YAP-çı deputatın "demokratiyaya doğru 7 addım"a 7 cavabı
03.06.2011 [09:14]
Azərbaycan Avrointeqrasiya İctimai Komitəsi, Ziyalılar Forumu, AN Şəbəkəsi “Demokratiyaya doğru 7 addım” İctimai Xartiyasının təqdimatını keçirib. Sənəd 7 bənddən ibarətdir. Hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına müsahibəsində “Demokratiyaya doğru 7 addım”da əks olunan təklifləri cavablandırıb.
1. Sabiq prezidentlərin statusu haqqında qanunun qəbulu və bu qanunun sabiq prezidentlərə - Ayaz Mütəllibova, Əbülfəz Elçibəyə, Heydər Əliyevə və onların ailə üzvlərinə şamil edilməsi.
- Kimsə bir namə yazacaq, hakimiyyət də bütün işini-gücünü atıb, xalqın sosial-iqtisadi vəziyyətini, yaşayış şəraitini yaxşılaşdırmaq, yeni iş yerlərinin açılması kimi vacib məsələləri bir kənara qoyub onların namələrini oxumaqla məşğul olacaq? Xartiyada göstərilən məsələlərin hamısı Azərbaycan cəmiyyətində həyata keçirilir.
Təbii ki, eks-prezidentlərlə bağlı qanun qəbul olunmalıdır. Dünyanın bütün ölkələrində belə bir qanun var. Azərbaycanda da “Eks-prezidentlərin statusu haqqında” qanun qəbul olunacaq. Biz dəfələrlə parlamentdə eks-prezidentlərlə bağlı məsələni qaldırmışıq və bu məsələ həll olumalıdır.
Amma dünyada bunun prinsipi, modeli var. Əgər bunlar Avropaya inteqrasiyadan danışırlarsa, Avropada və dünyada eks-prezidentlərə şamil olunan qanunun modeli var, onu da nümunə göstərsinlər. Bu qanun yalnız prezidentlik müddətini başa vurub eks-prezident kimi fəaliyyət göstərənlərə, vəzifə başında dünyasını dəyişənlərə, xəstəliyinə görə istefa vermək məcburiyyətinə qalanlara və hansısa həlledici məqamda vəzifə borcunu yerinə yetirə bilməyib istefaya gedənlərə və onların yaxınlarına şamil olunur.
Azərbaycanda da “Eks-prezidentlər haqqında” qanun dünya standartlarına uyğun qəbul olunub həyata keçiriləcək. ümummilli lider Heydər Əliyevdən başqa heç kimə bu status düşmür. Ayaz Mütəllibovla bağlı məsələ qaldırılır. Ayaz Mütəllibovun həm Xocalıda, həm 20 Yanvar hadisələrində, həm də ondan sonrakı proseslərdə “gördüyü işlər” hamıya məlumdur. Bundan başqa, prezident postunu qoyub qaçıb, Moskvada oturub. Əbülfəz Elçibəy də gedib Kələkidə oturub. Baxmayaraq ki, hər ikisi Konstitusiyaya and içiblər ki, xalqın maraqlarını sonadək müdafiə edəcəklər. Xalqın maraqlarını müdafiə etmədikləri halda bu insanlara hansı statusun verilməsindən danışmaq olar?
çilidə Auqusto Pinoçet hakimiyyətə gələndə Salvador Alyende prezident idi. Auqusto Pinoçet Salvador Alyendeyə təklif edib ki, sənə bütün şəraiti yaradacam, ölkədən çıx get. Amma Salvador Alyende sonadək öz kreslosunda oturdu, mübarizə apardı və sonda tapancası ilə başına atəş açıb özünü öldürdü. Bu gün də çili xalqının tarixində yaşayır.
Auqusto Pinoçet də sonradan həddindən artıq böyük işlər gördü və bu gün xalqın tarixində yaşayır. Söhbət ondan gedir ki, Salvador Alyendeni xalq prezident seçmişdi, o, konstitusiyaya and içmişdi və vəzifəsini qoyub qaçmadı, oturdu kreslosunda, prezident lentini keçirdi sinəsinə və gülləni vurdu başına.
İndi kimsə bir hədə-qorxu gələcəksə, prezident qorxub vəzifəsini qoyub qaçmalıdır, yalnız özünü düşünməlidir, xalqını yolun ortasında qoymalıdır, maraqların satmalıdır? Belə adamlara eks-prezident statusu verilə bilməz. Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə eks-prezident statusu düşmür.
2. Siyasi amnistiyanın verilməsi: siyasi motivlərlə qaldırılmış bütün cinayət təqiblərinin ləğv edilməsi, Azərbaycandan kənara getməyə məcbur olmuş bütün siyasi xadimlərin vətənə qayıtmasının təmin edilməsi.
- Azərbaycanda “siyasi məhbus” yoxdur, siyasi baxışlarına görə heç kim həbs olunmayıb. Hansı partiyanın üzvü olmasından asılı olmayaraq, bir qrup adam müxtəlif cinayətlərə görə həbs olunublar. “Siyasi məhbus” adı çəkməyin özü cinayətdir. Digər tərəfdən isə Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa İnsan Hüquqları Məhkəməsi ilə mütəmadi əməkdaşlıq edir. Kimsə nədənsə narazıdırsa, ölkədə müxtəlif məhkəmə instansiyaları var, 3-4 instansiyada işlərə baxılır. Vətəndaşlar bundan sonra Avropa Məhkəməsinə müraciət edə bilərlər və edirlərdə.
Xaricdə gizlənən şəxslərin Azərbaycana qayıtması məsələsinə gəlincə, heç kimin ölkəyə qayıtmasına qadağa qoyulmayıb. Həmin şəxslər müxtəlif cinayətlər törədiblər, haqlarında cinayət işi açılıb, axtarışdadırlar və qaçıb gizləniblər. Gəlib məhkəmədə bəraət alsınlar. Ondan sonra Azərbaycanda istənilən işlə məşğul ola bilərlər.
3. İqtisadi-maliyyə amnistiyası verilməsi: kölgə iqtisadiyyatının ləğv edilməsi və leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına siyasi və hüquqi təminatlar verilməsi.
- İqtisadi amnistiya tamamilə başqa şeydir. Bu gün kimsə hansısa pulları oğurlayıbsa, qanun qarşısında cavab verməlidir. Buna hansısa amnistiya vermək və sonra onların həmin pullarını istifadə edib tamam başqa-başqa işlərlə məşğul olmalarına imkan vermək olmaz. Oğurluq pullara necə amnistiya vermək olar? İqtisadi amnistiya o deməkdir ki, insanların qanuni formada qazandıqları şəxsi vəsaitlərini xərcləmələrinə şərait yaradılsın. Yoxsa kiminsə əlinə beş gün səlahiyyət düşüb, hansısa formada, qeyri-qanunu yolla nəyisə oğurlayıbsa, bu, artıq cinayətdir. Həmin şəxslər Cinayət Məcəlləsinin maddələrinə uyğun formada məsuliyyət daşıyırlar, cavab verməlidirlər.
Azərbaycanda xüsusi mülkiyyətin toxunulmazlığı təmin olunur. Mülkiyyətin forması Konstitusiyada göstərilib. Kiminsə qeyri-qanuni yolla hansısa mülkiyyət əldə etməsinin qarşısı alınır.
4. Azərbaycan cəmiyyətinə hesabat verən, dərin siyasi və iqtisadi islahatlar keçirəcək islahatçı milli etimad hökumətinin formalaşdırılması.
- Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır. Xalq da seçki yolu ilə öz hakimiyyətini formalaşdırır, prezidentini, parlamentini və yerli özünüidarəetmə orqanlarını seçir. Azərbaycanda xalq azad, ədalətli, demokratik formada bu məsələni həll edibdir. Ona görə də hansısa dərədən keçən özünü etimad hökuməti hesab edirsə, axı kimdir onlara etimad göstərən? Xalq onlara etimad göstərsəydi, seçkidə dəstək verərdi, parlamentə seçərdi. Seçkidə uduzmuş, seçicinin etimadını qazanmamış adamlar gəlib etimad hökumətindən danışır.
5. Dövlət idarəetməsinin konstitusiya islahatı barədə ümumxalq referendumunun keçirilməsi.
- Azərbaycanda referendum keçirilib, isl
ahatlar aparılıb. Hazırda ölkədə normal, demokratik, azad idarəetmə sistemi mövcuddur. Ola bilər ki, kimsə öz vəzifəsini yerinə yetirə bilmir. Bu, başqa məsələdir. Amma icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinə konstitusiya ilə normal səlahiyyətlər verilib.
6. Qarışıq (majoritar-proporsional) sistem üzrə azad, ədalətli parlament seçkisi keçirmək və çoxpartiyalı sistemin formalaşdırılması, avtoritarizmdən demokratiyaya keçid prosesinin dönməzliyinin təmin edilməsi.
- Azərbaycanda 1995-ci ildə qarışıq seçki sistemi tətbiq olundu. 125 deputatdan 25-i proporsional, 100 nəfər isə majoritar qaydada seçildi. Lakin Azərbaycanda təmsilçilik norması baxımından majoritar sistem daha çox özünü doğrultdu. Baxmayaraq ki, mən partiya təmsilçisiyəm və bizə proporsional sistem daha çox sərf edir. Amma təmsilçilik məsələsi var. Yəni, hər bir deputat müəyyən dairənin, regionun seçiçilərini təmsil edir, birbaşa seçiçidən mandat alır.
Düzdür, proporsional seçki sisteminin bir sıra üstünlükləri var. Məsələn, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır. Sayları az olduğuna görə onların nümayəndələrinin birbaşa parlamentə seçilməsi çox çətinliklər yaradır. Amma proporsional seçki sistemi olanda azsaylı xalqların nümayəndələrini siyahıya salırsan və onlar parlamentə seçilirlər. Bütün xalqların nümayəndələrinin parlamentin işində iştirak etməsi çox vacib məsələdir.
Təbii ki, nə vaxtsa bu məsələyə qayıtmaq, baxmaq olar. Bu gün isə majoritar sistem tam olaraq özünü döğruldub.
7. Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin və imzalanmış müqavilələrin yerinə yetirilməsi, ölkənin beynəlxalq birliyin sabit və etibarlı təfərdaşına çevrilməsi.
- Avroatlantik məkana inteqrasiya prosesində Azərbaycan ən öncül ölkələrdən biridir. Bu gün də proses davam edir. Avropa İttifaqı, NATO ilə ən yaxın və geniş əməkdaşlıq edən dövlət Azərbaycandır. Hətta Ukrayna və Gürcüstanın NATO-ya qəbul olunacağına dair bəyanat verilmişdi. Amma Azərbaycan NATO ilə Ukrayna və Gürcüstandan daha çox əməkdaşlıq edir, hərbi-siyasi, ictimai proqramlara qatılır, öz tövhəsini verir.
Buna baxmayaraq, ATƏT, NATO və digər bəzi beynəlxalq təşkilatlar Azərbaycana qərəzli yanaşırlar, ölkəmizlə bağlı məsələlərdə ikili standartlara əsaslanan mövqe tuturlar. Başqa ölkələri bir kənara qoyuram, hətta Cənubi Qafqaz ölkələrinə yanaşma prinsipina nəzər salanda məlum olur ki, onlarda çox böyük ədalətsizlik var, Azərbaycana ədalətsiz yanaşma mövcuddur. Bizim hər şeydən məlumatımız var, hansı ölkədə seçkilərin necə keçirildiyini, ictimai-siyasi durumu, insanların yaşayışının necə olduğunu, vəziyyəti yaxşı bilirik.
Azərbaycan bütün beynəlxalq öhdəliklərini yerinə yetirir, Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ona görə də Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməsi sahəsində hansısa dəyişikliyə ehtiyac yoxdur.
Yekun olaraq deyim ki, xartiyada yer alan təkliflər çox primitiv təkliflərdir. Azərbaycanın idarəetmə sistemini, siyasi sistemini, iqtisadiyyatını, Avroatlantik məkana inteqrasiyasını, xarici siyasətini, söz və mətbuat azadlığının, insan hüquqlarının təmin olunması sahəsində görülən işləri dərindən bilənlər belə primitiv təkliflər hazırlamazlar.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

