/ / Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi siyasətin nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatında da dinamik inkişaf tendensiyası aydın gözə çarpır
Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi siyasətin nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatında da dinamik inkişaf tendensiyası aydın gözə çarpır
23.02.2012 [23:55]
- Cavid müəllim, son illər ərzində Azərbaycanın yol təsərrüfatında həyata keçirilən işlər hansı nailiyyətlərin əldə olunmasına səbəb olub?
- Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı dünyada bənzəri olmayan sürətlə inkişaf edir. Gənc olmasına baxmayaraq, ölkəmiz qısa zaman kəsiyində xeyli uğurlara imza atıb, demokratik, hüquqi, dünyəvi dövlətlər sırasında özünə layiq yer tutub. Əldə olunan nailiyyətlər, qazanılan uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyinin nətisidir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə geniş islahatlar aparılıb. O cümlədən, yol təsərrüfatında. Məhz, ümummilli liderimiz Heydər Əliyevin 10 iyun 2003-cü ildə NN-in yaradılması haqqındakı Fərmanı vəziyyəti kökündən dəyişdi.
Nəqliyyat Nazirliyinin tərkibində “Yolnəqliyyatservis” Departamenti, sonradan ölkə başçısı cənab İlham Əliyevin 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə təşkilatı-hüquqi forması dəyişdirilərək “Azəryolservis” ASC-in yardılması ölkənin yol infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara uyğun yenidənqurulması istiqamətində mühüm addım olub.
Bu gün fəxrlə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan düzgün iqtisadi siyasətin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, yol təsərrüfatında da dinamik inkişaf tendensiyası aydın gözə çarpır. ölkə başçısının respublikamıza rəhbəlik etdiyi dövrlər ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, böyük nailiyyətlər də əldə olunub. Bunu son 8 ilin göstəricilərinə diqqət yetirsək, daha aydın görə bilərik. Belə ki, son 8 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 2822 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb. O cümlədən, ümumi gücü saatda 2000 tondan çox olan 30-a yaxın asfalt beton zavod istifadəyə verilib. 2003-2011-ci illər ərzində respublikada tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 6240km-dən artıq olub. Bu dövrdə ümumi uzunluğu 18000 pm olan 160-a yaxın körpü tikilərək istifadəyə verilib. Müqayisə üçün deyə bilərəm ki, 2003-ci ilə kimi son 100 il ərzində respublikanın avtomobil yollarında tikilmiş körpülərin ümumi uzunluğu 40,2 km olub.
ölkənin ümumi istifadədə olan 18986 kilometr avtomobil yolunun 17513 kilometrinə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəryolservis” ASC tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13147 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1230- a yaxın 43562 poqon metr uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1525 km təşkil edir.
ötən müddət ərzində respublika və yerli əhəmiyyətli yollarda da böyük həcmli təmir-tikinti işləri görülüb. Demək olar ki, ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən yolların rahatlığı üçün konkret tədbirlər həyata keçirilib. Biləsuvar-İran sərhədi, Lənkaran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma yollarının yenidən qurulması, Qusar-Əniğ-Ləzə, İsmayıllı-Lahıc, Bəhrəmtəpə-Biləsuvar, Şamaxı-Göylərçöl-Padar, Aşağı Salahlı, Kəmərli, Şəki-Qax yollarında tikinti işlərinin davam etdirilməsi dövlətin bu sahəyə diqqətinin bariz numunəsidir.
- Nəqliyyat infrastrukturunun qurulması üzrə respublikada hələ də iri layihələr həyata keçiriləməkdədir. Hazırda hansı istiqamətdə işlər aparılır?
- ölkə başçısının tapşırıqlarını vaxtında məsuliyyətlə yerinə yetirən Nəqliyyat Nazirliyi tərəfindən vaxtilə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli İpək Yolu layihəsinin reallaşdırılması istiqamətində uğurlu addımlar atılıb. Sözügedən layihə “Şərq-Qərb” nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin, respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissələrinin ölkə başçısının iştirakı ilə açılışı olub. Hazırda yolun Bakı-Ələt, Gəncə dairəvi hissələri ilə yanaşı, Yevlax-Gəncə, Hacıqabul-Kürdəmir hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.
Bakını Rusiya dövlət sərhədi ilə birləşdirən yol hərəkətin intensiv olduğu magistrallardan biri sayılır. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu magistral Avropa və Asiya marşurutlarına daxil olmaqla Respublikanın Şimal sərhədinə çıxışı təmin edir. ümumi uzunluğu 208 km olan magistralın artıq 6-16 km hissəsi asfalt-beton, 16-134 km hissəsi sement-beton örtüklü olmaqla, yenidən qurulub, eyni zamanda, magistralın 28-45-ci (Sumqayıt dairəvi), 131-165-ci kilometrlik (Gəndob-Quba) hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 paqon metr olan körpünün tikintisi işləri başa çatdırılıb. Gəndob-Samur-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 km) 4 zolaqlı hərəkət üçün yeni trassa üzrə tikintisi işləri hazırda davam etdirilir.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulmasına başlanılıb. Bu yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 km-ə qədər qısaldacaq.
Dövlət başçısının Sərəncamı ilə daha bir beynəlxalq əhəmiyyətli Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (M-3) avtomobil yolu da yenidən qurulur. Paytaxtı İran sərhədi ilə birləşdirəcək bu magistralın 0-9, 9-31-ci kilometrlik sahələri və Biləsuvar dairəvi adlanan 10,6 kilometrlik hissəsi ölkə başçısının iştirakı ilə istismara verilib. Hazırda magistralın Yenikənd-Salyan, Salyan-Şorsulu, Masallı-Astara hissələrinin və Salyan şəhərində Kür çayı üzərində körpü keçidinin tikintisi işləri gedir.
Respublikanın yol şəbəkəsində mühüm rol oynanyan və iri həcmli tikinti materialları yataqlarına məxsus regionda yük daşımalarında vacib əhəmiyyət daşıyan Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin cənub və cənub-qərb ərazilərində nəqliyyatın inkişafında çox önəmlidir. Hazırda magistralın Hacıqabul-Bulaqlı, Bulaqlı-Hacıqabul hissələrində yenidənqurma və Şirvan şəhərində yerləşən Kür çayı üzərində yeni tikinti işləri davam etdirilir.
Zəngin təbii-coğrafi üstünlüklərə və turizmin inkişafı üçün müstəsna əhəmiyyətə malik regionda iqtisadiyyatın və ümumilikdə nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən magistrallardan biri də Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yoludur. Tikinti işləri çərçivəsində 119 km hissə 2009-cu ilin noyabr ayında istismara verilib. Hazırda 15-45-ci kilometrlik sahənin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması və ümumi uzunluğu 144,8 km təşkil edən Muganlı-Yevlax hissəsinin tikintisi işləri davam etdirilir.
- Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planı və paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası çərçivəsində hansı işlər görülür?
- Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası paytaxtın yol infrastrukturunun əsaslı dəyişikliyinə səbəb olmuşdur. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zıg dairəsi-Hava Limanı, Heydər Əliyev prospekti, Əzizbəyov dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1 və digər prospekt və küşələrdə aparılan tikinti və yenidənqurma işləri avtomobillərin maneəsiz və təhlükəısiz hərəkətinə imkan yaradıb.
Paytaxtın yol infrastrukturunun yeniləşdirilməsi məqsədilə görülən işlərin davamı olaraq yeni yol qovşaqlarının, piyada keçidlərinin tikintisi işləri uğurla davam etdirilib. Dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər planının təsdiq edilməsi haqında sərəncamları bu istiqamətədə çox mühüm addım olub. Əsasən paytaxtda nəqliyyatın intensiv olduğu müxtəlif ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin inşasına başlanılıb. Bu mühüm obyektlərin istifadəyə verilməsi üçün zəruri tədbirlər görülüb.
Artıq ölkə başçısının təsdiq etdiyi proqram çərçivəsində 2006-2011-ci illər ərzində 30-a yaxın yol qovşağı müasir tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilib.
Keçən müddət ərzində Bakı şəhərində tikilən və yenidən qurulan piyada keçidlərinin sayı 54-ə çatdırılıb. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, müasir dizaynı, ən müasir avadanlıqlarla təhcizat baxımından paytaxt üçün çox mühüm yenilikdir.
Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə görülən silsilə tədbirlərin davamı olaraq cənub və cənub-qərb istiqamətində nəqliyyat vasitələrinin şəhərə giriş-çıxışını təmin etmək ücün Bakı-Ələt yolunun 2-4 km-i , Bilgəh-Novxanı-Sumqayıt, Buzovna-Mərdakan-Şüvalan-Qala, Zıg dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına və Sahilə gedən avtomobil yollarının, Neftçilər prospekti ilə Sərdar Səfərovun kəsişməsində, Babək prospektində, Xocasən-Lökbatan avtomobil yolunun Xocasən qəsəbəsi ərazisində, Parlament prospektində Şəhidlər Xiyabanının qarşısında, Heydər Əliyev prospektində “Şəfa stadionunun, Qara Qarayev prospektində 8-ci km bazarının qarşısında piyada keçidlərinin, Böyük Şor yol qovşağının 3-cü mərhələsi, Qələbə meydanında və Ziya Bünyadov prospektinin Əbdul Vahab Salamzadə, Alı Mustafayev, Hüseynbala Əliyev, Əhməd Rəcəbli, Müzəffər Nərimanov küçələri ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi işləri həyata keçirilir.
- Bakı-Tbilisi-Qars dəmir yolunun inşası ilə bağlı işlər hansı mərhələdədir?
- Məlum olduğu kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Kartsaxi hissəsində tikinti işlərinin sürətləndirilməsi məqsədilə 2011-ci ilin iyul ayında Gürcüstan Respublikasında “Azəryolservis” ASC-nin filialı yardılıb. İşlərin daha da səmərəliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə aparılır. Dəniz səviyyəsindən hündürlüyü 2800m təşkil edən trassanın tikintisi Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalıkalaki, Axalkalaki-Kartsaxi hissələrində aparılır. Hava şəraitinin əlverişsiz keşməsinə baxmayaraq çətin təbii relyefdən, dağlıq və meşəlik ərazilərindən keçən yolun tikintisi tərtib olunmuş gərgin iş qrafikinə uyğun olaraq demək olar ki, bütün sutka ərzində davam etdirilir.
- “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətlərinin həyata keçirdiyi tədirlər barədə nə deyə bilərsiniz?
- Əlbəttə ki, “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 km magistral, 1829km isə respublika əhəmiyyətli, ümumilikdə 3380 km avtomobil yolunun mühafizə zolagındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 852503 ədəd, o cümlədən 639666 ədəd çoxillik ağac mövcuddur.
Bakı şəhəri Zıg dairəsi-H.Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun mühafizə zolağında 2009-2011-ci illər ərzində 60000 ədəd şam, zeytun, şərq çinarı, göyüş, lapan, akasiya və digər növ meşə agacları əkilib. Ərazidəki yaşıllıqların suvarılması üçün artezian quyuları qazılıb, su anbarları tikilib, nasoslar quraşdırılıb, suvarma xətləri çəkilib. Hal-hazırda bu tinglik sahələrində 77600 ədəd agac və kol bitkisi yetişdirilir ki, bunlardan da bu ilin yaz əkin mövsümündə istifadə ediləcək. Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 14,8 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində mövcud olan 309503 ədəd müxtəlif növ ağac və kol bitkilərindən 231903 ədədi əkin üçün istifadə edilib. Yol Yaşıllaşdırma MMC-nin tinglik sahələrində 30000 ədəd müxtəlif növ gül kolları yetişdirilir ki, onların da əsasən paytaxt yollarının ayrıcı zolaqlarında, yolötürücüsü və yol qovşaqlarında əkilməsi nəzərdə tutulub.
- Cavid müəllim, sonda soruşmaq istərdik ki, “Azəryolservis” ASC perspektivdə hansı işləri görəcək?
- Artıq yola saldığımız 2011-ci il yol şəbəkəsinin kollektivləri üçün uğurlu olub. Qarşıda görüləsi işlər daha da çox olduğu üçün əməksevər kollektiv qarşıya qoyulmuş vəzifələrə nail olmaq üçün daha inamla çalışır.
Hazırda Bakı şəhərində yol şəbəkələri və küçə kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidənqurulması, qəsəbə və kənd ərazilər də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reablitasiyası və yenidənqurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi üzrə layihələr həyata keçirilir. Odur ki, növbəti illərdə də daha böyük uğurların sahidi olacağıq. ümidvarıq ki, yol təsərrüfatının işi respublikamızın davamlı sosial-iqtisadi inkişafına təkan verməklə, ölkəmizin iqtisadi qüdrətinin artırılmasında, müstəqilliyimizin qorunub saxlanılmasında, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi kursunun reallaşmasında mühüm rol oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

