/ / Mübariz Qurbanlı: Münaqişənin həllinin yubanmasına səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi və bəzi beynəlxalq güclərin hələ də bundan yararlanmaq istəyidir
Mübariz Qurbanlı: Münaqişənin həllinin yubanmasına səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi və bəzi beynəlxalq güclərin hələ də bundan yararlanmaq istəyidir
26.08.2011 [09:48]
- Mübariz müəllim, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin sürətləndiyi bir məqamda Serj Sarkisyanın gənclərlə növbəti görüşündə siyasi məzhəkə xarakterli ifadələr səsləndirməsi nədən qaynaqlanır?
- Serj Sarkisyan hər dəfə danışıqların müəyyən məcraya gəlib çatdığı məqamda prosesə zərbə vuran bəyanatlarla çıxış edir. Sarkisyanın bu cür çıxış etməsinin arxasında erməni tərəfinin danışıqları pozmağa yönəlik cəhdlərini görməkdəyik. Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalması təcavüzkar ölkəyə daha da ağır zərbə vurmaqdadır. Ermənistan mətbuatına diqqət yetirsək erməni ictimai rəyinin böyük narahatlıq və təşviş keçirdiyini görə bilərik. Bu narahatlıq və təşviş təsadüfü deyil. çünki Ermənistandan hər il xaricə gedən ermənilərin sayı durmadan artmaqdadır. Son statistik məlumatlara görə, Ermənistanda 1,7 milyon nəfər əhali qalıb. İşğalçı dövlətin iqtisadiyyatı çox ağır vəziyyətdədir. Hətta erməni ekspertləri Azərbaycanın hərbi nöqteyi-nəzərdən Ermənistanı qat-qat üstələdiyini etiraf etməkdədir. Erməni mentalitetinə, psixologiyasına görə, onlar heç zaman nə öz səhvlərini etiraf edirlər, nə də qarşı tərəfin güclü olduğunu söyləyirlər. Lakin özlərini həmişə üstün mövqedə göstərməyə çalışıblar. Bu gün isə biz bunu görmürük. Ermənistanın daxilində ağır psixoloji durum yaranıb. Bu, Ermənistanın siyasətinə də birbaşa təsir etməkdədir. Sarkisyanın gənclər qarşısında əvvəlki sərsəm “Dağlıq Qarabağı biz aldıq, Ağrı dağı da siz alın” çıxışı əslində, dövlət başçısına xas olmayan bir fikirdir. İstənilən ölkə rəhbəri öz siyasətini örtülü şəkildə həyata keçirir. Onu bağıra-bağıra cəmiyyətə elan etmir. Məhz siyasət termini ona görə siyasət adlanır ki, fikirlər pərdələnmiş şəkildə ifadə edilsin. Diplomata dil ona görə verilib ki, bu yalanı ört-basdır edə bilsin. Əgər dövlət başçısı dövlət siyasətinin istiqamətlərini açıq bəyan edirsə, bu zaman qarşı tərəf ona cavab hazırlayır və bunun baş tutmaması üçün əngəllər törədir və s. Əslində, Ermənistanın indiki vəziyyətə düşməsinə səbəb Sarkisyanın sərsəm ideyalarının nəticəsidir. Sarkisyanın Göyçə ətrafında erməni gəncləri ilə görüşündə səsləndirdiyi bəyanat onun hansı keyfiyyətlərə malik insan olduğunu bir daha nümayiş etdirdi. Bu, onu göstərir ki, Sarkisyan dövlət siyasətini anlamaq iqtidarında deyil və nə təhsili, nə dünyagörüşü ona ağıllı siyasət yürütməyə imkan vermir. Sarkisyanın keçdiyi həyat yoluna nəzər salsaq, görərik ki, o, hakimiyyətə özünün fəaliyyəti nəticəsində gəlməyib, onu hakimiyyətə gətiriblər və gətirən zaman da məqsəd Sarkisyan tərəfindən sərsəm fikirlər səsləndirilməsi olub. Düşünürəm ki, təcavüzkar ölkənin daxilində real düşünən insanlar bu yöndə müəyyən dəyişikliklər edəcəklər, əks təqdirdə, ölkənin durumu getdikcə pisləşəcək. Problemin hələ də həll olunmamasının səbəbi isə, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların bundan yararlanmaq istəyidir.
- Təcavüzkar dövlətin dünya birliyinə qarşı çıxmasını rəsmi Moskvanın siyasi dəstəyinə arxalanması ilə əlaqələndirmək olarmı?
- Konkret olaraq, mövcud münaqişənin həllinin hansı dövlətin əlində olması fikrini tam ifadə etmək çətindir. çünki burada Ermənistan özünün təcavüzkarlıq iddiaları ilə öndə dayanır. Təbii ki, Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək Azərbaycana təzyiq etmək istəyən müəyyən xarici dairələr var. Azərbaycan da bu təzyiqləri zamanında dəf etmək iqtidarında olduğunu nümayiş etdirib. İlk çətin illərimizdə, yəni 1990-cı illərdə müəyyən uğursuzluğa düçar olsaq da, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın möhkəmlənməsi, güclənməsi Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana bir təzyiq kimi istifadəni sıfıra endirdi. Daha sonra isə, tamamilə aradan qaldırdı. Bu gün Dağlıq Qarabağ kartından Azərbaycana təzyiq edərək ölkəmizin hansısa bir siyasi qərarının dəyişməsinə kimsə nail ola bilməz. 1994-cü ildə Azərbaycanın iqtisadiyyatının gücü hələ kifayət qədər olmadığı bir vaxtda neft müqavilələrinin imzalanmasına, eyni zamanda, qaz ixracı ilə bağlı müqavilənin imzalanmasına və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail ola bildik. 2000-ci ildən sonra situasiya tamamilə dəyişdi və biz bu gün bölgədə istənilən qərarı qəbul edərək onu həyata keçirmək iqtidarında olan müstəqil dövlətik. Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçıları tərəfindən yaradılmış hər hansı qurum qeyri-qanunidir və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə ziddir. Həmçinin bu, Azərbaycan qanunları ilə üst-üstə düşməyən bir addımdır. Bütün bunlara baxmayaraq, bölgədə geopolitik, geosiyasi, geoekonomik marağı olan ölkələr var ki, onlar Ermənistanla deyil, məhz Azərbaycanla ikitərəfli əlaqələrə üstünlük verir. Ona görə də, Dağlıq Qarabağ problemindən bizə təzyiq vasitəsi kimi istifadə öz nəticəsini vermədi, vermir və verməyəcək də. Nəinki bölgədə, dünyada Azərbaycan dövlətinin çəkisi, nüfuzu və hörməti kifayət qədər çoxdur. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini, tarixi mədəniyyət abidələrini dağıtmaqla bir növ özlərinin vəhşi millət olduqlarını göstərməkdədirlər. Zaman Azərbaycanın xeyrinə işləyir.
- Mübariz müəllim, BMT Baş Assambleyasının növbəti 66-cı sessiyasında Dağlıq Qarabağla bağlı iki qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Bu qətnamə layihəsinin qəbulu nə dərəcədə mümkündür?
- Beynəlxalq münasibətlərdə dövlətlərarası münaqişələrin və qarşıdurmaların aradan qaldırılmasında BMT-nin özünə məxsus yeri və rolu var. BMT yeganə beynəlxalq təşkilatdır ki, bu qurumun qəbul etdiyi bütün qərar və qətnamələr üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir. Əslində, bu gün dünyada sülhün, əmin-amalığın, təhlükəsizliyin və mövcud problemlərin həlli BMT-nin üzərində dayanıb. BMT böyük bir təşkilat olmaqla yanaşı, həm də siyasi məsuliyyət daşıyan bir qurumdur. Bu gün Azərbaycan dövlətinin ərazi bütövlüyü mənfur ermənilər tərəfindən pozulub. Bununla əlaqədar müraciətlərimiz əsasında BMT işğalçı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar dörd qətnamə layihəsi qəbul edib. Qətnamənin məlum şərtlərinə əsasən işğal edilən Azərbaycan əraziləri tamamilə qeyd-şərtsiz boşaldılmalıdır. Lakin bu qətnamələrin icrası indiyədək yerinə yetirilməyib. İşğalçı ölkənin bu məsələdə qeyri-konstruktiv mövqe tutması Azərbaycan dövlətinin başqa vasitələrlə Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir. Bununla bağlı Azərbaycan dövləti BMT-nin Təhlükəsizlik Şurasına yenə də müraciət edə bilər, lakin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olduğuna görə, Azərbaycan dövləti həmin qətnamələrin yerinə yetirilməsini təklif və tələb edir. Həmin qətnamələrin yerinə yetirilməsi üçün lazımi addımlar atılmalıdır. İlk öncə, Ermənistan qətnamə layihəsinin icrasını həyata keçirmədiyinə görə, bu ölkəyə qarşı iqtisadi və siyasi xarakterli sanksiya tətbiq edilməlidir. Lakin çox təəssüf ki, bunu görmürük. Və bunun da səbəbi Təhlükəsizlik Şurasına üzv olan beş daimi ölkələr sırasında işğalçı Ermənistanı müdafiə edən ölkələrin olmasıdır. Bunun da kökündə yalnız geopolitik maraqlar və regionla bağlı həmin ölkələrin siyasətinin dayanmasıdır. Azərbaycan dövləti diplomatik cəhətdən fəaliyyətini bir an belə dayandırmayıb. ümummilli lider Heydər Əliyevin xarici siyasət doktrinası vardı. Bu doktrinanın da müxtəlif istiqamətləri var. Balans siyasəti və Azərbaycanın maraqlarını qorumaq istiqamətində xaricdə görəcəyimiz tədbirlər. ölkə rəhbəri İlham Əliyev bir neçə dəfə Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirlərini toplayaraq onlara istiqamətlər verib. Bütün təşkilatlarda Azərbaycanın lehinə qərarların qəbul edilməsinə nail olmaqdayıq. BMT, AŞPA, ATƏT, İKT, İƏT, hətta GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq, EKO və s. təşkilatlar Azərbaycanın lehinə qərarlar qəbul edib. Bütün təşkilatlarda Azərbaycan dövləti hücumçu xəttini davam etdirərək Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi ilə bağlı qərarların qəbul edilməsinə nail olub. Bir an belə olsun erməni işğalı məsələsinin gündəmdən çıxmasına imkan yaratmırıq. 13 yaşlı erməni qızına çox dolğun, məntiqli cavab erməni təbliğat maşınına olduqca ağır zərbə vurdu. Bu onu göstərir ki, erməni təbliğat maşını artıq qətiyyən bizimlə yarışa və haqqımızda istədikləri kimi mənfi rəy foralaşdıra bilmir. Bütün sahələrdə təcavüzkar ölkəni diz çökdürməliyik. çox təəssüf ki, öz daxilimizdə olan bəzi üzdəniraq qüvvələr Ermənistanın təbliğat maşınının yazdığı məlumatlara uyaraq onu ölkə daxilində səhvən və yaxud qərəzli şəkildə yayır. Baş verən hadisələrə, proseslərə baxmayaraq, Ermənistan işğala məruz qalmış Azərbaycan qarşısında diz çökəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

