Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Azərbaycan saytlarına hücumların arxasında Ermənistan durur

Əli Həsənov: Azərbaycan saytlarına hücumların arxasında Ermənistan durur

05.09.2012 [22:25]

“Son vaxtlar Ramil Səfərov hadisəsi, Azərbaycanın beynəlxalq diplomatik müstəvidə erməni tərəfini ifşa etməsi, Dağlıq Qarabağ məsələsində ermənilərin bütün lazımi arqumentlərinin tükənməsi, işğalçılıq faktlarının pərdələnməsinin Ermənistan, onun ideoloji strukturları üçün çətinləşməsi şəraitində ermənilər Azərbaycanın haqq səsini yayan, Azərbaycanın informasiya siyasətini həyata keçirən xəbər portallarına qarşı total hücuma, təxribatlara başlayıblar”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənovun fikrincə, beynəlxalq aləmdə Azərbaycana qarşı yönəldilən ciddi informasiya hücumlarının, o cümlədən ölkəmizin elektron KİV-inə müdaxilələrin arxasında Ermənistan dövləti və onun beynəlxalq aləmdəki dayaqları durur.
Şöbə müdiri bildirib ki, erməni tərəfinin sözügedən hücumları ilə bağlı Azərbaycan hakimiyyəti və hakimiyyət strukturları ciddi işə başlayıb: “Hazırda həm ölkə daxilində, həm ölkəni beynəlxalq aləmlə bağlayan elektron trafiklərdə, eyni zamanda beynəlxalq aləmdə bu məsələlərlə məşğul olan müvafiq mərkəzlərlə ciddi iş aparılır, qarşı tərəfin hücumlarının qarşısının alınması və Azərbaycanın elektron informasiya vasitələrinin ahəngdar işinin təmin olunması istiqamətində işlər görülür”.
Paylaş:
Baxılıb: 760 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30