Turizm mərkəzlərində qiymətlər endirilir
04.08.2011 [09:52]
...Yay fəsli başlar-başlamaz, hamını bir fikir düşündürür-bu il yay məzuniyyətini harada və necə keçirməli? Doğrudur, bu zaman, hər kəs öz imkanına-ailə büdcəsinə uyğun şəkildə hərəkət edir. Kimisi uzaq ölkələrdə dincəlməyə üstünlük verir, kimisi isə ailə üzvləri ilə birlikdə elə burada-əsrarəngiz gözəlliklərə, zəngin təbiətə malik respublikamızın bölgələrinə səyahət edirlər. Əvvəlki illərlə müqayisədə, bu il yerli istirahət mərkəzlərimizdə qiymətlərin nisbətən endirilməsi isə “Turizm ili”ndə respublikamızda dincələn turistlərin sayının daha da artacağından xəbər verir. Mövzu ətrafında söhbət zamanı ölkənin aparıcı turizm şirkətlərindən olan “Bakı-Tur”un direktoru Fayis Məmmədov bu məsələdə çox nikbin idi.
- Fayis müəllim, ölkədə turizm mövsümü davam edir. Bəs qiymətlər necə, sizcə ötən illə müqayisədə qiymətlərdə enmə varmı? Və istirahət mərkəzlərinin təklif etdiyi bu qiymətləri sadə vətəndaşlar üçün məqbul hesab etmək olarmı?
- Deməzdim ki, bu il qiymətlərdə artım var, əksinə, turizm şirkətlərinin təklif etdikləri qiymətlərdə azalma müşahidə edirik. Məsələn, “Bakı-Tur” artıq bir neçə ildir ki, müştərilərə eyni paket -qiymətlər təklif edir. Məlumat üçün bildirim ki, bizim şirkət Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərir. AHİK-in Nabranda 500 yerlik “Xəzər” turist bazası var. İstirahət mərkəzi dördmərtəbəli korpusdan və koteclərdən ibarətdir. Mərkəz hələ Sovet dövründən fəaliyyət göstərir. ötən il, daxili imkanlar hesabına, korpusun birinci mərtəbəsində əsaslı təmir işləri aparılaraq “dördulduzlu” mehmanxana vəziyyətinə gətirildi. Burada 2-3 nəfərlik otaqlarda dincələnlər üçün adambaşına düşən günlük qiymət 32 manatdır (ƏDV daxil). Buraya gündə üç dəfə yemək, avtobuslarla ətraf rayonlara ekskursiyaların təşkili, müxtəlif əyləncəli, mədəni-kütləvi proqramlar daxildir. Bundan əlavə, AHİK Qəbələdəki “Karvan” oteli ilə də müqavilə imzalayıb. Biz burada müştərilərə ilboyu xidmət göstəririk. “Karvan”da 1 nəfər üçün qiymət isə gündə 3 dəfə yemək və ekskursiyalar da daxil olmaqla 40 manat təşkil edir. Burada turistlərə yüksək səviyyədə xidmət təqdim olunur. Hər gün avtobuslarla turistlər oteldən müxtəlif istiqamətlərə-Şəkidəki Xan sarayı və Karvansaraya, “Marxal” istirahət zonasına, eləcə də, rayonun Yeddi gözəl şəlaləsi, Nohur gölü və digər görməli yerlərinə səyahət edirlər. Yol boyu bələdçilər turistlərə ətraflı məlumatlar verir. Axşam turistlər üçün əyləncəli proqram təşkil olunur. Məlumat üçün bildirim ki, Qəbələdə çox yüksək səviyyədə turizm infrastrukturu yaradılıb. Şəhərdəki “Lunapark” Avropada quraşdırılan 4-cü ən böyük istirahət mərkəzi hesab olunur. Düşünürəm ki, bütün bu sadalanan xidmətlərin müqabilində turistlərin ödədiyi qiymətlər heç də yüksək deyil və hər bir sadə vətəndaşın ailə büdcəsinə tam uyğundur.
- Əslində, bu, belə də olmalıdır. çünki bu il Azərbaycanda “Turizm ili” elan olunub. Digər tərəfdən isə, xarici turizm şirkətləri qiymətləri qaldırdığından turizm şirkətlərimiz bu fürsətdən yararlanmalıdırlar..
- Doğru qeyd etdiniz. Heç uzağa getməyək, elə qonşu Türkiyəni götürək. Bu il Türkiyədə turistlərə göstərilən xidmətlərdə qiymətlər qaldırılıb. Bizim şirkət həm də xarici ölkələrə turist səfərləri təşkil edir. Türkiyədən bizə göndərilən qiyməti müqayisə etdikdə, ən azı 20 faiz artım olduğunu görürük. Məlumdur ki, əvvəlki illərdə Rusiya və Avropa ölkələrindən olan turistlər Misir, eləcə də, Aralıq dənizi regionunun digər ölkələrində dincəlməyə üstünlük verirdilər. Həmin regiondakı baş verən məlum hadisələrdən sonra, indi həmin turistlər Türkiyənin istirahət mərkəzlərinə üz tutdular. Fürsətdən istifadə edən türk şirkətləri də qiymətləri artırıblar. Amma bizim şirkətlər daha çox turist cəlb etmək üçün bu addımı atmadılar. Hesab edirəm ki, çox da doğru etdilər. Məlum olduğu kimi, Prezidentimiz tərəfindən bu il Azərbaycanda “Turizm ili” elan olunub. Odur ki, turizm şirkətlərimiz də aksiyaya öz töhfələrini vermək istəyirlər. Məsələn, Nabrandakı “Atlant” istirahət mərkəzi artıq iki ildir ki, 1 nəfər üçün günlük dincəlmə haqqını 40 manat həddində saxlayır. Eləcə də, digər şirkətlərimiz. çünki artıq sahibkar dərk edir ki, ölkədə daxili turizmin inkişafı və istirahət mərkəzlərinə daha çox turist cəlb etmək üçün qiymətləri mütləq aşağı salmaq lazımdır. Bu, həm də dövlətin bizə-turizm şirkətlərinə yaratdığı əlverişli şəraitə görə, bir cavabdır. Belə ki, son dövrlərdə Azərbaycanda turizmin inkişafı üçün dövlət tərəfindən bütün lazımi infrastruktur yaradılıb, yollar bərpa olunub, şəhərlər abadlaşdırılıb, binaların fasadları yenidən qurulub, tarixi-mədəni obyektlərimiz bərpa olunub. Eyni zamanda Azərbaycan dövlətinin apardığı xarici və daxili siyasət, ölkədəki iqtisadi inkişaf, xarici turistlərin ölkəmizə olan marağını artırıb. Digər tərəfdən isə, təmsilçilərimizin Avropanın ən nüfuzlu musiqi yarışması olan “Eurovision-2011”də inamlı qələbə qazanması xarici turistlərdə Azərbaycana olan marağı ikiqat yüksəldib. Təsəvvür edin ki, gələn il doğma Bakımız bu müsabiqəyə ev sahibliyi edəcək. Yarışmanı izləmək üçün eyni vaxtda paytaxtımıza təxminən 40-50 min turist gələcək. Hansı ki, biz indiyədək, eyni vaxtda bu sayda turist axınını görməmişik. Bütün bu sadaladıqlarım bizi işimizdə daha məsuliyyətli olmağa, ölkənin turizm potensialını yüksək səviyyədə təqdim etmək üçün indidən hazırlıq işlərinə başlamağa sövq edir.
- Fayis müəllim, sizcə, xarici turisti Azərbaycanda özünə cəlb edən daha çox nədir? Və turizm şirkətləri ölkənin turizm potensialını təbliğ etmək üçün onlara yeni marşrutlar təqdim edə bilirlərmi?
- Birmənalı olaraq, bildirmək istəyirəm ki, bu gün xarici turistləri Azərbaycanda çimərlik turizmindən daha çox mədəni turizm maraqlandırır. Heç kəsə sirr deyildir ki, Abşeron çimərliklərində dəniz suyunun ekoloji vəziyyəti, heç uzağa getməyək, Türkiyədəki çimərliklərlə müqayisədə aşağıdır. Odur ki, Azərbaycana gələn turistlər çimərliklərə bir o qədər də meyil göstərmirlər. Əksinə, turistlər Azərbaycanın səfalı güşələrini gəzmək, milli adət-ənənələrimizlə, folklorumuzla, regionlarımızdakı mətbəx nümunələri ilə yaxından tanış olmaq üçün paytaxtdan kənarda dincəlməyə üstünlük verirlər və bundan böyük zövq alırlar. Odur ki, “Bakı-Tur” olaraq xarici turistləri, daha çox, bölgələrimizlə tanış etməyə çalışırıq.
Yeri gəlmişkən, qeyd edim ki, turizm çox spesifik sahə olduğundan, sözsüz ki, bütün turizm şirkətləri öz fəaliyyətlərinə yaradıcı şəkildə yanaşmalıdırlar. Hər il eyni şeyi təkrar edəndə turistlər üçün maraqsız olur. Gərək mövsüm başlayanadək yeni marşrutlar hazırlayasan ki, turistlər üçün də maraqlı olsun. “Bakı-Tur” daim belə marşrutlar üzərində işləyir. Bizim artıq fəaliyyət göstərən bir neçə beynəlxalq turist marşrutlarımız var. Bunlardan biri “Aleksandr Düma Qafqazda” adlanır və bu marşrut artıq 4-cü ildir ki, fəaliyyət göstərir. Məlum olduğu kimi, görkəmli fransız ədibi, eyni zamanda, böyük səyyahı Aleksandr Düma 1858-ci ildə Rusiyaya gəlib, oradan Qafqaza səfər edib. Qusardan keçib, Qubada gecəliyib, sonra Dəvəçidən keçərək Bakıya gəlib. Buradan Şamaxıya, sonra isə Şəkiyə gedib, oradan da keçib indiki Gürcüstanın ərazisinə-Tiflisə gedib və Poti limanından gəmi ilə yollanıb Fransaya. Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tövsiyəsi əsasında biz A.Dümanın səyahət etdiyi bu marşrutu turistlər üçün hazırladıq. Xatırladım ki, 2008-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyev Fransaya səfər edərkən, orada iki ölkə arasında əməkdaşlığa dair müqavilə imzalandı və həmin müqavilənin bəndlərindən biri də məhz bu marşrutun yaradılmasını özündə əks etdirirdi. Bu məsələ sonradan Azərbaycan-Fransa hökumətlərarası komissiyanın iclasının gündəliyinə daxil edildi və beləliklə də, sözügedən beynəlxalq turist marşrutu fəaliyyətə başladı.
ötən il “Bakı-Tur” Fransada keçirilən beynəlxalq turizm sərgisinə qatılmışdı. Bizim bu marşrut Dümasevərlər arasında böyük rəğbətlə qarşılandı, ziyarətçilərin böyük diqqətini çəkdi və onlar bu marşrut üzrə səyahət etmək arzusunda olduqlarını bildirdilər.
Yeri gəlmişkən, xatırladım ki, bu ilin əvvəlində böyük fransız aktyoru Jerar Departye Bakıda oldu. Səfər çərçivəsində cənab Prezidentimizlə görüşdü, Mədəniyyət və Turizm Nazirliyində müzakirələr apardı. Görüşlərdən sonra belə qərara gəlindi ki, Aleksadr Dümanın Azərbaycana səfəri barədə bir film çəkilsin və o, filmdə baş rolu ifa etsin. Hesab edirəm ki, bu filmin ərsəyə gəlməsi Azərbaycanın turizm potensialının dünyada təbliğ olunmasına öz töhfəsini verəcək.
- Yeri gəlmişkən, əcnəbilər bir yana, sadə Azərbaycan vətəndaşı üçün bu marşrut üzrə səyahət etmək onun ailə büdcəsinə uyğundurmu?
- “Aleksandr Düma Qafqazda” turist marşrutunu 8 gecə, 9 gün ərzində keçmək mümkündür. Gündə 3 dəfə yeməyi, rahat avtobus, bələdçini də hesablasaq, bu, adambaşına 400 manat təşkil edir. Belə qiymət nəinki xarici turistlər, hətta sadə vətəndaşlarımız üçün də əlverişlidir.
Bundan əlavə, bizim digər beynəlxalq marşrutumuz da var: “Böyük İpək Yolu”, “Şərab yolu”, “İpəkçilik”, “Xalçaçılıq”, “Uzunömürlülər” marşrutları və s.
Eyni zamanda, “Bakı-Tur” Azərbaycanın bütün bölgələrinə də turist marşrutları təşkil edir. İlkin təhlillərə əsasən, demək olar ki, respublikamızın bölgələrində istirahət etmək istəyən turistlərin sayında, ötən illə müqayisədə, artım müşahidə olunmaqdadır.
- Əgər ümumiləşdirmə aparsaq, bu il üçün turizm şirkətlərinin proqnozları nədir- ötən illə müqayisədə turistlərin sayında ciddi artım olacaqmı?
- Sözsüz ki, bu, belə olacaq. İlk ayların təhlili bizə onu deməyə əsas verir ki, “Turizm ili”ndə ölkəmizin istirahət mərkəzlərində dincələn turistlərin sayında rekord nəticə əldə edəcəyik. Amma bununla belə, bir haşiyə çıxmaq istərdim. Bildiyiniz kimi, Qusarda “Şahdağ” Yay-Qış Turizm Kompleksi tikilir. Tikintinin birinci mərhələsinin istifadəyə verilməsində cənab Prezidentimiz də iştirak etmişdi. Bu, böyük nailiyyətdir. Acı da olsa, bir faktı söyləyim. Gürcüstanın İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, ötən il Azərbaycandan bu ölkəyə dincəlmək üçün 500 min turist gəlib. Bunların əksəriyyəti qış turizm mərkəzlərində dincəliblər. Amma rəsmi statistikaya görə, keçən il Gürcüstandan Azərbaycana bir nəfər də olsun turist gəlməyib. “Şahdağ” turizm kompleksinin istifadəyə verilməsi, ölkəmizdə ilboyu turistləri qəbul etməyə imkan verəcək. Eyni zamanda, həm dövlət büdcəsinə daxilolmalar artacaq, həm də turist şirkətləri özləri inkişaf edəcəklər, daha da güclənəcəklər.
Son olaraq, onu da qeyd etmək istərdim ki, ümumiyyətlə, Azərbaycanda turizmin inkişafına çox nikbin baxıram. Düzdür, bəzi problemlər var, bu da təbiidir. Amma dövlətimizin turizm sektorunun inkişafına diqqət və qayğısının nəticəsində, bu gün həmin problemlər həll olunur. Azərbaycanda turizmin inkişafına dair xüsusi Dövlət Proqramı qəbul olunub. Hesab edirəm ki, Proqramın icrası nəticəsində ölkəmizdə turizm sektoru, digər sahələr kimi, daha da inkişaf edəcək. Turizm şirkətləri də öz fəaliyyətlərini dövrün tələblərinə uyğun şəkildə quracaqlar, Azərbaycanın turizm potensialının, onun milli adət və ənənələrinin, mətbəxinin, mədəniyyətinin xarici ölkələrdə təbliğinə çalışacaqlar. Düşünürəm ki, bütün bunlar bizim həm ölkədə start götürmüş “Turizm ili”nə, eləcə də, füsunkar təbiətə malik doğma Azərbaycanımızın tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi işinə bir töhfəmiz olacaq.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

