Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Redaktorların açıqlamalarında subyektivlik var"

"Redaktorların açıqlamalarında subyektivlik var"

06.09.2012 [23:32]

“Qəzet yayımı ilə bağlı məsələlər dövlətin diqqət mərkəzindədir. Bəzi qəzet redaktorlarının qaldırdığı bu məsələyə biganə deyilik, bunu araşdırırıq”. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Media forum” saytına belə deyib. Əli Həsənov qeyd edib ki, son zamanlar paytaxt Bakıda qəzet köşklərinin sayı azalmayıb, artıb: “Hesab edirik ki, mətbuat yayımının vəziyyəti pis olmamalıdır. Mətbuat yayımında təşkilati boşluqlar, narazılıqlar məsələsini də araşdırırıq. Bəzi qəzetlərin, xüsusən də müxalif qəzetlərin tirajının azalması məsələsi də diqqətimizdədir. Müxalif qəzetlərin tirajının düşməsi yay fəsli, Azərbaycanda müxalif fikrə marağın azalması, bu qəzetlərin eyni məsələləri, eyni nazirlər haqda eyni ittihamları hər gün səsləndirməsi ilə bağlı ola bilər. Tirajın düşməsini yalnız  hakimiyyət və mətbuat yayımı strukturları ilə bağlamaq düz deyil. Bəzi redaktorların açıqlamalarında subyektivlik var. Hazırda kompleks araşdırma gedir və nəticəsi barədə cəmiyyətə məlumat veriləcək”. Şöbə müdiri bildirib ki, Bakıdakı yeni köşklərdə qəzet satışının dayandırılması haqda deyilənlər doğru deyil: “Həmin köşklərdə qəzet satılır. Sadəcə, informasiyalar bir qədər ziddiyyətlidir, hərəsi bir strukturdan gəlir. Ola bilər ki, köşklər əvvəl qəzeti bir mənbədən alırdılar, indi başqa mənbədən alırlar. Hər halda bunlarla bağlı lazımi işlər görülür”.
Paylaş:
Baxılıb: 780 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30