/ / Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir
07.04.2012 [01:45]
- Ayaz müəllim, hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun qarşısında duran əsas vəzifə nədən ibarətdir, fəaliyyətinin prioritet istiqamətləri hansılardır?
- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma yurd - yuvalarından didərgin düşmüş məcburi köçkünlərin yaşayış, onların mənzil-məişət şəraitinin yaxşılaşdarılması məqsədilə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 6 dekabr 1999-cu ildə yaradılmışdır.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan ilk vəsait də bu sahəyə - qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Onların sosial müdafiəsi ilə bağlı geniş tədbirlər həyata keçirilməyə başlanıldı. Fond faktiki olaraq 2001-ci ildən etibarən fəaliyyət göstərməyə başladı.
Fondun yaradılmasında Azərbaycan hökuməti ilə bərabər, beynəlxalq donorlar da iştirak edib. MKSİF-in ali idarəetmə orqanı Müşahidə Şurası hesab olunur və Şuranın tərkibinə Azərbaycan hökumətinin, yerli qeyri-hökumət və özəl təşkilatların nümayəndələri ilə bərabər, beynəlxalq donor təşkilatların nümayəndələri də daxil edilib. MKSİF bütün fəaliyyəti üzrə Müşahidə Şurasına hesabat verir. Yəni, təşkilatın fəaliyyəti tamamilə şəffaf mexanizmlər əsasında qurulub.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Bu illər ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmirini həyata keçirmiş, məcburi köçkünlərin məskunlaşdığı yataqlara yollar, su, işıq xətləri çəkmiş, məktəblər tikmiş, məktəbləri təmir etmiş və s. işlər görmüşdür. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məcburi köçkün ailələrinin daha sürətlə məskunlaşması üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna keçən illərdəkindən fərqli olaraq 2 dəfə artıq vəsait ayrılmışdır. Yəni, Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna 300 milyon manat məbləğində vəsait ayrılmışdır. Bunun müqabilində 5 minə yaxın ailə, haradasa 25 min məcburi köçkün yeni, günün tələblərinə cavab verən, bütün texniki-iqtisadi infrastrukturla təmin olunmuş məhəllə və qəsəbələrdə məskunlaşacaqdır.
- Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun beynəlxalq əməkdaşlıq əlaqələri hansı səviyyədədir?
- Məlum olduğu kimi. MKSİF-in ilkin mərhələdə əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan hökumətinə 10 mln. ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olub. 2000-ci ildə BMT-nin İnkişaf Proqramının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəlikləri tərəfindən Fondun institusional inkişafı məqsədi ilə 40 min ABŞ dolları həcmində vəsait ayrılıb. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün iş yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsinə yönəldilib. Təşkilatın vəzifəsi ayrılmış vəsait hesabına nəzərdə tutulan layihələrin həyata keçirilməsini və eyni zamanda, bu vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.
ötən müddət ərzində Fondun maliyyə vəsaitləri hesabına icma mikrolayihələri həyata keçirilmiş, mikrokreditlərin verilməsi təmin olunmuşdur. Sonradan Fondun fəaliyyəti daha geniş xarakter alıb və maliyyələşmə mənbələri artıb. MKSİF-in hazırda maliyyələşmə mənbələrinin sırasına Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, büdcə vəsaitləri, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və digər donorların maliyyə resursları daxildir. Onu da qeyd edim ki, MKSİF-in təşkilati strukturu və heyəti donorların tələblərinə uyğun formalaşdırılır. Hər bir donorun maliyyələşdirmək istədiyi layihə üzrə xüsusi icra qrupu yaradılır.
- Fond qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində nə qədər yeni qəsəbə inşa etmişdir?
- Qeyd etmək istərdim ki, MKSİF-in əsas fəaliyyəti Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlı olduğundan, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına uyğun olaraq 2001-ci ildən etibarən ölkədəki çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisinə böyük diqqət ayırımışdır. Bu istiqamətdə mühüm işlər görülüb, yeni qəsəbələrin tikintisinə başlanılıb. ümumiyyətlə, bu günə kimi qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, Göygöl, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 64 qəsəbə (zəruri sosial-texniki infrastrukturla) salınmışdır ki, bunların da 50-si MKSİF tərəfindən tikilmişdir. Həmin qəsəbələrdə də 20 minə yaxın köçkün ailəsi məskunlaşmışdır. Məcburi köckünlərlə bağlı Ulu öndər Heydər Əliyev tərəfindən, daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən, eləcə də Milli Məclisdə çox mühüm qərarlar və qanunlar qəbul olunmuş, Dövlət Proqramları və Dövlət Proqramlarına əlavələr imzalanmışdır. Bütün bu layihələr uğurla həyata keçirilir. Düşünürəm ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə başçısının yürütdüyü siyasət qarşıya qoyulan məsələləri tamamilə əhatə edir.
Məcburi köçkün ailələrinin sosial şəratini yaxşılaşdırmaq məqsədilə 2011-ci ildə dünya bankı ilə yeni bir layihə imzalanmışdır ki, həmin layihə 76, 8 milyon ABŞ dolları məbləğindədir. Hansı ki, bu layihədə əsasən məcburi köçkünlərin məskunlaşdığı 95 yataqxananın təmiri, eləcə də 250-ə yaxın kiçik mikro layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Və bununla bağlı artıq layihə işləri həyata keçirilir. Yəni, bu ildən məcburi köçkünlərin məskunlaşması ilə bağlı daha sürətli və daha geniş miqyaslı layihələr həyata keçiriləcəkdir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ölkə daxilində, eləcə də ölkədən kənarda gördüyü işlərlə diqqəti cəlb etmiş və 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Dövlət Neft Fonduna ayrılmış ilkin bonus hesabına məcburi köçkünlər üçün Goranboy rayonunun Ağcakənd yaşayış məntəqəsində ilk qəsəbənin salınması ilə bağlı Fərman imzalanmışdır. Və o zamandan bu günə kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən öz doğma yurdlarından didərgin düşmüş insanlar üçün yaşayış yerləri, qəsəbələr, fərdi evlər tikilib, 120 minə yaxın məcburi köçkün həmin 70-ə yaxın qəsəbədə fərdi qaydada məskunlaşdırılmışdır.
İndi rayonlarda demək olar ki, çadır şəhərcikləri yoxdur. 2007 - ci ilin dekabr ayında çadır şəhərciklərini tamamilə ləğv etdik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü il prezident seckilərində söyləmişdir: “Əgər etimad göstərib məni seçərsinizsə, mən prezidentliyimin sonuna qədər Azərbaycanda bir dənə də olsun belə çadır şəhərciyinin qalmamasına təminat verirəm”.
ölkə Prezidentinin verdiyi vəd öz həllini tapdı. Bu gün artıq dörd ildir ki, ölkədə bir dənə də olsun məcburi köçkün çadır şəhərciyində yaşamır.
- Bu gün inkişafın Azərbaycan modeli dünyanın diqqət mərkəzindədir. Bu baxımdan, müasir dünyamızda dövlətimizin mövqeyini və beynəlxalq aləmə verdiyi töhfələri necə qilmətləndirirsiniz?
- 2011-ci il Azərbaycan xalqı üçün doğrudan da böyük zirvələr fəth olunan il oldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına müvvəqqəti üzv seçilmək üçün 150 dövlətin dəstəyini qazandı. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı böyük xarici siyasətin nəticəsidir. 20 illik müstəqillik tarixi olan Azərbaycan “Eurovision” mahnı müsabiqəsində qalib gəldi və onun keçirilməsi Azərbaycana nəsib oldu.
Eyni zamanda, Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar dövlət başçısının iştirakı ilə Bakıda möhtəşəm bir yürüş oldu. Bu böyük yürüş Azərbaycanın gücünün, qüdrətinin, düşmən üzərində qələbə əzminin nümayişi idi. Bu aksiya bir daha bizim mənfur düşmənlərimizə göstərdi ki, biz istənilən an səfərbərik. Bizim hamımız ölkə başçısı İlham Əliyevin bir çağırışına bəndik. Biz ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan torpaqlarının azadlığını təmin edəcəyik. Azərbaycan bayrağını Qarabağda, Xankəndində dalğalandıracağıq. Allah qoysa, buna nail olacağıq.
- Ayaz müəllim, siz Beyləqan rayonundan Milli Məclisə deputat seçilmisiniz. Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində bu rayonda görülən işləri necə dəyərləndirmək olar?
- Bu gün Beyləqan aqrar rayon olaraq kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində nəzərə çarpacaq naliyyətlər əldə etmişdir. Xüsusilə, son illər ərzində Beyləqanda kənd təsərrüfatı məhsullarının istehsalı intensiv artım tempi ilə inkişaf edir. İnsanlar onlara ayrılmış torpaq sahələrini birləşdirirlər, müəyyən korparasiya formasında daha əlverişli məhuslların istehsalı ilə məşğuldur.
Hal - hazırda Yeni Mil kanalının tikintisi davam edir. Bu lahiyə ilə Beyləqanın suvarılmayan torpaqlarının suvarılması, orda məhsul istehsalının artırılması, habelə yeni əkin sahələrinin genişləndirilərək yerli əhalinin kənd təsərrüfatı məhsullarının istehsalına cəlb olunması artıq öz həllini tapır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən nəhəng islahatlar və böyük quruculuq tədbirləri sayəsində Azərbaycan kəndinə yeni həyat gəlir.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

