə əlaqədar layihənin hazırlanması nə yerdədir?
- Bununla bağlı bir neçə istiqamətdə iş gedir. Birinci növbədə bu dəyişikliklər cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq əsasən nağdsız hesablaşmaların stimullaşdırılması, eləcə də, bəzi texniki məsələlər, o cümlədən, elektron auditin tətbiqini əhatə edəcək. Eyni zamanda, Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdən biri sahibkarlıqla məşğul olan fiziki şəxslərin elektron formada qeydiyyatının təsdiq edilməsi ilə bağlıdır. Bu dəyişikliklər qəbul edilərsə, artıq bu ildən sahibkarlıqla məşğul olan fiziki şəxslər heç bir dövlət qurumuna getmədən internet vasitəsilə vergi uçotuna dura biləcəklər. Bunun üçün sahibkarlar sadəcə elektron formada müraciət edəcəklər və həmin müraciət qəbul olunacaq. Respublikanın istənilən nöqtəsindən istənilən şəxs elektron formada qeydiyyatdan keçə bilər. Onu da deyim ki, hazırda Vergilər Nazirliyində bunu həyata keçirmək üçün bütün imkanlar mövcuddur. Yəni, bununla bağlı həm texniki baza, həm də kadr bazası hazırdır. Sadəcə qanunvericilik bazasında müvafiq dəyişikliyə ehtiyac var. Həmin dəyişiklik olduqdan sonra düşünürük ki, fiziki şəxslərin də sahibkarlıq fəaliyyətinə başlaması üçün elektron formatda qeydiyyatdan keçirilməsinə başlaya biləcəyik. çünki nazirliyin digər qurumlarla, o cümlədən, DİN-lə də elektron inteqrasiyası var ki, lazım olduqda, qeydiyyatdan keçmək istəyən şəxslər haqqında ətraflı informasiya almaq mümkün olsun.
- Cənab nazir, bəs, bu dəyişikliklər çərçivəsində vergi dərəcələrinin dəyişdirilməsi gözlənilirmi?
- Xeyr, Azərbaycanın Vergilər Məcəlləsinə gözlənilən dəyişikliklər çərçivəsində vergi dərəcələrinin dəyişdirilməsi gözlənilmir. Əslində, vergi dərəcələrinin dəyişdirilməsinə ehtiyac da yoxdur. çünki digər Şərqi Avropa ölkələrinə baxanda, bizdə vergi dərəcələri çox optimaldır. Vergilərin sayı da azdır və sadələşdirilib. Ona görə də, bu il vergi dərəcələrinə baxılmasına ehtiyac yoxdur.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 971 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30