Fitsoya atılan güllə...
17.05.2024 [10:10]
Avropanın təhlükəsizlik seqmentindən daha çox, ideallarını və dəyərlərini “yaraladı”
Qərbin monopolist istismarına məruz qalan “insan hüquqları”, “demokratiya”, “söz azadlığı” kimi dəyərlər özünün əsl mahiyyətini itirib. Təsir rıçaqı və təzyiq mexanizmi çərçivəsinə salınan bu ideallar hərfi prioritetlər müstəvisinə transfer olunur. Başqa sözlə, Avropa fərqli regionlarda “demokratiya hədəfləri” kod adı altında özünün arzu və istəklərini diqtə etməyə çalışır - bəs, haradan qaynaqlanır bu “Avropa demokratiyası” arzusu? Axı, bütövlükdə, “Qərb dəyəri” adı altında təbliğ olunan kollektiv təfəkkür və niyyətlər toplusu onsuz da mövcud idi - burada bir məqam artıq bariz şəkildə oraya çıxır. Artıq monolit görünə bilməyən Avropa özünün yolunu paralelləşdirir. İmperialist niyyətlərini artıq fərqli ad altında “bəyan edən” - kimliyini göstərən, terrorçu mahiyyətini və sömürücü xarakterini, işğalçı niyyətlərini ört-basdır etməyən Qərb özünün “qitədaşlarını”, “tərəfdaşlarını” belə qorxu, hürkü altında saxlamaq istəyini gizlətmir. Tam əksinə, bu faktorun gözəçarpacaq dərəcədə mənimsənilməsi üçün ən çirkin, qəbuledilməz yollara belə baş vurur.
Demokratik dəyərlər hədəfdə...
Məsələn, Fransa kimi imperialist və neokolonist azularını heç bir zaman arxa plana keçirmək istəməyənlər yeni dövrdə Qərbin “demokratiya yürüşü”nü fərqli rakurslarda davam və inkişaf etdirəcəklərin deyirlər - Avropa İttifaqında verilən qərarların konsensusa deyil, məhz həmin imperialist maraqlara əsaslanmasına çalışmaları açıq tezislə diqqət çəkir. Hətta öz tərəfdaşları ilə belə ultimativ dillə danışmağı sevən bu imperialist qüvvələr özlərinin ifşa edilməsindən belə çəkinmirlər - tam əksinə, göz görəsi bəyan edilən “demokratik dəyərləri” rahat şəkildə pozurlar, söz azadılığını məhdudlaşdırırlar, insan hüquqlarını tapdayırlar. Fransanın Yeni Koledoniya ilə bağlı son qərarı bunun ən bariz sübutudur.
Sui-qəsd pislənilir...
Bu işğalçı zehniyyətə etiraz edərək özünün milli maraqlarını əsas götürən ölkələr isə ilk növbədə hədəfə düşürlər - bununla bağlı misalları çox söyləmək olar. Ukrayna-Rusiya müharibəsinə münasibətdə Aİ-nin qeyri-adekvat mövqeyinə etiraz edən Macarıstanın, özünün milli maraqlarına istinad edərək Aİ-nin apardığı siyasətə etiraz edən Slovakiya kimi ölkələr, ikili standarta məruz qalaraq Aİ sərhədlərindən kənarda saxlanan Serbiya kimi dövlətlər Qərbin əsas hədəfinə çevrilir. Etiraz olaraq səslənən fikirlər, ortaya qoyulan mövqelər, nümayiş etdirilən yanaşmalar isə son olaraq təhdidlərlə, hətta terror aktları ilə “cavablandırılır”.
Bunun bariz misallarından biri bir neçə gün öncə, Slovakiyanın Baş naziri Robert Fitsoya edilən sui-qəsddir. Xatırladaq ki, sui-qəsd edən şəxsin 71 yaşlı insan olduğu bildirilir. Baş nazirin həyati təhlükəsi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb. Dövlətimizin başçısı bu barədə “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”.
Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini kəskin şəkildə pisləyib. Türkiyə dövlət başçısı da bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən bu dəhşətli sui-qəsdi qətiyyətlə pisləyirəm. Ona tezliklə şəfa tapmasını arzulayıram”.
Fitsonun etirafı - Aİ digərlərinə təlimat verməyi xoşlayır
Baş nazirə atılan güllələr nəyin təzahürü və ya nümayişidir? Bu haqda fikirləşməyinə dəyər. Baş verənlər bir daha göstərir ki, “imperialist Qərb” (bu bütövlükdə siyasi qütbə şail edilmir) özünün “dünya hegemoniyası” ansamblındakı qeyri-adekvat addımları və davranışları ilə hər kəsi bezdirdiyinin fərqindədir - hətta öz müttəfiqləri belə həmin siyasi cinahın hədəsi altında olmaqdan cana doyub. Bu olduqca mühüm bir məsələdir - məhz Fransa və onun kimi düşünən, davranan qüvvələrin neokolonialist zehniyyətinin nəticəsi kimi ən təhlükəsiz regionlar kimi qələbə verilən dövlətlər bu gün ən təhlükəli bölgəyə çevrilmək hədəsi yaşayır. Göründüyü kimi, xüsusilə, kütləvi tədbirlər zamanı təhlükəsizlik məsələsi ən “zəif” yer kimi üzə çıxır. Bəs necə olur ki, özünü bu kimi təhdidlərdən “sığortaladığını” iddia edən Qərb terrorun və ya təhdidin ünvanına çevrilir - burada ayrı-ayrı ölkələrə münasibətdə tutulan qeyri - hüquqi və birtərəfli mövqe, öz maraqları uğruna əsl həqiqəti göz ardı etmək cəhdi, “nizamlayıcı” və ya “tənzimləyici” adı altında mənafe uğrunda bütün vasitələrdən istifadə halları, hətta Qərbin özünün formalaşdırdığı dəyərlərə səthi baxış böyük rol oynayır. Bu səbəblər fərqli sıralama ilə də təsnifatlandırıla bilər. Amma həqiqət dəyişməz olaraq qalır - Qərbin özünü “daha ari” sayan bəzi regional təmsilçiləri qitədaşlarına qarşı təcrid siyasəti yürütməklə həm də təbii özünüifşaya yol verir.
Və bu kimi hallar nəticədə mövcud hadisələrin presedent halını almasına gətirib çıxarır. Mayın əvvəlində Bakıda səfərdə olan zaman Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycanla və Prezident İlham Əliyevlə bağlı maraqlı fikirlər söyləmişdi: “Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”.
Fərqli düşüncəyə açılan atəş...
Baş nazirin bu fikirləri Qərbin fərqli - liberal, ədalətli düşüncə meyarının göstəricisi idi. Halbuki, Azərbaycanın yürütdüyü milli maraqlara əsaslanan siyasət Qərbin digər təmsilçisi Fransa tərəfindən hər zaman hədəfə alınır. Bu etiraf onu göstərirdi ki, bəzi özünü böyük güc sayan qrup və ya ölkələr “tövsiyyə” adı altında təzyiq mexanizmləri formalaşdırır. Bu təzyiq formaları isə bəzən ikili standarta söykənən hesabatlar, bəzən qərəzli qətnamələr, bəzən isə hətta sanksiya təhdidi kimi təzahür edir. Ayrı-ayrı müstəqil siyasət yürüdən dövlətləri öz yolundan döndərməyə çalışanların məqsədi bu kimi vasitələrlə öz maraqlarını həmin regionda və ya ölkədə təmin etməyə çalışmaqdır. Bütün bunlara razı olmaq, deyilənlərə sözsüz əməl etmək isə dövlətlərin müstəqilliyinin məhdudlaşdırılması anlamını verir ki, bu da neokolonializmin yeni mənzərəsi deməkdir. Baş naziri Robert Fitso Bakıdakı çıxışında bildirmişdi ki, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı ayrı-seçkilik, ədalətsizlik və qeyri-obyektivlik onu məyus edir: “Çünki əhali sayına baxdıqda biz kiçik ölkə hesab edilirik. Sizi çox diqqətlə dinləyirdim və bunu dünən məni hava limanında qarşılayan nümayəndə heyətinə də bildirdim. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir”.
Təsadüfi deyil ki, bir sıra siyasi mütəxxəsislər Slovakiyanın Baş nazirinə atılan gülləni fərqli və milli marağa hədəflənən siyasi mövqeyə atılan güllə kimi dəyərləndirirlər. Baş verən hadisə belə bir qənaət formalaşdırır - açılan atəş Avropanın təhlükəsizlik seqmentindən daha çox, ideallarını və dəyərlərini “yaraladı”...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

