/ / Ramil Səfərov: Mənə Azərbaycana qayıtmaq xoşbəxtliyini bəxş etmiş Prezidentimiz İlham Əliyevə minnətdaram
Ramil Səfərov: Mənə Azərbaycana qayıtmaq xoşbəxtliyini bəxş etmiş Prezidentimiz İlham Əliyevə minnətdaram
01.09.2012 [17:36]
Ramil Səfərov daha sonra bildirib ki, əfv edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın mətni elə aeroportdaca onun üçün oxunub və ona Azərbaycan Respublikası vətəndaşının pasportu təqdim edilib. Ramil Səfərov aeroportdan öz evlərinə gedib. Orada onu doğmaları gözləyirdi. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu humanist addımı ilk növbədə Ramilin ailəsini sevindirib. Evdə onu atası, qardaşı və yaxın qohumları qarşılayıblar. Ramilin atası Sahib Səfərovun sevincinin həddi-hüdudu yox idi. O, həyəcanını güclə gizlədərək deyib: “Bu günü bütün Azərbaycan xalqı gözləyirdi. İndi hamı sevinir”.
2006-cı il aprelin 13-də Ramil Budapeştdə ömürlük həbs cəzasına məhkum ediləndə çoxları düşünürdü ki, artıq onu Azərbaycana qaytarmaq mümkün olmayacaq. Ekspertlər, analitiklər zabitin Azərbaycana verilməsinin mümkünlüyünə bədbinliklə yanaşırdılar. Lakin xalqımız, Ramilin ailəsi onun gec-tez ölkəmizə qayıdacağına ümidini itirmirdi. Onlar bilirdilər ki, hər bir azərbaycanlının harada olmasından asılı olmayaraq, dövlətimizin başçısı İlham Əliyev bu insanların taleyinə biganə deyildir. Ramilin Vətənə qaytarılması bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti öz vətəndaşlarını darda qoymur. Bu insanlar harada olsalar, dövlət onları müdafiə etmək, onların salamatlığı və təhlükəsizliyi qeydinə qalmaq iqtidarındadır.
Sahib Səfərov səkkiz ildən çox davam etmiş ayrılıqdan sonra oğlunu qucaqlayaraq deyib: “Bu gün gəlməli idi. Biz bilirdik ki, Ramil gec-tez Azərbaycana qayıdacaqdır. çünki Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Biz əmin idik ki, dövlətimizin başçısı Ramili köməksiz qoymayacaqdır. Prezident öz vətəndaşını, zabitini unutmamışdı. Sadəcə, səbirli olmaq və bu anı gözləmək lazım idi. Bu məqam yetişdi. Mən ailəmiz adından möhtərəm Prezidentimizə dərin təşəkkürümü bildirirəm, ona möhkəm cansağlığı, çətin və məsul vəzifəsində uğurlar diləyirəm”.
Sahib Səfərovun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev bir daha sübut etdi ki, o, bütün azərbaycanlıların Prezidentidir, özünün hər bir vətəndaşının, bütün Azərbaycan xalqının arxasında dayanır. Bu hadisə ilə əlaqədar daha bir detalı qeyd etməyə dəyər. Həbsdən azad edilməsi Ramilin ad günündə onun üçün ən böyük hədiyyə oldu. Avqustun 25-də onun 35 yaşı tamam olub. Ramil Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1992-ci ildə Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyində təhsilini uğurla başa vurandan sonra Ankarada Ali Hərbi Məktəbə daxil olub. 2001-2002-ci illərdə Gədəbəy rayonundakı hərbi hissələrin birində bölmə komandiri vəzifəsində xidmət edib. 2002-ci ilin mart ayında Ali Hərbi Komandirlər Məktəbinə göndərilib, orada baş leytenant rütbəsinə qədər irəliləyib. 2004-cü ilin yanvar ayında NATO-nun proqramı çərçivəsində Budapeştdə üç aylıq ingilis dili kurslarına göndərilib. 2004-cü ilin fevral ayında erməni zabitini öldürdüyünə görə Macarıstanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. 2006-cı il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib. Ramil Səfərov törətdiyi əməli məhkəmədə onunla izah edib ki, erməni zabiti Azərbaycan xalqını və Azərbaycan dövlətini dəfələrlə təhqir edib, erməni zabit tərəfindən Azərbaycan bayrağının təhqir edilməsi isə Ramilin səbir kasasını daşdıran sonuncu damla olub. Ramil Səfərovun vəkilləri bu hökmün həddən artıq sərt olmasını və onun müdafiə olunmaq hüququnun pozulmasını hələ o vaxt qeyd ediblər. Aydındır ki, belə bir hökm çıxarılmasına erməni lobbisinin səyləri sayəsində bu məsələnin ifrat dərəcədə siyasiləşdirilməsi şərait yaradıb. Ramil Səfərovun Azərbaycana verilməsindən əvvəl Macarıstanın dövlət orqanları ilə intensiv danışıqlar aparılıb. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarətində idi. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AzərTAc-a müsahibəsində bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Azərbaycan zabitinin azad edilməsi üçün müvafiq tədbirlər görülüb. İslah müəssisəsində Ramil nümunəvi davranışı ilə fərqlənib. Bu müddətdə o, macar dilinə maraq göstərib və macar yazıçılarının bir neçə əsərini Azərbaycan dilinə tərcümə edib. Ramil Səfərov jurnalistlərlə söhbətində qeyd edib ki, yenidən öz Vətəninə, Azərbaycan dövlətinə xidmət etməyə hazırdır. O, azad edilməsi üçün səy göstərmiş insanların hamısına təşəkkürünü bildirib. Bu gün təkcə Ramilin deyil, bütün Azərbaycan xalqının yaddaşında həmişəlik qalacaqdır. Ona görə ki, bu gün dövlətimizin gücü və nüfuzu, ölkə Prezidentinin müdrikliyi və qətiyyəti bir daha bütün dünyaya nümayiş etdirildi. Müəyyən mənada, bu gün bizim özümüzə, öz Vətənimizə və ümumi gələcəyimizə inamı artıran həqiqət anı oldu!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

