3 saatlıq mühasirə...
04.10.2023 [11:36]
O anları unuda bilmərəm
Biz hər an əmrə hazırıq!
Günel ABBAS
Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində minlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində Vətənimiz düşmən tapdağından azad edildi. O günlərdə Azərbaycan əsgərinin hünəri qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını tullayaraq qaçmağa yer axtarırdı. Torpaqlarımızı düşmən tapdağından azad edən igidlərimizdən biri də Əliyev Kənandır.
Əliyev Kənan Əli oğlu 23 aprel 1993-cü ildə Bakı şəhərində anadan olub. Milli Qəhrəman Gültəkin Əsgərovanın adını daşıyan 200 №-li tam orta məktəbi bitirib. Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. 2013-cü ildə hərbi xidmətini N saylı xüsusi teyinatlı hərbi hissənin kəşfiyyat bölüyündə, kəşfiyyatçı, manqa komandiri vəzifəsində keçib. Hazırda Təhsil Respublika İdman Mərkəzinin 8 nömrəli uşaq-gənclər idman məktəbinin basketbol bölməsinin baş məşqçisidir.
- Kənan, müharibəyə yollandığınız ilk günü necə xatırlayırsınız?
- Bildiyiniz kimi, 28 sentyabr 2020-ci ildə Prezident Ali Baş komandan İlham Əliyev qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzaladı. Mən də Azərbaycan oğlu kimi könüllü olaraq sentyabrın 28-də Nərimanov rayon hərbi komissarlığına getdim və oradan biz təlimlərə cəlb etdilər. 3 günlük təlimdən sonra Füzuliyə yola düşdük. Ardınca 29 oktyabrdan etibarən 3 aya yaxın Cəbrayıl, Qubadlı və Zəngilanda gedən döyüşlərdə iştirak etdim.
- Vətən müharibəsində iştirakınızın ilk günlərindən xatirinizdə nələr qalıb?
- Müharibənin ilk günlərindən ancaq torpaqlarımızı azad etmək uğrunda əlimizdən gələni etmək, Xocalının, şəhidlərimizin qisasını almağı düşünürdük. Mənim atam 1-ci Qarabağ müharibəsi veteranıdır. O, uşaqlıqdan mənə erməni separatçılarının vəhşiliklərindən, hiyləgərliyindən çox danışmışdı. Bu səbəbdən mən bir növ psixoloji cəhətdən hazır idim.
- Döyüş əməliyyatlarından daha çox yadınızda nə qalıb? Təkrar-təkrar xatırladığınız elə bir hadisə və ya an varmı?
- 3 saatdan çox mühasirədə qaldığım anı unutmaq mümkün deyil. Həmin gün dərədə qalmışdıq, 2 nəfər idik. Birdən hər tərəfdən minamyotlardan durmadan atəş açıldı. Düşmən biz olduğumuz nöqtəni nişan almışdı. Bölük komandirimiz Məmmədov Fətullanın çevikliyi, dəqiqliyi və cəsarəti sayəsində mühasirədən çətinliklə də olsa, çıxa bildik.
Digər unudulmayan hadisə komandirimiz Qərib Baxşəliyevin dumanlı havada yolu azıb ermənilər tərəfə keçərkən əsir düşməmək üçün özünü gülləməsi idi. Bu hamımıza həm çox pis təsir etmişdi, həm də bir örnək olmuşdu. Onun bizə dediyi “kişiyə ürək, dosta kürək, bayrağa külək çox yaraşır” sözləri hər zaman yaddaşımızda qalacaq.
Bir məqamı da xatırlayıram. Bakıdan bir yerdə yola düşdüyümüz döyüş yoldaşlarımdan biri ailəli idi, bir qızı da var idi. Hər dəfə o, qızı haqqında danışanda deyirdi ki, şəhid olarsa, qızı böyüyəndə onunla fəxr edəcək. O belə danışanda hamımız kövrəlirdik. Əslində, yadda qalan və unudulmayan məqamlar çoxdur və düşünürəm ki, o anlar heç vaxt da unudulmayacaq.
- Müharibə günlərində bütün Azərbaycan xalqının ürəyi ordumuzla birgə döyünürdü. Bəs ön cəbhədən baxdıqda arxa cəbhə necə görünürdü?
- Döyüşlərdə olanda arxa cəbhədə həqiqətən bizə dəstək olan birinci valideynlərim, qardaşım, dayım və ən yaxın idmançı dostlarım idi. Əsgərlik dostum Riyad Rüstəmlini bu siyahıda xüsusi qeyd etmək istərdim. Ümumiyyətlə, arxa cəbhənin hər gün yeni ərazilərin işğaldan azad edilməsi haqqında xəbər gözləməsi bizi daha da ruhlandırırdı. Bu mənada 44 günlük müharibədə xalqımızın dəmir yumruq kimi birləşməsi Qələbəmizin əsas atributu idi.
- Müharibənin başa çatması xəbərini günün hansı saatında və harada aldınız?
- Müharibənin sona çatmasını Qubadlıda olarkən eşitdik. Gecə saatlarında postda Prezidentin çıxışını radio ilə dinləyirdik. Müharibənin bitməsinə baxmayaraq, sona qədər diqqətli olub xidmətimizə davam edirdik.
- Qarşı tərəfin mənəvi-psixoloji durumu necə idi?
- Qarşı tərəfi mənəvi-psixoloji durumu məğlub olmuş kimi idi. Ən əsası da onlar bilirdilər ki, haqq-ədalət bizim tərəfdədir və biz bizim olanı nəyin bahasına olursa olsun alacağıq. Qarşı tərəf sarsılmışdı, məğlub olacaqlarını çoxdan anlamışdılar. Azərbaycan ordusu 44 gün onlara kimin söz sahibi kim olduğunu göstərdi və sübut etdi.
- Döyüş yoldaşlarınızdan şəhid yaxud qazi olduğu an keçirdiyiniz o ağır hissləri bir neçə cümlə ilə necə ifadə edə bilərsiniz?
- Bu barədə danışmaq çox çətindir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Şəhidlər daim qəlbimizdə yaşayacaqlar.
- Ölüm-dirim savaşında idiniz. Hər şey ola bilərdi. O zaman ağlınıza kimlər gəlirdi?
- Əbəs yerə ana vətən demirlər. Vətən deyəndə ana, ana deyəndə vətən başa düşülür. O anlarda ən çox anam yadıma gəlirdi.
- Qalib ordunun əsgəri kimi doğma elinə, evinə, yaxınlarına, dönmək nə dərəcədə qürurlu bir haldır və yaxınlarınız sizi geri dönərkən necə qarşıladı?
- Evə axşam saatlarında çatdım. Düzü, mənə də sürpriz oldu. Ailəm başda olmaqla, qonşular, doğmalarım, qohumlarım, idmançı dostlarım, məhləmizdə üçrəngli bayrağımızla məni qarşıladılar. Qalib ölkənin, qalib ordunun müharibə veteranı olmaq qürurlu, sevincli bir hissdir.
Geriyə baxanda Allaha şükür edirəm ki, bu qələbədə az da olsa, mənim də əməyim var. Allah Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qorusun, elə bu tribuna vasitəsi ilə bildirmək istərdim ki, bizlər hər zaman Ali Baş Komandanın yanındayıq, onun hər bir əmrinə hazırıq. Qarabağ Azərbaycandır!
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

