Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət xalqa, Vətənə, inkişafa xidmət edir
12.07.2012 [23:01]
Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev bütün dövrlərdəki fəaliyyəti ilə Azərbaycanın milli dövlət maraqlarına xidmət edərək respublikamızın iqtisadi, siyasi, sosial, mədəni inkişafının fundamental əsaslarını yaradıb. Ulu öndər xalqımızın xoşbəxtliyi və xoş rifahının təmin olunması istiqamətində əzmkarlıqla çalışıb. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə həmin vaxta qədər həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. çünki 1969-cu ilin iyuluna qədər Azərbaycan cəmiyyətində bədbinlik, ətalət, laqeydlik əhval-ruhiyyəsi hökm sürürdü. Sosial-iqtisadi göstəricilərin əksəriyyətinə, o cümlədən, əməkhaqqının səviyyəsinə, mənzil təminatına, məktəblərin və xəstəxanaların sayına, istehlak səviyyəsinə görə respublika ittifaq ölkələri arasında axırıncı yerlərdən birini tuturdu. Ərzağın xeyli hissəsi ittifaq fondundan alınırdı. Beləliklə, Ulu öndər qısa müddət ərzində həyata keçirdiyi işlərlə bütün bu neqativ halların aradan qaldırılmasına nail oldu və respublikamızın inkişafının əsasını qoydu. 1969-cu ilin iyuluna qədər inkişafına görə keçmiş SSRİ respublikaları arasında sonuncu yerlərdə qərarlaşan Azərbaycan məhz ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası sayəsində qısa zaman kəsiyində bütün sahələr üzrə öncül yerləri tutmağa başladı. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda yüzlərlə yeni müəssisə tikildi, neftayırma və neft maşınqayırması müəssisələri tamamilə yenidən quruldu. İri elektron, elektrotexnika, radiotexnika və cihazqayırma sənayesi zavodları inşa edildi, respublikada sənaye istehsalı 2 dəfədən çox artdı. ümumiyyətlə, 1969-cu ilin iyuluna qədər daha çox kənd təsərrüfatı ölkəsi olan Azərbaycan həyata keçirilən iri layihələr nəticəsində sənaye respublikasına çevrildi. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başladı. Azərbaycan sənaye məhsulunun artım tempinə görə, ittifaq ölkələri arasında ilk yerlərdən birini tutdu. Statistik məlumatlara əsasən, 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ümumi daxili məhsulda 66 faizə çatmışdı. Bu illər ərzində ölkədə 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı. Aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilən Azərbaycanın ixrac potensialı da artdı. Bundan başqa, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsulları təkcə ittifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başladı. Məsələn, həmin illərdə respublikamızda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Onu da qeyd etmək yerinə düşər ki, nəinki sənayenin, ümumilikdə Azərbaycan iqtisadiyyatının “onurğa sütunu” olan nəhəng müəssisələr, infrastruktur obyektləri məhz həmin illərdə tikilərək istifadəyə verildi. Buna misal olaraq “Gülüstan” sarayı, Prezident Administrasiyasının, Milli Məclisin, Milli Təhlükəsizlik Nazirliyinin binaları, Azərbaycan Televiziyasının teleötürücü qülləsi, Azərbaycan Ensiklopediyası, Kosmik Tədqiqatlar İnstitutu, “Ulduz” Elektrik Cihazları Zavodu, Bakı Şampan Şərabları Zavodu, Neft Emalı Zavodu, Dəmir Yol İdarəsi, Bakı Dəmir Yolu Vağzalı, Əl Oyunları Sarayı, İdman Sərgi Kompleksi, Gəncə Avtomobil Zavodu, “Elektroterm” Zavodu, Sumqayıt İplik-Əyirici Fabriki, Lənkəran Konserv Zavodu, Xırdalan Ət və Süd Emalı Kombinatı, “Sirab” Mədən Suları Zavodu, bir neçə ayaqqabı fabriki, Bakı Zərgərlik Zavodu, Bakı Elektrik Maşınqayırma, Radiozavod, Elektron Hesablayıcı Maşınları Zavodu, Sumqayıt Kompressor Zavodu, Gəncə “Büllur” Zavodu, Dəniz vağzalı, “Azon”, “Alunit” zavodları və digər sənaye obyektlərini göstərmək olar.
Yeri gəlmişkən, 1969-1982-ci illərdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni elektrik stansiyalarının tikintisi və yenidən qurulması bu gün də ölkəmizin enerji balansının əsas təməllərini təşkil edir. Bir sözlə, sosial siyasət, infrastrukturun yenidən qurulması, investisiya siyasəti Azərbaycanın iqtisadi inkişafını sürətləndirdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, yəni, 1969-1982-ci illərdə neft sənayesinin inkişaf etdirilməsi üçün də genişmiqyaslı proqramlar hazırlanaraq həyata keçirildi. Yeni neft siyasətinin həyata keçirilməsi isə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Neftayırma zavodlarının köklü surətdə yenidən qurulması, Xəzərin ehtiyatlarının geoloji kəşfiyyatı və yeni yataqların işlənməsi bu illərdə daha geniş miqyas aldı. Azərbaycanda ən iri neftayırma qurğusu (ELOV-AVT) işə salındı. 1970-80-ci illərdə Azərbaycanda iri dəniz neft donanması yaradıldı. Dənizin 200 metr dərinliyində 6 min metrlik quyu qazmaq imkanına malik olan “Şelf-2” qurğusunun istismara buraxılması da məhz Ulu öndərin əməyi sayəsində mümkün oldu. ötən əsrin 70-ci illərində Azərbaycan öz neft strategiyasını gerçəkləşdirməklə malik olduğu təbii sərvətlərindən səmərəli istifadə etdi və ölkənin güclü sosial-iqtisadi inkişafına nail olundu.
Bir sözlə, Azərbaycanda bütün infrastruktur yenidən quruldu, kənd təsərrüfatında zamanın tələbinə uyğun islahatlar həyata keçirildi. Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başladı.
1969-1982-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Daha dəqiq desək, Azərbaycanın elmi potensialının, güclü kadr bazasının yaradılmasında müstəsna xidmətlərə malik olan Ulu öndər hələ hakimiyyətinin birinci dövründə ictimai-siyasi, iqtisadi-sosial, hərbi, elmi-mədəni, humanitar və digər sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün genişmiqyaslı işlər gördü.
Yəni, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri də məhz Azərbaycanın güclü kadr potensialının yaradılmasının əsasının qoyulması ilə bağlıdır. Xatırladaq ki, 1969-cu ilə qədər respublikamızın təhsil sferasında vəziyyət ürəkaçan səviyyədə deyildi və ölkəmiz keçmiş ittifaq ölkələri arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ilə qədər Azərbaycandan ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər təşkil edirdi. Ulu öndər hakimiyyətə gələndən sonra təhsilə xüsusi diqqət göstərməyə başladı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verildi. Həmin vaxt ittifaq respublikalarına təhsil almağa göndərilənlərin, ilk növbədə, ən nüfuzlu ali məktəblərdə yerləşdirilməsinə dair qərar qəbul olundu. ümummilli lider Heydər Əliyevin bu strategiyası nəticəsində 1970-ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə yaxın artdı. Həmin illərdə 3600-dən çox şəxs keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldı. Bu kadrlar peşəkar mütəxəssislər kimi yetişdikdən sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. Onlar sənaye, maliyyə-iqtisadi, ictimai-siyasi, elmi-tədqiqat bölmələrində qabaqcıl kadr kimi çalışmağa başladılar. Həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı.
Beləliklə, “Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da-hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - deyən Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Ulu öndər Heydər Əliyevin xalqımızın istiqlal uğrunda mübarizə tarixində misilsiz xidmətidir.
Onu da qeyd edək ki, müstəqil Azərbaycanın inkişafında da Heydər Əliyev xətti davam edib. 43 il ərzində yürüdülən bu siyasət Azərbaycana böyük nailiyyətlər qazandırıb. Bu konsepsiya bu gün də Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1969-82-ci illərdə SSRİ-nin qabaqcıl respublikasına çevrilən Azərbaycan bu gün də dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biri kimi tanınır. Əksər ekspertlərin də qeyd etdikləri kimi, bu onu göstərir ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət xalqa, Vətənə, inkişafa xidmət edir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23

