Rəsmi Tehran Azərbaycanla münasibətləri düzəltməyə cəhd edir
12.07.2012 [23:02]
Hər zaman balanslaşdırılmış xarici siyasət kursu yürüdən, bütün ölkələrlə (işğalçı Ermənistan istisna olmaqla), beynəlxalq təşkilatlarla öz milli maraqları çərçivəsində əməkdaşlığa üstünlük verən Azərbaycan dövləti yüksək səviyyəli, ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu daima nümayiş etdirib. Lakin qonşu dövlətlərlə münasibətə hər zaman yüksək önəm verdiyini nümayiş etdirən Azərbaycanın bu xoş niyyəti bəzi məqamlarda bir sıra ölkələr tərəfindən adekvat qarşılanmayıb və respublikamızın önəm verdiyi bərabərhüqüqlu, milli maraqlara söykənən münasibət lazımi dərəcədə qiymətləndirilməyib. Məsələn, ara-sıra İran İslam Respublikasının bəzi strukturları, rəsmi və ya qeyri-rəsmi səviyyədə bir sıra şəxsləri tərəfindən Azərbaycana qarşı müəyyən təxribat dolu fikirlər səsləndirilib. Hətta Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etdiyi dövrdə bu təhdid və təxribat dolu bəyanatlar daha da intensivləşmişdi. Əvvəllər İrandakı müəyyən dairələr tərəfindən irəli sürülən bu iddialar, təhdidlər artıq müəyyən dövlət rəsmilərinin dilindən də eşidilməkdəydi.
Amma Azərbaycanın açıq və bərabərtərəfli əməkdaşlığı özündə ehtiva edən xarici siyasət yürütdüyü ortadadır və artıq, deyəsən, İran tərəfi bunu dərk etməkdədir. Hər halda, İran İslam Respublikasının təhsil naziri Həmidrza Hacıbabayinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirakla əlaqədar İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu təqdim etməsi bunu deməyə əsas verir. Daha doğrusu, qeyd olunduğu kimi, son zamanlarda İran-Azərbaycan münasibətlərində müşahidə olunan soyuqluq şəraitində İranın təhsil nazirinin Azərbaycana səfəri, Prezident Əhmədinejadın dəvət məktubunu təqdim etməsi siyasi ekspertlər tərəfindən rəsmi Tehranın Bakıya barışıq əlini uzatması kimi şərh olunur.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan hər zaman qonşuları ilə bərabərhüquqlu və yüksək səviyyəli münasibətlərin qurulmasında maraqlıdır. Eyni zamanda, münasibətlərin soyuqlaşması, qarşılıqlı ittihamların güclənməsinin əsas səbəbkarı məhz İran tərəfi olub. Yəni, müəyyən dini dairələrin təhriki ilə İran Azərbaycana qarşı qeyri-adekvat siyasət yürüdüb və zaman-zaman aqressiv ritorikaya yol verib. Təbii ki, burada da bir sıra səbəblər mövcuddur.
İlk növbədə qeyd etmək lazımdır ki, müstəqil, dünyəvi ölkə olan Azərbaycan müasir qlobal dünyanın mühüm bir parçasıdır. Regionun inkişafında, o cümlədən, daha böyük bir coğrafiyada əsas aktor sayılan Azərbaycan dünyanın ən əsas enerji xəttinin üzərində yerləşən və karbohidrogen ehtiyatları olan bir dövlətdir. Bu mənada, Azərbaycan hər zaman yüksək səviyyəli qlobal layihələrin əsas iştirakçılarından biri qismində çıxış edir. ölkəmiz İranla mövcud razılaşmalara hər zaman sadiqlik nümayiş etdirib. Buna baxmayaraq, ölkəmiz qonşu dövlət tərəfindən ciddi şəkildə təzyiqlərə məruz qalırdı, habelə hərbi müdaxilə təhlükəsi ilə üzləşmiş rəsmi Tehran təəssüf ki, Azərbaycanın Qərbin antiİran kampaniyasına qoşulacağından qorxurdu. Məhz bu səbəbdən Azərbaycana qarşı kəskin bəyanatlar verilir, İranda antiAzərbaycan kampaniyaları, aksiyaları təşkil olunurdu. Bütün bunlarla yanaşı, Azərbaycanda dini ekstremizmin gücləndirilməsi istiqamətində işlər görülür, terrora dəstək göstərilir, işğalçı Ermənistana doğru qıcıqlandırıcı reveranslar edilirdi. Rəsmi Tehran hesab edirdi ki, Azərbaycan Qərbə və ya İsrailə öz ərazisindən istifadə etmək üçün imkan yarada bilər.
Bir sözlə, təəssüf ki, Azərbaycanın apardığı şəffaf, yalnız milli maraqlara söykənən xarici siyasəti düzgün dəyərləndirə bilməyən İran tərəfi yalnız öz qeyri-rasional fikirləri əsasında hərəkətlər edib. Halbuki, Azərbaycan tərəfi hər zaman bütün qonşuları ilə səmimi münasibət qurmaqda maraqlı olduğunu söyləyib. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyənlər səhv yoldadırlar: “Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcəkdir. Mən bunu dəfələrlə demişəm. Hələ Prezidentlik dövrümün əvvəlində demişəm. Azərbaycan qarşıdurma arenasına çevrilməyəcəkdir. Kim istəyir Azərbaycanı qarşıdurma arenasına çevirsin, getsin özü üçün başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir”.
Bəli, həqiqətən də bu fəaliyyətdə bir sıra maraqlı Qərb qüvvələri də iştirak edib və bu maraqlı dairələr İranla Azərbaycanı qarşı-qarşıya qoymağa çalışıb, bu məqsədlə müxtəlif vasitələrdən istifadə edilib. Məsələn, “Foreign Policy”, “The Times” nəşrlərində dərc olunmuş dezinformasiya xararakterli materiallar məhz bu məqsədə xidmət edib. Prezident İlham Əliyev bütün bunlara cavab olaraq öz çıxışlarında bildirib ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq üçün informasiya təxribatından istifadə olunur: “Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyildir. çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur”.
Bir sözlə, məhz, yuxarıda sadalanan amillər İran-Azərbaycan münasibətlərinin gərginləşməsinin əsas səbəbləri olub. Amma görünən budur ki, müəyyən müddət keçdikdən sonra rəsmi Tehran artıq Azərbaycanın müstəqil dövlət olduğunu, öz müstəqil siyasətini yürütdüyünü və Qərbin hər hansı antiİran kampaniyasında iştirakçı olmaycağını anlayıb. İranın həm dini, həm də rəsmi hakimiyyət dairələri bir daha əmin olublar ki, rəsmi Bakının bəyanatları ilə həyata keçirdiyi siyasət bir-biri ilə tam uyğunluq təşkil edir. Bir sözlə, görünən odur ki, rəsmi Tehran Azərbaycanla bağlı siyasətində buraxdığı səhvləri anlayır və onları düzəltməyə çalışır. öz növbəsində hər zaman qonşuları ilə müsbət əlaqələrin yaranmasına üstünlük verən rəmi Bakının da bu cəhdləri müsbət qarşılayacağı gözlənilir. çünki Azərbaycan hər zaman bölgədə sülhün, əməkdaşlığın bərqərar olmasına çalışıb, təhlükəsizliyin təminatında yaxından iştirak edib.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

