E-qeydiyyat sistemi vergi ödəyicilərinə bir çox üstünlüklər verir
27.07.2011 [10:15]
Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və iqtisadi təhlil baş idarəsinin rəisi Zaur Fətizadənin müsahibəsi:
- İyulun 1-dən Vergilər Nazirliyi sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin elektron qeydiyyatına başlayıb. Burada başlıca məqsəd nədən ibarətdir?
- Qeyd etdiyiniz kimi, Vergilər Nazirliyi biznesin qeydiyyatının müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində iyul ayının 1-dən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin bu məqsədlər üçün İnternet Vergi İdarəsi vasitəsilə onlayn rejimdə qeydiyyatına başlamışdır. Həmin tarixdə Azərbaycanda ilk fiziki şəxs elektron qeydiyyata alınmış və bununla da prosesə start verilmişdir.
E-qeydiyyat sisteminin tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində həyata keçirilmişdir.
E-qeydiyyatın tətbiqində başlıca məqsəd ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının daha da sadələşdirilməsindən ibarətdir. Bu layihə sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipinin davamı olaraq həyata keçirilmiş mühüm tədbirlərdən biridir.
Artıq əminliklə deyə bilərik ki, e-qeydiyyatın işə salınması nəticəsində Azərbaycan biznesə başlama prosedurları sahəsində dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq qədər ciddi irəliləyiş əldə etmişdir. Yaxın gələcəkdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesinin də elektronlaşdırılması ilə Azərbaycan biznesə başlama sahəsində mütərəqqi sistemlərdən birinin tətbiqinə nail olacaq. Bu da öz növbəsində ölkəmizdə biznesin qeydiyyatı prosesinin sadələşməsi ilə yanaşı, vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasında, vətəndaşların keyfiyyətli xidmətlər əldə etməsində mühüm rol oynayacaq. çünki müasir metodlardan istifadə, o cümlədən, elektron xidmətlər vergi orqanı ilə vergi ödəyiciləri arasında qarşılıqlı münasibətlərin yeni keyfiyyət mərhələsinə keçməsinə, həmçinin, korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasına şərait yaradır.
- Bəs, e-qeydiyyat sisteminin hansı üstünlükləri var?
- E-qeydiyyat sistemi vergi ödəyicilərinə bir çox üstünlüklər verir. Bu sistemin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) alınmış istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınırlar. “Bir pəncərə” prinsipinin tətbiqi ilə fərdi sahibkarlar qeydiyyata durmaq üçün 2 gün sərf edirdilərsə, e-qeydiyyatın tətbiqi biznesə başlama üçün tələb olunan vaxtı bir neçə dəqiqəyə qədər azaltmışdır. Bununla yanaşı, fiziki şəxslərin onlayn rejimdə qeydiyyatı həm vergi ödəyicilərində, həm də vergi orqanlarında maddi resurs sərfiyyatının azaldılmasına imkan verir, həmçinin, şəffaf qeydiyyat prosedurlarının aparılmasını təsbit edəcəkdir. İlkin qiymətləndirmələrə görə, e-qeydiyyatın tətbiqi orta hesabla ildə bir milyon manata yaxın vəsaitin qənaət edilməsinə imkan verəcək.
Onu da qeyd edim ki, Vergilər Nazirliyi qeydiyyatdan keçmiş fərdi sahibkarlar barədə məlumatları onlayn rejimdə Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və digər qurumlara ötürür. Bundan başqa, sahibkarlar İnternet Vergi İdarəsi vasitəsilə ƏDV qeydiyyatına alınma və banklarda hesabların açılması üçün elektron ərizə də göndərə bilərlər. Həmin ərizə formaları İnternet Vergi İdarəsində yerləşdirilmişdir.
- E-qeydiyyatın tətbiqindən sonra qeydiyyata alınan fiziki şəxslərin sayında hər hansı bir dəyişikliklər olubmu?
- Artıq ilk günlərdən yeni layihəyə böyük maraq hiss edilir. Qeydiyyatın sadəliyi, cəmi bir neçə dəqiqə vaxt aparması vətəndaşların böyük marağına səbəb olmuşdur. Son bir ay ərzində 1200-dən çox şəxs bu xidmətdən istifadə etmişdir. Biz qeydiyyatın bu formasında artım tendensiyası müşahidə edirik. Hesab edirəm ki, qısa müddət ərzində fərdi sahibkar olmaq istəyən şəxslər e-qeydiyyat sistemi vasitəsilə özləri uçota duracaqlar.
- Gələcəkdə, kommersiya hüquqi şəxslərin də onlayn qeydiyyata alınacağını bildirdiniz. Bəs, elektron hökumətin genişləndirilməsi istiqamətində daha hansı tədbirlər görüləcək?
- Vergilər Nazirliyi e-hökumət quruculuğu istiqamətində öz səlahiyyətləri çərçivəsində işlərini davam etdirir və fəaliyyətini genişləndirməkdədir. çünki artıq həyata keçirilmiş layihələr görüləcək işlərin yalnız başlanğıcıdır. 2011-ci il ərzində rəsmi internet resurslarında xüsusi elektron xidmət bölməsinin fəaliyyətinin təkmilləşdirilməsi və portal vasitəsilə göstərilən xidmətlərin genişləndirilməsi nəzərdə tutulur. Həyata keçirilməsini nəzərdə tutduğumuz digər layihə vergi və rüsumların elektron formada ödənilməsi ilə bağlıdır. Yaxın perspektivdə vergi ödəyiciləri vergi və rüsumları Vergilər Nazirliyinin internet portalı vasitəsilə ödənilməsi üçün plastik kartlardan istifadə etməklə elektron ödənişin aparılması imkanı əldə edəcəklər. Bu, çox mühüm məsələ olduğundan, proses hərtərəfli öyrənilir və təhlil edilir. Bu layihənin həyata keçirilməsi də dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanacaqdır. Bundan başqa, hazırda mütəxəssislərimiz vergi bəyannamələrinin vergi orqanları tərəfindən əvvəlcədən doldurulması sisteminin tətbiqi imkanlarının araşdırılması üzərində çalışırlar.
Gələcək dövrdə elektron auditin tətbiqini də nəzərdə tuturuq. 2011-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə Niderlandın Vergi Administrasiyanın mütəxəssisləri ilə birlikdə e-auditin tətbiqi üzrə Tvinninq layihəsinin icrasına başlanmışdır.
Dövlət başçısının müvafiq Fərmanından irəli gələn mühüm vəzifələrdən biri də dövlət qurumları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilməsi üçün qurumlararası informasiya sistemlərinin tam inteqrasiyasını və onların təkmilləşdirilməsini təmin etməkdir ki, bu istiqamətdə də əhəmiyyətli işlər görülmüş və davam etdirilməkdədir.
Sonda bir məqama da xüsusi toxunmaq istərdim. Vergilər Nazirliyi elektron xidmətləri tətbiq etməklə yanaşı, vergi ödəyicilərinə bu xidmətlərdən tam istifadə üçün imkanlar da yaradır. Artıq respublikanın müxtəlif bölgələrində, xüsusən də internet şəbəkəsinin kifayət qədər inkişaf etmədiyi bölgələrdə 27 xidmət terminalı yaradılmışdır. Biz bu terminalların fəaliyyətinin təkmilləşdirilməsi, göstərilən xidmətlərin əhatəsinin daha da genişləndirilməsi, terminalların tədricən vergi ödəyicilərinin elektron-xidmət mərkəzlərinə çevrilməsini yaxın perspektiv planlarımıza daxil etmişik. Eyni zamanda, xidmət terminallarının sayının artırılması və qısa müddətdə 55-ə çatdırılması nəzərdə tutulur.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

