Türk dünyası mədəniyyət paytaxtlarının merləri Şuşada toplaşacaqlar
19.04.2023 [11:12]
2023-cü il Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un yaranmasının 30 ili tamam olur. Eyni zamanda, qurumun Daimi Şurasının qərarı ilə Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhəri 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı “Yeni Azərbaycan”a müsahibəsində qurumun bu tədbirlər çərçivəsindəki fəaliyyətlərindən danışıb.
- Elçin müəllim, TÜRKSOY-un yeni rəhbəri Sultan Raev “Yeni Azərbaycan”a müsahibəsində 30 illik yubiley və Şuşa ilə bağlı xüsusi tədbirlərin olacağını demişdi. TÜRKSOY-un Azərbaycanda da tədbirləri gözlənilirmi?
- Bəli, fəaliyyət planımız bu il üçün xeyli zəngindir. Qeyd edim ki, TÜRKSOY 1993-cü ildə 6 türk cümhuriyyətinin mədəniyyət nazirlərinin imzası ilə Qazaxıstanın o zamanki paytaxtı Alma-Ata şəhərində qurulub. Bunu nəzərə alaraq, biz də bu il yubiley tədbirlərinə Qazaxıstandan başlayacağıq. Tədbirlərə iyunun 7-8-də Astanada start verilməsi nəzərdə tutulub. İyun ayında Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda təşkilatımızın 30 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilməsi planlaşdırılır. Hər ölkədə bir həftə ərzində keçiriləcək TÜRKSOY həftəsi çərçivəsində foto və rəsm sərgiləri, türk dünyası geyimlərindən ibarət dəfilə, hər ölkədən film nümayişi və sair bu şəkildə müxtəlif səpgili, amma eyni konseptli tədbirlər olacaq. Hər bir həftənin sonunda isə yerli incəsənət kollektivlərinin və üzv ölkələrdən gələcək incəsənət ustalarının iştirakı ilə qala konsertlər təşkil ediləcək.
- Tədbirlərin Azərbaycanda nə zaman keçirilməsi planlaşdırılır?
- Yubiley tədbirlərimizin Azərbaycanda, eləcə də Türkiyədə keçirilməsi isə oktyabr ayına planlaşdırılıb. Türkiyənin 100 illik yubileyini də nəzərə alaraq yekun yubiley tədbiri Ankarada keçiriləcək. Xatırladım ki, əvvəlki yubileyləri, Türkiyədə, UNESCO və BMT mərkəzlərində qeyd etmişdik. Bu il isə 30 yaşı qeyd olunan təşkilatımızın fəaliyyət dövrünün ikinci mərhələsinə qədəm qoyduğunu nəzərə alaraq daha geniş və rəngarəng tədbirlərlə üzv ölkələrimizin hər birində keçirməyi planlaşdırırıq. TÜRKSOY-a üzv ölkələrdə fəaliyyətlərimizlə daha geniş ictimaiyyətin yaxından tanış olmasını istəyirik. Bundan əlavə ilin ikinci yarısında UNESCO və BMT mərkəzlərində də yubiley tədbirlərimizin keçirilməsi nəzərdə tutulub.
- Türk dünyasının mədəniyyət paytaxtı Şuşada hansı tədbirlər gözlənilir?
- TÜRKSOY-un yaşı qədər işğal altında olan Şuşa Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən azad olundu. Bu, Türk dünyasının böyük zəfəri idi. Ona görə də biz fürsətdən istifadə edib Şuşanı həm türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmalıyıq. “Şuşa türk dünyasının mədəniyyət paytaxtı 2023 ili”nin rəsmi açılışı mayın 12-də olacaq. Şuşa ilə əlaqədar cənab Prezidentin xüsusi Sərəncamına əsasən Nazirlər Kabinetinin Tədbirlər Planı təsdiqlənib. Bu Tədbirlər Planının icrası ilə əlaqədar TÜRKSOY Baş Katibliyi Azərbaycan Mədəniyyət Nazirliyi ilə koordinasiyada çalışmaqdadır. Builki Xarı Bülbül festivalının da türk dünyası mədəniyyət paytaxtı ili tədbirləri çərçivəsində keçirilməsi qərarda öz əksini tapıb. 6-cı Xarı Bülbül festivalının əvvəlkilərdən fərqi, keçiriləcək mədəni proqramlarda türk dünyasından dəvət olunacaq folklor və rəqs qruplarının, müğənnilərin, aktyorların, kulinarların, əl işləri sənətçilərinin iştirak etməsi olacaq. Bundan başqa, TÜRKSOY-un ənənəvi tədbirləri olan rəssamların, fotoqrafların, şairlərin, muzey və teatr müdirlərinin görüşləri də daxil olmaqla, müxtəlif səpgili silsilə tədbirlər keçiriləcəkdir. Biz bu tədbirlərin məhsuldar və səmərəli nəticələnməsi üçün Şuşada təşkil olunan digər ənənəvi tədbirlər çərçivəsində keçirilməsini təklif etmişik. Məsələn, fotoqraflar görüşünün Xarı Bülbül fesitivalı çərçivəsində, şairlər və rəssamlar görüşlərinin Vaqif poeziya günləri çərçivəsində keçirilməsi kimi. Məqsəd budur ki, türk dünyasının dörd bir yanından gələcək fotoqraf, rəssam və şairlər təkcə Şuşanın görməli yerlərini, təbiətini deyil, həm də festival ab-havasını, orada yaşanan qardaşlıq atmosferini, türk dünyasının birliyini canlı olaraq hiss etsinlər və bu, onların yaradıcılığına hopsun. Bu tədbirlərdə ərsəyə gələn foto və rəsm əsərləri oktyabr ayında nəzərdə tutulan TÜRKSOY-un Daimi Şurasının iclası zamanı Şuşada və TÜRKSOY-un 30 illiyi tədbirləri çərçivəsində Bakıda sərgilənəcək. Daha sonra bu əsərlər kataloq, albom şəklində TÜRKSOY tərəfindən nəşr olunaraq Şuşanı dünyada, üzv ölkələrimizdə və beynəlxalq təşkilatlarda tanıtmaq üçün istifadə olunacaqdır. TÜRKSOY-un Baş katibi Sultan Raevin də dediyi kimi Şuşadan daha güllə səsləri yox, musiqi səsləri gələcək. Biz istəyirik ki, fürsətdən istifadə edək, Şuşaya gələnlər ecazkar coğrafiyaya, zəngin mədəniyyətə malik olan bu şəhərin nə qədər böyük haqsızlığa məruz qaldığını görsünlər. TÜRKSOY ölkələrinin UNESCO üzrə Milli Komissiyalarına sədrliyin Azərbaycana keçdiyi məlumdur. Birinci türk dünyası mədəniyyət forumu və türk dünyası muzeylər birliyinin növbəti toplantılarının da Şuşa - türk dünyası mədəniyyət paytaxtı çərçivəsində keçirilməsi planlaşdırılıb. Birincisi İstanbulda, ikincisi Bursada keçirilən “Qorqud Ata” Türk dünyası film festivalının bu dəfə açılışı Şuşada, filmlərin nümayişi ilsə oktyabr ayında Bakıda olması nəzərdə tutulub. Şuşa türk dünyasının mədəniyyət paytaxtı rəsmi bağlanışı ilə bağlı yekun tədbirin isə noyabrda keçirilməsi planlanıb. Bağlanışda estafet 2024-cü ilin türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Akev şəhərinə veriləcək.
Bu il Türkiyə Cumhuriyyətinin dövlət himninin müəllifi şair Mehmet Akif Ərsoyun anadan olmasının 150 illiyi qeyd olunur. Araşdırmalar nəticəsində öyrəndim ki, Mehmet Akif Ərsoyun bu günə kimi Azərbaycan Türkcəsində ayrıca şeirlər kitabı yoxdur. Azərbaycan Yazıçılar Birliyindəki görüşümüz zamanı razılaşdırdıq ki, şairin seçmə şeirlərini Azərbaycan Türkcəsinə tərcümə etdirək və ilk kitabı TÜRKSOY-da nəşr edək. Bu, həm də Türkiyə Cumhuriyyətinin 100 illiyinə bizim bir hədiyyəmiz olacaq.
- Yanvarın 21-də Avropanın Mədəniyyət paytaxtı Macarıstanın Vezperm şəhərinin rəsmi açılış tədbirlərinə TÜRKSOY-un və Şuşanın rəsmi nümayəndə heyətləri qatıldı. Vezperm rəhbərliyi Şuşaya dəvət ediləcəkmi?
- Əlbəttə Şuşanın açılışına Vezperm şəhərinin merini dəvət etməyi təklif etmişik. Yeri gəlmişkən, onu da deyim ki, il çərçivəsində türk dünyasının bundan əvvəlki bütün mədəniyyət paytaxtlarının merləri də Şuşaya dəvət olunacaq. Bu ilk belə bir tədbir olacaq. Orada paytaxtlar arasında ortaq şəbəkə qurulması nəzərdə tutulub. İlin sonunda isə, dekabr ayında Ankarada ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ilə bu ilin tədbirlərinə yekun vurmağı nəzərdə tutmuşuq. Bundan başqa, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birlikdə də Şuşanın tanıdılması ilə bağlı tədbirlərimiz nəzərdə tutulub. Tədbirlərin üzv ölkələrimizdə və Avropa ölkələrində də keçirilməsi planlaşdırılır.
Sevil Hillalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxFormula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08

