"Mehriban Əliyeva - humanizm rəmzi"
25.08.2012 [01:35]
Pakistanda çıxan və bu ölkə ilə yanaşı Böyük Britaniyada, Birləşmiş Ərəb Əmirliklərində milyonlarla oxucusu olan nüfuzlu ingilisdilli “Daily Times” qəzetində nəşrin İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin “Mehriban Əliyeva - humanizm rəmzi” sərlövhəli məqaləsi dərc edilib. Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildiriblər ki, “Mehriban Əliyeva - cəmiyyətin həyatında müsbət dəyişikliklər etməyi bacaran, mühüm əhəmiyyət kəsb edən məsələlərə dair prinsipial mövqe tutan xanımdır” sözləri ilə başlayan məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın tanınmış ziyalı ailədə dünyaya göz açdığı vurğulanıb.
Yazıda bildirilir ki, Azərbaycanın birinci xanımı 2004-cü il mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun prezidenti vəzifəsinə təyin edilib. Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətini vurğulayan jurnalist qeyd edib ki, Fondun təşəbbüsü ilə Azərbaycanda məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzi, konsert zalları, musiqi liseyləri tikilib.
Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımların edildiyi, şikəst uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin təşkil olunduğu, insulinin pulsuz paylandığı və qanvermə aksiyalarının keçirildiyi qeyd olunub.
Yazıda mədəniyyətin təbliğinin Fondun prioritet istiqamətlərindən biri olduğu qeyd edilib, bu sahədə görülmüş işlər, keçirilmiş beynəlxalq müsabiqələr və konsertlər, Niaqarada Azərbaycan Muğamı Günləri, Qəbələ festivalı haqqında ətraflı söhbət açılıb.
Azərbaycanı tolerantlıq nümunəsi adlandıran müəllif Fond tərəfindən dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində atılmış addımlardan da yazıb. Vurğulanıb ki, Heydər Əliyev Fondu Azərbaycanda bir sıra dini məbədlərin, ziyarətgahların, məscidlərin, kilsələrin yenidən qurulmasının təşəbbüskarı olub.
D.Nəcəf dünya irsinin qorunub saxlanılması yolunda Mehriban xanım Əliyeva tərəfindən görülmüş işlər barədə də ətraflı məlumat verib. Müəllif Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmirinin də bu sıradan olan işlərdən olduğunu vurğulayıb.
Məqalədə Azərbaycanın birinci xanımının, eyni zamanda, ölkənin Gimnastika Federasiyasının prezidenti olduğu, 2003-cü, 2004-cü və 2005-ci illərdə gimnastika üzrə dünya yarışmalarının Bakıda keçirildiyi qeyd edilib. Jurnalist Mehriban xanım Əliyevanın idmana qayğısını xüsusi vurğulayıb.
Jurnalist Mehriban xanım Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision-2012”-nin hazırlıq işlərinə rəhbərlik etdiyini qeyd edib. Bildirib ki, bu münasibətlə Azərbaycanın paytaxtında qısa bir zamanda Xəzər dənizi sahilində 23 min nəfərlik möhtəşəm “Crystal Hall” konsert arenası inşa edilib, yeni mehmanxanalar tikilib, şəhərin infrastrukturu əsaslı surətdə yenilənib və digər zəruri tədbirlər həyata keçirilib.
Məqalədə Mehriban xanım Əliyevanın Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü qeyd edilib.
Yazıda, həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda görülmüş işlərdən bəhs olunub. Qeyd olunub ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik qızlar məktəbi tikilib və cari ildə orada əsaslı yenidənqurma və təmir işləri aparılıb, tədris müəssisəsi lazımi avadanlıqla təmin olunub.
D.Nəcəf qeyd edib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Laki Marvat şəhərindəki Serebral İflic İnstitutunda pulsuz müalicə təşkil olunub, Peşavar Qadın və Uşaq Xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb.
Məqalədə vurğulanıb ki, Heydər Əliyev Fondu cari il iyunun 14-də Peşavarda Dünya Donarlar Gününə həsr edilmiş mərasimdə qan xəstəliklərinin müayinəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi təqdim edib. Eyni zamanda, Heydər Əliyev Fondu Xayber Paxtunxava əyalətində reallaşdırdığı humanitar layihələr proqramı çərçivəsində Xayber Göz Fonduna, bu təşkilatın nəzdində fəaliyyət göstərən Göz Klinikasının yeni blokunun inşası üçün maddi yardım edib. Heydər Əliyev Fondu həmin xəstəxanada imkansızlar üçün pulsuz göz əməliyyatlarının keçirilməsini də təşkil edib.
D.Nəcəf məqaləsində Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə müqəddəs Ramazan ayında Pakistanın dörd əyalətinin səkkiz şəhərində 1200-dən çox kimsəsiz uşaq üçün iftar süfrəsinin və əyləncə proqramının təşkil olunduğunu da qeyd edib. Məqalənin tam mətni ilə http://www.dailytimes.com.pk/default.asp?page=2012 824story_24-8-2012_pg7_17 linkindən tanış olmaq olar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

