Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Əli Əhmədov: Əli Kərimli yalan danışır, çünki həqiqəti demək ona sərf etmir

Əli Əhmədov: Əli Kərimli yalan danışır, çünki həqiqəti demək ona sərf etmir

10.03.2012 [23:22]

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun  SİA-ya müsahibəsi:
- Bəzi müxalifətçilərin mediada əhəmiyyətsiz, lakin qərəzli anti-Azərbaycan təbliğatı ara vermir. Bu dəfə yenidən Əli Kərimli səhnədədir və ona auditoriyanı “Oda TV” verib. Əli Kərimlinin başqa ölkələrin mətbuatına çıxmasına səbəb nədir? Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Açığını deyim bu məsələyə ayrıca münasibət bildirməyə elə də ehtiyac duymuram. Səbəbi çox sadədir. Ağıllı siyasətçilər hər bir mesajını seçicilərinə, yəni, ölkə vətəndaşlarına edir. çünki siyasətçi üçün yeganə məqbul dəstək seçicidən gələ bilər. ölkədaxili siyasi məsələlərin xarici mətbuat səhifələrinə çıxarılması tamamilə mənasızdır. Ona görə ki, bunu edənə o heç nə vəd etmir.
Əlbəttə, Türkiyə bizim üçün qardaş ölkədir. Biz bir-birimizin uğurlarına sevinir, problemlərinin həllinə yardım etməyə çalışırıq, “bir millət iki dövlət” məfkurəsini daim uca tuturuq. Bununla belə, hesab edirik ki, qarşılıqlı surətdə xalqlarımızın seçiminə hörmətlə yanaşmağa borcluyuq. Qardaş Türkiyə vətəndaşlarının seçiminə yalnız və yalnız  hörmətlə yanaşılmalıdır. Eləcə də, Azərbaycan vətəndaşlarının seçiminə Türkiyədə hər kəs hörmətlə yanaşır. Belə etməyən kimsə və ya hansısa informasiya orqanı varsa, onların məqsədi Türkiyə-Azərbaycan qardaşlığının üzərinə kölgə salmaqdır. Təəssüf ki, Əli Kərimli məhz belələri ilə əlaqə qurur, məhz o cür mətbuat və media tərəfindən onun üçün yaradılan imkandan istifadə edərək Azərbaycana qarşı kampaniya aparır.
Bəzi müxalifətçilərin qərəzli xarici mətbuata üz tutmalarının başqa səbəbi də var. Bu da ondan ibarətdir ki, Azərbaycanda artıq dinləyən artıq yoxdur. Əlac qalıb anti-Azərbaycan təbliğatı aparan, maraqlı dairələrə xidmət göstərən xarici mətbuata. Mən istərdim ki, hörmətli oxucular düşünsünlər ki, vətənpərvərlikdən dəm vuran müxalifətçilərin anti-Azərbaycan təbliğatının kiçik iştirakçısına çevrilməsi vətənpərvərlik anlayışına nə dərəcədə uyğun gəlir.
- Aydındır ki, Əli Kərimlinin müsahibəsi büsbütün yalandır. Onun xarici mətbuatda Azərbaycanın ünvanına böhtanlar atması hanısı məqsədlərə xidmət edir?
- Qeyd etdiyim kimi, Əli Kərimli də daxil olmaqla bəzi müxalifətçilər xarici mətbuata ona görə üz tutublar ki, ölkə vətəndaşları artıq onlara inanmır. Doğrudan da, Azərbaycana azərbaycanlıların yanında böhtan atmaq mümkün deyil, ona görə ki, həqiqəti onlar bilirlər. Görünür, indi həmin müxalifətçilərə elə bir auditoriya lazımdır ki, ya Azərbaycanı tanımasınlar, ya da öz məkrlərini həyata keçirə bilsinlər, yalanlarını uydursunlar, böhtan ata bilsinlər və s. Bəzən isə, Azərbaycana qara yaxmaq istəyən həmin müxalifət nümayəndələrinin və onlara bu imkanı yaradan xarici mətbuatın maraqları sadəcə üst-üstə düşür.
Əli Kərimli “Oda TV” saytına müsahibəsində Azərbaycana çox böhtanlar atıb, onun reallıqlarını təhrif edib, ölkəmizin xoşagəlməz bir mənzərəsini “yaratmağa” çalışıb. Ancaq əsil həqiqətdən danışmayıb. Unudub ki, onlar hakimiyyətdə olanda Azərbaycanda nə sabitlik var idi, nə əmin-amanlıq, nə dinclik. İnsanlar xaos, anarxiya və dərəbəylikdən zinhara gəlmişdilər. İndi Azərbaycanı bütün dünya sabitliyin və əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanıyır.
Əli Kərimli unudur ki, onların hakimiyyətdə olduğu ildə Azərbaycanın dövlət büdcəsi, əvvəla Milli Məclisdə qəbul olunmamışdı və Azərbaycan dünyada yeganə dövlət idi ki, büdcəsi yox idi. İkincisi isə, dövlətin büdcəsini təşkil edə biləcək vəsaitləri 250-300 milyon ABŞ dollarını keçməmişdi. İndi isə Azərbaycanın dövlət büdcəsi 20 milyard manatı ötüb. Bu isə o deməkdir ki, onlar hakimiyyətdən gedəndən sonra Azərbaycanın dövlət büdcəsi 100 dəfə artıb. Görünür Əli Kərimli bunun nə demək olduğunu dərk edə bilmir.
Əli Kərimli unudur ki, onlar hakimiyyətdə olduğu 1992-1993-cü illərdə universitet müəlliminin aylıq məvacibinə cəmi vur-tut 30 çörək almaq mümkün idi, ona görə də, ziyalıların böyük bir hissəsi o zaman dolanışıq dalınca qardaş Türkiyəyə  getməyə məcbur olmuşdu.  İndi isə universitet professorunun məvacibi 700-1000 manata çatıb.
Əli Kərimli unudur ki, onlar hakimiyyətdə olanda Bakıda və regionlarda  nə salamat yol, nə də zədələnməmiş bina var idi. İndi Bakı dünyanın ən gözəl şəhərləri ilə müqayisə olunur, burada ən müasir və cəlbedici binalar, hotellər, yol qoşvaqları inşa edilir.
Əli Kərimli unudur ki, indi Bakıda dünyanın ən mötəbər mahnı müsabiqəsi keçirilir və bu şərəf heç də hər ölkəyə nəsib olmur. Yəqin, bunu unutmayıb, yoxsa bəziləri ilə birləşib onun keçirilməməsi üçün anti-Azərbaycan kampaniyasına qoşulmazdı. Bəlkə, Əli Kərimli Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv seçilməsini, dünyada rolu və əhəmiyyəti artmış bir dövlətə çevrilməsini də unudub.
Əli Kərimli unudur ki, 1992-1993-cü illərdə Azərbaycanın silahlı qüvvələri demək olar ki, könüllülərdən ibarət idi. İndi o ən müasir silahlarla təchiz olunmuş, nizami orduya çevrilib. ölkəmizin təkcə müdafiə xərcləri düşmən Ermənistanın dövlət büdcəsinə bərabərdir. Əli Kərimlinin “unutduğu” çox şeylər var və onların hamısını burada sadalamaq çox vaxt aparar. Amma hesab etmirəm ki, o, bunları həqiqətən unudub və ya bilmir. Bakıda yaşayan birisi kimi hər şey ona gözəl məlumdur. Ona görə də, elə bir auditoriya axtarır ki, yalanlarını deyə bilsin. Təəssüf doğuran məqam odur ki, Əli Kərimlinin yalan və böhtanlarına Azərbaycanı yaxşı tanıyan və ya tanımalı olan insanların yaratdığı sayt auditoriyalıq edir.
- Sözügedən müsahibədə Dağlıq Qarabağ münaqişəsi və Türkiyənin rolu barəsində də ciddi təhriflər var. Bunları təsadüf hesab etmək olarmı?
- Mən yenə də eyni ifadəni işlətməkdən özümü saxlaya bilmirəm. Əli Kərimli yalan danışır. çünki həqiqəti demək ona sərf etmir. Əvvəla, o tarixi bütünlüklə saxtalaşdıraraq, 1992-1993-cü illərin erməni işğalı ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli versiya uydurur. Ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər baş vermişdi. Heydər Əliyevi xalq hakimiyyətə məhz ona görə dəvət etdi ki, ölkə hərc-mərclik içərisində boğulurdu, o cümlədən düşmən günbəgün Azərbaycan torpaqlarının dərinliklərinə irəliləyirdi. Xüsusilə də, 1993-cü ilin yazından etibarən cəbhədə başlayan böyük uğursuzluqlar zolağını yalnız Heydər Əliyev 1993-cü ilin yayında hakimiyyətə gəldikdən sonra dayandırmaq mümkün oldu. Bir daha təkrar edirəm, bu uğursuzluqlar zolağı 1993-cü ilin fevral-mart aylarından başlamışdı və yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışının sayəsində aradan qaldırıldı. Xalqın Heydər Əliyevə üz tutması, Onu hakimiyyətə dəvət etməsi həm də cəbhədəki uğursuzluqlarla əlaqədar idi. Hesab edirəm ki, ümummilli lider Heydər Əliyevi əvvəlki rəhbərliyin səhvləri ucbatından başlayan hərbi uğursuzlarda suçlamaq qədər haqsızlıq və həqiqətin təhrif edilməsini təsəvvür etmək mümkün deyil. İnanın ki, bu müqayisəmdə mən ən mülayim ifadələr işlətmişəm.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda vasitəçilərə gəldikdə, Əli Kərimli burada da adətinə uyğun olaraq səmimilikdən çox kənardadır. Həqiqət bundan ibarətdir ki, Türkiyə Azərbaycanın istəyinə rəğmən, heç vaxt ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçi olmayıb. Azərbaycan həmişə bunu arzulayıb. İstəyib, bu gün də istəyir. Lakin müxtəlif, bizdən asılı olmayan səbəblərlə əlaqədar qardaş Türkiyənin rəsmən vasitəçi kimi Minsk qrupuna daxil olunmasına imkan verilməyib. ümumiyyətlə, yalan danışmaq insana yaraşan keyfiyyət deyil. Bir siyasi partiyanın rəhbərinin yalan danışması daha betərdir. Əgər həmin adam öz ölkəsinə şər atmaq üçün bunu qardaş ölkənin informasiya orqanı vasitəsilə edirsə, buna nə ad qoymaq olar?
Paylaş:
Baxılıb: 977 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30