Atlantadan Londona: Azərbaycan olimpiyaçılarının zəfər yürüşü
15.08.2012 [00:37]
Məlum olduğu kimi, Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək ölkəmizə 10 medal qazandırdılar. Bu isə ölkə idmanı üçün böyük uğur kimi qiymətləndirilməlidir. 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanan idmançılarımız Azərbaycan idmanını London Yay Olimpiya Oyunları kimi möhtəşəm idman bayramında uğurla təmsil etdilər. Olimpiadada idmançılarımızın ortaya qoyduğu mübarizə əzmi, iradə, olimpiya ruhuna sadiqlik Azərbaycanda həyata keçirilən idman siyasətinin mahiyyətini ortaya qoyur.
Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət ölkəmizin sürətli inkişafını təmin edib. ölkəmizin bu inkişafına paralel olaraq, idmanımız da yüksək sürətlə inkişaf etməkdədir. Dövlət başçısının idman sahəsini daim diqqətdə saxlaması, idmançıların qayğı ilə əhatə olunması Azərbaycan idmanının möhkəm və sağlam təməllər üzərində inkişafını təmin edib. Prezidentin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Görülən bu işlər təkcə idmançılar deyil, bütün ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. Artıq ölkəmizdə 35 Olimpiya idman kompleksi fəaliyyət göstərir.
Son dövrlərdə ölkədə tikilib istifadəyə verilən və geniş bir şəbəkəni əhatə edən bu idman qurğuları idman sahəsində nəticələrimizin ildən-ilə artmasına, bədən tərbiyəsinin kütləvi inkişafına, Olimpiadaya hazırlıq işinin sürətləndirilməsinə şərait yaradıb. Elə bunun nəticəsidir ki, indi Olimpiya yığma komandamızın tərkibində ölkəmizi təkcə Bakı şəhərinin deyil, həm də Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran, Astara və s. rayon və şəhərlərimizin idmançıları da təmsil edirlər.
İdmanda olan nailiyyətlər göz qabağındadır. Bunları danmaq mümkün deyil. Bu inkişafın məntiqi nəticəsini London Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallarda gördük. 10 medal Azərbaycan idmanının inkişaf göstəricisi, ölkəmizdə Olimpiya hərəkatının nə qədər geniş yayıldığının əyani sübutudur. ölkəmizin müstəqil respublika kimi Olimpiya Oyunlarına qazandığı lisenziya və əldə edilən medalların statistikası Azərbaycanda idmanın hansı templə inkişaf etdiyini göstərir. Diqqət etmək lazımdır ki, ölkənin və idmanın inkişaf etdirilməsi üçün dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin, bu sahədə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin nəticəsi hər növbəti Olimpiya Oyunlarında iştirak üçün qazanılan lisenziya və əldə edilən medal sayının əvvəlki ilə müqayisəsində daha yaxşı əks olunur.
ölkəmiz ilk dəfə müstəqil dövlət kimi 1996-cı ildə Atlanta Olimpiadasında 23 nəfərdən ibarət milli komanda ilə təmsil olunub. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan milli Olimpiya komandasının Olimpiya Oyunlarında qazandığı ilk medal idi.
İdmançılarımız 2000-ci ildə Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarında 31 idmançı ilə 10 idman növü üzrə təmsil olundu. Sidneydə Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər. Zemfira Meftahəddinova və Namiq Abdullayev qızıl, Vüqar Ələkbərov isə bürünc medal qazandı. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycanın 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi. Növbəti Olimpiya Oyunları Afinada baş tutdu. ölkəmiz bu Olimpiadada iştiraka 130 idmançı ilə hazırlığa başladı və nəticədə 38 nəfər idman bayarımında iştirak hüququ qazandı. Onlardan 36 nəfəri lisenziya, iki nəfəri isə üzgüçülük idman növü üzrə Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə xüsusi buraxışla (vayld-kart) oyunlarda iştirak etmək hüququ əldə etdi. 38 idmançımız 12 idman növü üzrə uğurla mübarizə apardı.
Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkəmiz 3 yeni idman növü - bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışlara qatılmışdı. Olimpiya komandamız nəticədə 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bildi. Pekin Olimpiya Oyunlarında isə Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olundu və nəticədə ölkəmiz 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc) qazandı. Londonda isə ölkəmiz 53 lisenziya ilə 16 idman növündə təmsil olundu və tarixində ilk dəfə 10 medal qazandı.
Statistik göstəricilər də aydın şəkildə göstərir ki, hər il Olimpiadada iştirakçılarımızın və qazanılan medalların sayında artım var. Pekin Olimpiadasından ötən dövr ərzində Azərbaycan idmançıları Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyalar tərəfindən mütəmadi dünya və Avropa çempionatlarına ezam edilib, bu yarışlardan Vətənə uğurlu nəticələrlə dönüblər. Bu göstəricilər həm medalların nisbətində, həm də ötən Olimpiya oyunları ilə müqayisədə əldə olunmuş lisenziyaların fərqində öz əksini tapıb. Müqayisə üçün deyə bilərik ki, Olimpiya idman növləri üzrə qazanılmış medalların sayında da dinamik inkişaf müşahidə olunur.
Belə ki, Atlanta Olimpiadası ərəfəsində (1993-1996-cı illər) 71 medal; Sidney Olimpiadası ərəfəsində (1997-2000-ci illər) 146 medal; Afina Olimpiadası ərəfəsində (2001-2004-cü illər) 262 medal; Pekin Olimpiadası ərəfəsində (2005-2008-ci ilin yeddi ayı) 467 medal; London Olimpiadası ərəfəsində isə (2009-2012-ci ilin altı ayı) 835 medal qazanılmışdır. Göründüyü kimi, hər dəfə Olimpiada ərəfəsində Olimpiya idman növlərində qazanılan medalların sayı əvvəlki Olimpiada ilə müqayisədə təxminən iki dəfə artıb. Bu rəqəmlər Azərbaycanda idmanın inkişafını göstərməklə yanaşı, London Yay Olimpiya Oyunlarında ölkəmizin əldə etdiyi nəticənin nə dərəcədə böyük uğur olduğunu ortaya qoyur.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

