RATİ-nin rəhbəri Emin Hüseynovun "qrant müharibəsi"...
21.07.2012 [09:33]
Məlum olduğu kimi, Azərbaycanda daha iki hüquq müdafiəçisi arasında yeni qovğa başlayıb. Söhbət Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovla “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev arasında yaranan gərginlikdən gedir. Belə ki, E.Fətullayevin rəhbəri olduğu haqqın.az saytında Emin Hüseynov haqqında tənqidi yazı verilib. Bu yazıda RATİ rəhbərinin qrant yeməsindən, onun layihəsi olan “Obyektiv” TV-nin peşəkar olmadığından söhbət açılıb...
Əlbəttə ki, bu cür “qrant müharibələri”nin baş verməsi birmənalı şəkildə qarşılanmalıdır. çünki, özlərini cəmiyyətə hüquq müdafiəçisi kimi təqdim edən bəzi QHT rəhbərləri xarici fondlardan və təşkilatlardan qrant almaq naminə milli təəssübkeşliyi unudur, Azərbaycan dövlətinə və xalqına qarşı təşkil edilən qarayaxma kampaniyasının fəal üzvlərinə çevrilirlər. İnsan haqlarından, söz azadlığından ağız dolusu danışan bu şəxslər özləri min oyundan çıxır, işçilərini incidir, onların haqlarını pozur, ayrılmış vəsaitləri mənimsəyirlər. Onlardan biri də məhz Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovdur.
O, hər gün bir xarici təşkilata məktub yazaraq, bəyanat verərək Azərbaycanı ləkələyir, guya ölkəmizdə söz azadlığının olmadığını sübut etməyə çalışır. Müxtəlif tədbirlərə qatılaraq öz ibtidai təfəkkürü və məntiqsiz nitqləri ilə absurd iddialar irəli sürür.
Bütövlükdə, müxtəlif istiqamətlərdə aparılmış araşdırmalar onun əsl fəaliyyətini üzə çıxarır və daha biabırçı işlərə imza atdığını göstərir. Vaxtilə müxalifət qəzetlərində çalışmış E.Hüseynovun kimin tərəfindən ortaya çıxarıldığı və onun başına necə bəlaya çevrildiyi, hazırda isə kimin tərəfindən istiqamətləndirildiyi barədə hələlik susulsa da, əsasən internetdə müzakirəyə çıxarılmış faktlar və ictimaiyyətə məlum olmayan bəzi nüanslar qabardırmaqla bu şəxsin kimliyi onun özünə bir daha xatırladılır.
Qeyd edək ki, 2009-cu ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 360 min avro dəyərində olan “Azad dalğalar” layihəsinin icraçılarından olan jurnalist Aynur Elgünəş 2009-cu ilin iyulunda internetdə dərc etdiyi “Hüquqları tapdayan hüquq müdafiəçisi” məqaləsində yazırdı: “Reportyorların hüquqlarını qoruyan RATİ-də bir və ya iki nəfər tapmaq olar ki, ümumiyyətlə, media ilə bağlı anlayışı olsun. üstəlik, əksəriyyətinin heç ali savadı yoxdur. Bütün bunlar bir yana, qurumun rəhbəri Emin Hüseynov üçün bura sadəcə biznes mərkəzidir. Götürək elə sonuncu, mətbuatda tez-tez səs-küy salan 360 min avroluq layihəsini. Əslində, “Azad dalğalar” adlanan bu layihənin əsas rəhbəri onun özü yox, xanımı Saradır (məlumata görə, bu xanım ABŞ vətəndaşıdır və RATİ-nin fəaliyyətini təşkil edən şəxsdir - red). Layihə işə düşəndə bir çoxu kimi mənim də adım monitorlar siyahısında vardı. Mart ayında “Memo-98” beynəlxalq təşkilatından Yeqor adlı bir təlimatçı da gəlib bizə monitorinq aparmağın qaydalarını öyrətdi. Xülasə, 1 aylıq təlimdən sonra yekə bir məktub da yazıb kimlərin bu monitorinqdə iştirak etməyə layiq olduğunu qeyd etdi ki, onların arasında mən də var idim. İlk baxışdan asan görünsə də, televiziya monitorinqinin nə qədər ağır və məsuliyyətli iş olduğunu həmin 1 ay müddətində bildik. Bu ağırlığın müqabilində veriləcək 400 avro çox azdır desəm, yanılmaram. Amma hələ təlimlərin aparıldığı dövrdə Eminin “kadrları” deyirdilər ki, onlar 400 avroya qol çəksələr də, 200 avro alacaqlar. E.Hüseynov bunu həmin şəxslərin təcrübəsiz olmaları ilə əsaslandırıbmış...
İşdən imtinaya gəlincə, yalnız onu deyə bilərəm ki, E.Hüseynovun insanlarla işçi kimi deyil, qul kimi rəftar etməsi məni orada cəmi 1 gün saxlaya bildi. Təsəvvür edin, özünü cəmiyyətə hüquq müdafiəçisi kimi təqdim edən bu şəxs ətrafında olan hər kəsin hüquqlarını tapdayır. Əmək Məcəlləsində nəzərdə tutulmuş iş saatı bir yana, bütün beynəlxalq qurumların tövsiyələrində göstərilir ki, həftə ərzində cəmi 23-25 saat monitorinq aparıla bilər. Bu isə gün ərzində 4-5 saat iş saatı deməkdir. E.Hüseynovun qaydalarına əsasən isə, monitorlar gün ərzində 9 saat işləməlidir. üstəlik internetə çıxış, telefonla danışmaq kimi yasaqlar var. Hətta, siqaret çəkənlərin belə iş saatları digərlərindən bir az artıqdır. Səbəb də onların tez-tez siqaret çəkmək adıyla bayıra çıxıb vaxt itirmələridir. Digər tərəfdən, Yeqorun tövsiyə etdiyi adamları öz kadrları ilə əvəzləməsi belə şübhə doğurmaya bilmir. Kadrların ixtisasına gəlincə, aralarında kollec tələbəsindən tutmuş tibb bacısına qədər var. Bütün bunlara etirazıma isə RATİ rəhbəri qəribə cavab verdi: “Get hüquqlarını hökumət idarələrində qoru”. Mən də düşündüm ki, adi bir QHT-də öz hüquqlarını qoruya bilməyən hansısa jurnalistin kiminsə haqlarının pozulmasından yazması təhqirdir və mən öz müsahiblərimə bu hörmətsizliyi edə bilmərəm”.
Göründüyü kimi, E.Hüseynovun jurnalistlərin hüquqlarını pozduğu, qrantları mənimsədiyi, jurnalistlərə ayırdığı qəpik-quruşa da göz tikdiyi müzakirə mövzusu deyil.
Bununla yanaşı, mərhum jurnalist Ceyhun Nağının yazısı E.Hüseynovun əməllərini daha geniş şəkildə ifşa edir. Jurnalist “Eminlə niyə işləmək olmur? Və yaxud “qrant-amyotşiklərə” dost məsləhəti” adlı məqaləsində bildirir: “Bu layihədə mən də iştirak etmişəm və seçim mərhələsində olan hər iki etapı müvəffəqiyyətlə keçmişəm. Bunu kimsə dana bilməz, çünki layihə rəhbərlərinin göndərdikləri trener Yeqor Tulpinov bu məqamı yazılı şəkildə təsdiqləyib. Layihəyə görə, imtahanda ən güclü nəticə göstərən monitor baş monitor olmalı idi. ümumilikdə isə monitorların sayı 10 nəfər olmalı idi. Məhz, mənə görə Emin baş monitor ştatını ləğv etdi. Bu dəqiqə 10 nəfər əvəzinə 8 monitor çalışır. Onlardan 4-ü Tulpinovun imtahanından yaxşı keçib, 4-nü isə ümumiyyətlə ora buraxmaq olmaz. Amma bu adamların Eminlə “razılaşmaları” var, ona görə də işləyirlər. Baş monitor ayda səhv etmirəmsə, 700 avro almalı idi. Olmayan iki monitorun isə aylıq maaşı 400 avrodur. 24 ayda baş monitorun maaşı 16 800 avro, boş qalan iki monitorun maaşı isə 19 200 avro edir. üst-üstə bu, 36 min avro pul edir. Demək müxtəlif hibrid adlar altında şərh yazan dostlarımız bilməlidir ki, RATİ-nin “əzabkeş” rəhbəri Emin Hüseynov bəri başdan 36 min avronu cibinə qoyub. Sonra da deyirlər ki, Emin sizi müdafiə edir...
Hələ mən dərinə gedib monitorinq üçün kirayə tutulan ofisin aylıq pulunu, kompüterlərin qiymətini və daha nələri bura əlavə etmirəm. Güman edirəm ki, bizi qərəzli olmaqda ittiham edənlər bu rəqəmlərdən sonra, əgər qismən vicdanları varsa, susarlar.
Hüquqdan dəm vuran adam 10 saat iş tələb edir. İlin bu vaxtı internetə girmək olmaz. Layihəyə görə həftədə 22-24 saat monitorinq aparılmalıdır, o, 60 saat tələb edir. Haqqını tələb edənə isə hazır cavabı var: get hüququnu başqa yerdə tələb elə. Axı sən kimsən, ay Emin Hüseynov? Sən kimsən ki, mənim hüququmu pozursan? Bax bu suallara cavab tapa bilmədiyimə görə orada işləmədim”.
Düzdür, E.Hüseynov bu ittihamları cavablandırmağa cəhd göstərib. Amma fakta və düz sözə qarşı nə deyəsən?!
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32

