YAP böyük seçki təcrübəsinə malikdir
08.08.2012 [23:54]
Bütün ictimaiyyətə məlumdur ki, ölkəmizdə radikal müxalifət partiyaları heç bir sosial dayaqlara malik deyil. Bu reallığı radikal düşərgə təmsilçiləri yaxşı anlasa da, gücsüzlüklərini etiraf etmək istəmirlər. Təbii ki, radikal müxalifətin rəhbərləri özlərini siyasi gündəmdə saxlamaq üçün yeni yollar axtarışındadırlar. Bu mənada prezident seçkilərinin gündəmə gətirilməsi onların yeni üsullarından biridir. Nə qədər qəribə olsa da, özlərinin yetərincə problemləri olduğu halda müxaliflər Yeni Azərbaycan Partiyasının (YAP) seçkiyə hazırlığına münasibət bildiriblər. Bu günlərdə APA-ya müsahibə verən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bu məsələlərə dolğun şəkildə aydınlıq gətirib. Siyavuş Novruzov qeyd edib ki, YAP böyük seçki təcrübəsinə malikdir: “Bununla əlaqədar bizim kifayət qədər işlənmiş proqramlarımız var. Biz bir seçkiləri bitirdikdən sonra onun nəticələrini geniş şəkildə təhlil edir və növbəti seçkilər üçün öz planlarımızı hazırlayırıq. Bu baxımdan, keçən ildən başlayaraq, bu ilin yayına qədər YAP-ın rayon və şəhər təşkilatlarında növbəti konfranslar keçirildi. Bəzi rayon təşkilatlarının sədrləri yeniləri ilə əvəz olundu, hər bir təşkilatda Şuranın, İdarə Heyətinin üzvləri təxminən 30 faizədək dəyişdi. Yəni, seçkilərə təxminən bir il qalmış partiyanın yerli strukturları seçki proseduruna tam hazır vəziyyətə gətirildi. Artıq elan olunduğu kimi, YAP öz qurultayını seçkilər ərəfəsində keçirəcək. Həmin qurultayda partiyamız öz namizədini irəli sürəcək. YAP-ın namizədi təbii ki, partiyamızın Sədri, Prezident İlham Əliyevdir. Bu, həm cəmiyyətin, həm bütün Azərbaycan vətəndaşlarının, həm də YAP-ın 600 minədək üzvünün tələbidir. Bu gün Azərbaycanda görülən işlər, yüksək inkişaf, aparılan islahatlar tamamilə haqq verir ki, İlham Əliyevin prezidentliyə namizədliyi yenidən irəli sürülsün”.
Müxalifətin bu məsələ ilə bağlı mövqeyinə münasibət bildirən Siyavuş Novruzovun fikrincə, qarşı düşərgə ənənəsinə uyğun olaraq məntiqsizlik nümayiş etdirir. YAP İcra katibinin müavini deyib ki, hüquqdan, dünya praktikasından xəbəri olmayan, beynəlxalq hüququ bilməyən insanlar bəzi açıqlamalarla çıxış ediblər: “Biri deyir ki, Konstitusiya Məhkəməsi müəyyən izahatlar verməlidir, başqası başqa söz danışır... Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı keçirilən referendumda eyni şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsinə qoyulmuş məhdudiyyət götürülüb. ümumiyyətlə, həmin məhdudiyyətin olması antidemokratik bir məqam idi. çünki bu, seçkilərlə bağlı olan məsələdir. İstəyirsən və bacarırsansa bir dəfə, istəyirsən və bacarırsansa beş dəfə seçil. Bu, əhalinin etimadından asılı olan bir şeydir. Əgər kim yaxşı işləyirsə, əhali onu yenidən seçəcək. Əgər kimsə işləmirsə, heç bir müddət üçün də hakimiyyətdə qalması mümkün deyil. Azərbaycan təcrübəsində belə hallar olub ki, prezident seçiləndən heç bir il keçməmiş, referendum yolu ilə, yaxud digər yollarla hakimiyyətdən göndəriliblər. Yəni, bu, seçici etimadının göstəricisidir. Təyinatlı olmadığından, bu sistemdə məhdudiyyət ola bilməz. Əgər hansısa ölkənin qanunvericiliyi ayrıdırsa, bu, tamam başqa mövzudur. çünki hər ölkənin tələbi başqadır, hər ölkənin öz xüsusiyyətləri var. Qaldı ki, İctimai Palataya, bu qurumda təmsil olunan partiya liderləri İlham Əliyevin namizədliyi məsələsi ortaya çıxanda qorxuya düşürlər. çünki İlham Əliyevin Azərbaycanda və beynəlxalq aləmdəki nüfuzu, gördüyü işlər ölkə seçicisinin yekdilliklə Onu dəstəkləməsini, Ona yekdilliklə səs verməsini şərtləndirir. Bu da, dediyim kimi, İctimai Palatadakı adamları qorxuya salır. Bu səbəbdən, onlar ictimai fikri çaşdırmağa yönəlik açıqlamalar verirlər”.
Onu da vurğulayaq ki, hər seçki dövründə müxalifətin parçalanmasının şahidi oluruq. Və bu baxımdan 2013-cü il prezident seçkiləri ərəfəsində də bu düşərgədə dərin ziddiyyətlərin yaranması qaçılmazdır. Xüsusilə vahid namizəd məsələsi radikal müxalifət üçün ciddi başağrısına çevrilib. Hər dəfə bu məsələdə razılığa gəlinməməsi onların parçalanmasını daha da gücləndirir. 2013-cü ilin seçkiləri ilə əlaqədar əvvəllər bir sıra müxalifət “liderləri” özlərini “təvazökar” göstərməyə çalışsalar da, seçki kampaniyasının yaxınlaşması tamamilə fərqli mənzərəni ortaya qoyur. Siyavuş Novruzov da İctimai Palatanın heç vaxt vahid namizədini müəyyənləşdirə bilmədiyini qeyd edib: “İctimai Palatanın üzdə olan nümayəndələri vahid namizəd məsələsində orada təmsil olunan partiya liderlərindən daha çox müxtəlif ayrı-ayrı adamların, ziyalıların adını hallandırırlar. Bu da ondan irəli gəlir ki, bu partiya liderləri uzun illər müxtəlif seçki proseslərində iştirak edib, həmişə də məğlub olublar. Seçicilərin çox cüzi hissəsi onlara səs verib. Bəzi hallarda Müsavat Partiyasının nümayəndələri deyirlər ki, biz YAP-dan sonra ikinciyik. Amma necə ikincidir? Tutaq ki, seçkidə YAP 85 faiz səs toplayıbsa, Müsavat 3 faiz səs yığıb. Sonra gələn partiyalar 2 faiz, 1,5 faiz səs qazanıb. Siz aradakı fərqə baxın. Onlar prezident, parlament, bələdiyyə seçkilərində uduzublar. Buna görə də, cəmiyyətdə bu insanlara etimad yoxdur. Bu səbəbdən də, onlar yeni namizəd axtarışındadırlar. Amma bu da səhvdir. çünki onlar namizəd axtarışına qədər öz partiyalarında müəyyən islahatlar aparmalı idilər. Yeni insanlar gəlməli, yeni fikir olmalı idi. Bu gün cəmiyyəti irəliyə aparan, müasir cəmiyyətlə ayaqlaşa biləcək insanları, təmsilçiləri olmalı idi. 90-cı ilin ab-havasından, təfəkküründən irəli getməyən insanların artıq XXI əsrdə hansısa namizəd irəli sürməsinə lüzum da qalmır. Onlar yaxşı olar ki, növbəti bələdiyyə seçkilərində güclərini sınasınlar. çünki parlament seçkilərində bir dairədən belə, səs toplaya bilməyənlər prezident seçkilərində hansı uğur qazana bilərlər?”.
Xüsusilə, AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər vahid namizəd məsələsində bir-birinə hər hansı güzəştə getməmək niyyətlərini nümayiş etdiriblər. Nəzərə alsaq ki, İ.Qəmbər, hətta partiyasında sədrlikdən getdikdə belə radikal düşərgənin seçkilərdəki namizədi olmağı qərarlaşdırır, AXCP buna müsbət reaksiya verənə oxşamır. Yeri gəlmişkən, son dövrlərdə AXCP sədri Ə.Kərimlinin özünü “İP yiyəsi” kimi aparması İ.Qəmbərin bu arzusunu da reallaşdıra bilməmək ehtimalının yaranmasından xəbər verir. Elə AXCP-yə yaxın internet saytlarında Ə.Kərimlinin reytinqinin İ.Qəmbərdən “üstün olmasının” nümayiş etdirilməsi məhz AXCP-nin Müsavata güc nümayişidir. Xatırladaq ki, İ.Qəmbərin kürsüsü uğrunda gedən partiyadaxili mübarizədə qarşı duran tərəflər İ.Qəmbərə radikal düşərgənin prezidentliyə namizədi vədini verirlər. YAP İcra katibinin müavini hesab edir ki, bu şəxslər bir-birilərinə heç vaxt güzəştə getmək iqtidarında deyillər. Onun sözlərinə görə, Azərbaycan müxalifətində heç vaxt prezidentliyə vahid namizəd olmayıb. Siyavuş Novruzov xatırladıb ki, hətta 1998-ci ildə indi özlərinə lider hesab etdikləri Əbülfəz Elçibəyin vahid namizəd olmasına razılıq vermədilər: “Elçibəy bu barədə təklif verəndə, İsa Qəmbər ona kəskin şəkildə etiraz bildirdi ki, hər kəs öz namizədliyini irəli sürsün. Ona görə də, İctimai Palatanın seçkilərə vahid namizəd irəli sürəcəyi inandırıcı görünmür. Bizim dostumuz var, həm də şairdir. O, hər dəfə parlament seçkilərində namizədliyini irəli sürür. Hər dəfə də uduzur. Amma şair təbiətli adamdır, İsa Qəmbər kimi fikirləşir ki, namizədliyimi irəli sürüm, bəlkə seçilə bilərəm. Bunların qatarları çoxdan gedib, amma yenə də söyüdə söykənib söyüddən bar gözləyirlər. Qatarlanıb gedən illərdən də qatar gözləyirlər. Halbuki, onlar bunu qəbul edib, başqa işlərlə məşğul olsalar daha məqsədəmüvafiq olar, nəinki seçkilərdə iştirak etsələr”.
İP siyasi gündəmdə qalmaqdan ötrü müxtəlif təşkilatlarla görüşlər keçirmək, guya hansısa məsələlərlə əlaqədar müzakirələr aparmağı nəzərdə tutur. Diqqətçəkən məqam odur ki, bu təşkilatlar da mahiyyət etibarilə bir-birilərindən fərqlənmir və sosial dayaqları sıfır səviyyəsindədir. Belə ki, İP-lə “Ziyalılar Forumu” adlanan qurumun nümayəndələri əməkdaşlıq məsələlərinə dair fikirlər səsləndirir və guya əsas müzakirə mövzularından biri 2013-cü il seçkiləridir. İP-lə “Ziyalılar Forumu”nun nəzərdə tutulan tədbirlərinə münasibət bildirən YAP İcra katibinin müavini deyib ki, bunlar hamısı bekarçılıq əlamətidir: “Heç bir fəaliyyət olmayandan sonra qoy yığışıb danışmasınlar. Bunlar siyasəti özləri üçün iş yeri, gəlir məqsədi seçiblər. Siz “Ziyalılar Forumu” dediniz. Azərbaycanda bu qədər ziyalı var, bəs onda onlar kimdir? İndi beş-üç adamın elmi dərəcəsi varsa, bu, onların ziyalı olması demək deyil. Elmi dərəcə ziyalılığın göstəricisi deyil. Biri kino çəkəndir, biri nədir... Amma hesab etmək olmaz ki, onlar ziyalıdır. Adam var ki, akademikdir, amma ona ziyalı demək cinayətdir. Amma adam var çobandır, belələrindən daha çox ziyalıdır. Onlar birləşsələr də, ayrılsalar da, heç nə dəyişməyəcək. Yığışırlar, hansısa çayxanada oturub söhbət edirlər. özü də bunların fəaliyyəti mövsümi xarakter daşıyır, hava soyudu, çəkilirlər, hava isindi, qayıdırlar”.
Gündəmdə olan mövzulardan biri Rüstəm İbrahimbəyovun tutduğu mövqe ilə bağlıdır. Onun bəzi KİV-lərdə verdiyi açıqlamalar isə cəmiyyətdə birmənalı qarşılanmır. YAP İcra katibinin müavini bu məsələyə də münasibət bildirib: “Rüstəm İbrahimbəyov müsahibəsində Heydər Əliyevin ona dəstək verməsindən danışıb, Prezidentimizlə bağlı fikirlər söyləyib. Bilirsiniz, insanın əgər hər hansı bir etirazı, narazılığı varsa, bu narazılığı ifadə etməsinin üsul və vasitələri var. özü qeyd edir ki, Prezidentlə daim ünsiyyətdə olub. Yəni, sözün çatdırılma yolu var. Ola bilsin hansısa məmurdan narazıdırsa, yaxud məmur onun maraqlarının ziddinə gedibsə, bunun da aydınlaşdırılmasının yolları var. Azərbaycanda indiyədək Rüstəm İbrahimbəyova fəaliyyət göstərmək üçün kifayət qədər şərait yaradılıb. Onun fəaliyyətinə heç vaxt maneçilik törədilməyib. Amma məsələn, Azərbaycanın taleyüklü hadisələrində - Dağlıq Qarabağ məsələsi, 20 Yanvar faciəsi və s. - adını ziyalı qoyan bu cür insanlar hansı məqaləni çap ediblər? Moskvada yaşaya-yaşaya Balayana, yaxud digər ermənilərə qarşı mübarizə aparıblar? Əksinə, onların fikri belə olub ki, ermənilər Bakıdan niyə gedib? “Monomillət,” “monomillət” deyir. Söhbət monomillətdən getmir, söhbət azərbaycanlılara qarşı 1948-ci ildə, ondan əvvəl 1918, 1905-ci illərdə nələr törədildiyindən gedir. özü Nuru Paşa haqqında fikir söyləyir. Bu fikri söyləyən şəxs ermənilərin Bakıdan çıxmasının tarixini gözəl bilməlidir. Bilməlidir ki, Nuru Paşa qoşunla gələndə həmin adamın dostları olan ermənilər Bakıda 40 min azərbaycanlını qətlə yetirmişdilər. O, nə üçün ermənilərin maraqlarını müdafiə edir? Onun özünün mübahisələri ziddiyyətlidir və heç bilmir nədən danışır. Bu gün artıq yeni qurum - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb və fəaliyyət göstərir. İnanıram ki, bu qurumun fəaliyyəti uğurlu olacaq və Azərbaycan xalqının maraqlarına xidmət edəcək”.
S.Novruzovun fikrincə, R.İbrahimbəyovu şəxsi maraqları danışdırır. Onun sözlərinə görə, burada nə xalq, nə dövlət marağı var. YAP İcra katibinin müavini hesab edir ki, “Ziyalılar Forumu” adlandırılan quruma yığışan adamların hamısı öz şəxsi məqsədlərini güdür: “Orada vaxtilə Milli Məclis üzvü olmuş şəxslər var. Həmin adam parlamentdə olanda niyə korrupsiyadan danışmırdı? Milli Məclisin stenoqramlarına baxın, bu adam bir dəfə də korrupsiyadan danışmayıb. Amma deputat seçilməyən kimi yadına düşür ki, korrupsiya var, başqa şeylər var. Stenoqramı qaldırıb göstərin ki, parlamentdə bir dəfə seçicilərin hüquqlarından danışıb? İnternetdə axtarış versən, Rafiq Əliyev Neft Akademiyasındakı vəzifəsindən çıxarılmayana kimi onunla bağlı bir sətir belə yazı çıxacaqmı? Axı bu belə ziyalı, tanınmış xadim idisə, niyə haqqında heç nə yazılmayıb? Amma vəzifədən çıxarılan kimi ziyalı oldu. Azərbaycanın dərdləri, faciələri olanda harada idi? Yəni, onlar əslində, budur. İstənilən birinin adını çəksəniz, şəxsi maraqlarının nədən ibarət olduğunu deyə bilərəm”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32

