/ / İsmayıl Ömərov: Ermənistan təmsilçisinin Azərbaycan səhnəsində çıxışı bütün dünyaya bizim birgə sülh mesajımız ola bilərdi
İsmayıl Ömərov: Ermənistan təmsilçisinin Azərbaycan səhnəsində çıxışı bütün dünyaya bizim birgə sülh mesajımız ola bilərdi
13.03.2012 [01:27]
- Ermənistan ictimai yayımçısı Bakıdakı “Eurovision-2012” şousunda iştirakdan imtina etdi. Buna münasibətiniz necədir?
- “Eurovision” Mahnı Müsabiqəsində hər bir dövlət iştirakına özü qərar verir. Məsələn, Polşa da builki müsabiqədə iştirak etməyəcəyini bildirib və bunun Polşada keçiriləcək 2012-ci il Futbol üzrə Avropa çempionatına hazırlıqla bağlı olduğunu açıqlayıb. Amma Ermənistan müsabiqədə iştirakını əvvəlcə təsdiqləsə də, sonradan Bakıya gəlməkdən imtina etdi və bunun səbəblərini bir-birinə zidd əsassız arqumentlərlə əlaqələndirdi, məsələni siyasiləşdirməyə başladı. Məncə, Ermənistan yaradılmış şəraiti obyektiv qiymətləndirib, bu böyük mədəniyyət layihələrində iştirak etsə, daha yaxşı olardı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu ölkənin müvafiq qurumları “Eurovision” şousuna hazırlıq işi ilə deyil, öz iştirakının olub-olmamasından bir şou yaratmağa çalışır.
- Ermənistan İctimai Televiziyası martın 8-də bəyanat verərək Bakıdakı “Eurovision” şousuna gəlməmələrini Prezident İlham Əliyevin bir neçə gün əvvəlki çıxışı ilə əlaqələndirib. Ermənistan tərəfinin fikrincə, Azərbaycanın dövlət başçısı bütün dünya ermənilərini Azərbaycan xalqının düşməni adlandırıb. Bu bəyanatdakı fikirlər nə dərəcədə həqiqətə uyğundur?
- Əvvəla qeyd edim ki, Prezident İlham Əliyev heç vaxt erməni xalqını düşmən adlandırmayıb. İşğal faktına, işğal edilən ərazilərdə insanların kütləvi şəkildə qətlə yetirilməsinə görə erməni xalqı yox, Ermənistan dövləti və ayrı-ayrı şəxslər məsuliyyət daşıyır. Və bu fikir cənab Prezident tərəfindən dəfələrlə səslənib. Ermənistan ictimai yayımçısının açıqlamasından bir qədər öncə, fevralın 24-də Ermənistan mediasında bir qrup müğənninin adından bəyanat yayıldı. Onlar Bakıda keçiriləcək müsabiqəyə bir başqa səbəbdən gəlməyəcəklərini bildirmişdilər və bəhanə kimi fevralın 23-də cəbhə xəttində Ermənistan ordusunun əsgərinin öldürülməsini əsas gətirirdilər. Bu bəyanatdan sonra ölkənin Müdafiə Nazirliyi cəbhə xəttində əsgər Albert Adibekyanın Azərbaycan ordusunun snayperi tərəfindən deyil, öz əsgər yoldaşı - İqnat Eqibaryan tərəfindən öldürüldüyünə dair açıqlama verdi. Bu bəhanə işə yaramayanda Ermənistan başqa bir bəhanə tapdı və bu da əvvəlki kimi əsassız oldu. Yeri gəlmişkən, martın 7-də, Ermənistan ictimai yayımçısının rəsmi açıqlaması ilə eyni gündə “New York Times” qəzetində məqalə yayımlandı və bildirildi ki, Ermənistan müsabiqədə cəbhə xəttində baş vermiş insidentə görə iştirak etmir. Gördüyünüz kimi, Ermənistan tərəfindən müsabiqədən imtina ilə bağlı yerli və beynəlxalq mediaya ötürülən əsassız informasiyalar ziddiyyət təşkil edir və onların öz rəsmi qurumları tərəfindən təkzib olunur.
- Ermənistan digər bütün ölkələrlə birlikdə qaydalara uyğun olaraq yanvar ayında iştirakını təsdiq etmişdi. Bəs bu qərar niyə dəyişdi?
- Müsabiqənin qaydalarına uyğun olaraq Azərbaycan rəsmi şəkildə Avropa Yayımı Birliyinə iştirakçıların təhlükəsizliyi və sərbəst fəaliyyəti ilə bağlı zəmanət məktubu təqdim edib. Bu, çox məsuliyyətli və ciddi bir sənəddir. Təbii ki, bu barədə bütün iştirakçı dövlətlər, o cümlədən Ermənistan da məlumatlandırılıb. Eyni zamanda, medianın bu mövzuda təşkilatçılara ünvanladığı bütün suallar həmişə çox müsbət cavablandırılıb və bütün ölkələr üçün bərabər şəraitin yaradıldığı dəfələrlə vurğulanıb. Buna görə də onların iştirakdan imtina etməyə heç bir əsası yoxdur. Qeyd edim ki, görülmüş hazırlıq işləri, təhlükəsizlik tədbirləri Avropa Yayımı Birliyi tərəfindən yüksək qiymətləndirilib. Ermənistanın müsabiqədən imtinası ilə bağlı açıqlama verən “Eurovision” Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand belə deyib: “Avropa Yayımı Birliyi və ev sahibi yayımçının Ermənistanın mahnı müsabiqəsində rahat iştirakı üçün səylərinə baxmayaraq bizdən asılı olmayan səbəblərdən bu təəssüf doğuran qərar verilib”. Qərarın sonradan dəyişməsi göstərir ki, bu yayımçının verdiyi yox, siyasi qərardır.
- Ermənistanın bu cür anlaşılmaz addımlar atmasının səbəbi nədir?
- Müşahidə olunan bütün proseslər göstərir ki, onlar gəlməyəcəklərini öncədən bilə-bilə təşkilatçı EBU və ev sahibi ölkə ilə münasibətlərdə manipulyasiya ediblər. çünki bütün digər ölkələrdən fərqli olaraq Ermənistanda müsabiqəyə heç bir hazırlıq işi aparılmırdı. Yanvar ayında Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan bildirmişdi ki, Ermənistan təmsilçisinin kim tərəfindən və hansı prosedurla seçiləcəyi hələ müəyyənləşəcək. Yəni, Ermənistan “Eurovision 2012”də iştirak etməməyə qərarlı idi. Sadəcə bunun üçün bəhanə axtarırdı. Bu niyyətini pərdələmək üçün “Eurovision 2012”də iştirak üçün EBU-ya rəsmən müraciət etsə də, son anadək müəyyən bəhanələr axtararaq geri çəkilmək, məsələni siyasiləşdirmək istəyirdi. Yaradılan bütün şəraitə baxmayaraq müsabiqədən imtina edib bu məsuliyyəti Azərbaycanın üstünə atmaq cəhdi bizi təəssüfləndirir.
- Ermənistanın ictimai yayımçısı musiqi yarışmasını açıq şəkildə siyasiləşdirir. Bundan əvvəl belə addımlarla rastlaşmışdınızmı?
- Ermənistan “Eurovision” Mahnı Müsabiqəsində siyasi təxribatlara bu günədək dəfələrlə əl atıb. Məsələn, “Eurovision-2009”da Ermənistan təmsilçisinin çıxışından əvvəl gedən təqdimat videosunda Ermənistan silahlı qüvvələrinin işğalı altındakı Xankəndindəki abidənin görüntüləri verilmişdi. Azərbaycan tərəfinin müsabiqə təşkilatçılarına müraciətindən sonra bu kadr təqdimat videosundan çıxarılmışdı. Amma müsabiqənin final mərhələsində Ermənistanın verdiyi səsləri elan edən aparıcı Siruşo əlindəki qovluğun üzərində həmin abidənin fotosunu göstərdi. Və yaxud, Ermənistan bundan əvvəlki “Eurovision” Mahnı Müsabiqələrində iştirak üçün işğal altındakı Dağlıq Qarabağdan olan erməni müğənnisini seçəcəyini beynəlxalq mediada yaymaqla Azərbaycanı təxribata çəkməyə cəhd etdi. Göründüyü kimi Ermənistan durmadan mədəni layihələr çərçivəsində Azərbaycanı təxribata çəkir, məsələni siyasiləşdirir. Digər bir misal: Ermənistan Avropa Yayımı Birliyinin Bakıda keçirilən 64-cü Baş Assamleyasının sessiyasında da iştirakını təsdiqləmişdi. Amma bu dəfəki kimi son anda toplantıya bir gün qalmış qərarını dəyişdi. Elə həmin vaxtda da çox əsassız bir arqument gətirmişdilər. Guya Moskvada Rusiyanın “Aeroflot” şirkətinin əməkdaşı onları Bakıya buraxmamaq üçün biletlərini cırıb atıb. Bu gülünc arqument həqiqətən baş versəydi, Ermənistan tərəfi bundan böyük qalmaqal düzəldərdi. Yəni bütün situasiyalarda Ermənistan məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymağa, Azərbaycanı bütün ermənilərə düşmən kimi göstərməyə çalışır.
- Yaradıcı insanların siyasətə qatılması mədəni münasibətlərə və bu cür layihələrə necə təsir edir?
- İnanmıram ki, bu, yaradıcı insanların qərarıdır. Yeri gəlmişkən, Ermənistanın “Eurovision-2012” təmsilçisi kimi çıxış etmək istəyən keçmiş bakılı Lusiya Mun ölkənin ictimai yayımçısına müraciət edib və Azərbaycandakı şouda iştirak arzusunu bildirmişdi. Onun sözlərinə görə, musiqi siyasətçilərin nəzarətində olmamalıdır. Deməli, Azərbaycan səhnəsində çıxış etmək istəyən erməni müğənnilər var. Siz medianı və sosial şəbəkələrdəki müzakirələri izləsəniz görərsiniz ki, ermənilərin əksəriyyəti bu qərarın çox yanlış olduğu deyir və ciddi tənqidlər səsləndirirlər. Biz uzun müddətdir ki, Ermənistanla münaqişənin həlli üçün “xalq diplomatiyası”nın faydalı ola biləcəyini müzakirə edirik. Ermənistanın bu cür böyük bir mədəniyyət layihəsindən əsassız şəkildə imtina etməsi və məsələni siyasiləşdirmə cəhdi onların səmimi olmadığını göstərir. Bu qərar ancaq təəssüf doğurur. Ermənistan təmsilçisinin Azərbaycan səhnəsində çıxışı bütün dünyaya bizim birgə sülh mesajımız ola bilərdi. Məsələni hərtərəfli bilən bir şəxs kimi qeyd etməliyəm ki, Ermənistan bu addımı ilə Azərbaycana qarşı deyil, Avropa Yayım Birliyinə də öz münasibətini göstərdi. Az öncə qeyd etdiyim kimi, Ermənistan ictimai yayımçısı Avropa Yayım Birliyinin bizimlə birgə iştirak etdiyi bir çox layihələrində qayda pozuntusuna yol verib. ümid edirəm ki, bu hadisədən sonra qaydaların hamıya eyni şəkildə tətbiq olunmasının zəruriliyini EBU ailəsinin bütün üzvləri bir daha yaxşı anlayacaq. Qaydalara əsasən, Ermənistana maliyyə sanksiyası tətbiq olunmalıdır. Müsabiqənin yaradıcı hissəsindən danışsaq, bu ölkənin “Eurovision” Mahnı Müsabiqəsinə qatılmamasından şou çox şey itirmir. Biz may ayında dünyaya möhtəşəm bir şou təqdim edəcəyik və Azərbaycanda keçirilən bu şou uzun illər xatirələrdə qalacaq.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30

