/ / Ərdoğan: Azərbaycan ilə Ermənistan arasında sülhə nail olunması üzrə imkanlar pəncərəsi bağlanılmamalıdır
Ərdoğan: Azərbaycan ilə Ermənistan arasında sülhə nail olunması üzrə imkanlar pəncərəsi bağlanılmamalıdır
30.05.2024 [15:03]
Azərbaycanın tarixi torpaqlarının çoxillik erməni işğalından azad edilməsindən sonra Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün tarixi şərait yaranıb. Azərbaycan ilə Ermənistan arasında sülhə nail olunması üzrə imkanlar pəncərəsi bağlanılmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir vilayətinin Doğanbey rayonunda keçirilən “EFES-2024” beynəlxalq hərbi təlimlərinin “Müşahidəçi günü”ndə çıxış edərkən bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, Ankara həm regionda, həm də beynəlxalq arenada sülhün və sabitliyin bərqərar edilməsinə çalışır. O əlavə edib: “Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Ölkəmiz, həmçinin dost və qardaş ölkələrə əlindən gələn köməyi göstərməyə hazırdır. Biz Türkiyənin olduğu kimi, dost dövlətlərin də təhlükəsizliyinə əhəmiyyət veririk”. Rəcəb Tayyib Ərdoğan onu da bildirib ki, Ankaranın qonşu dövlətlərə heç bir iddiası yoxdur.
Türkiyə Prezidenti beynəlxalq əməkdaşlığın ölkələrin maraqları və təhlükəsizliyi baxımından, o cümlədən müdafiə sektorunda əhəmiyyətinə diqqət çəkib.
Ərdoğan qeyd edib ki, hazırkı “EFES-2024” beynəlxalq təlimləri zamanı Türkiyədə ilk dəfə olaraq müdafiə sənayesinin 33 müxtəlif istiqamətindən istifadə edilib. “Məqsədimiz qarşılıqlı faydalı əməkdaşlıqdır. Türkiyə müdafiə sənayesi sahəsində təcrübəsini dost ölkələrlə bölüşməyə hazırdır”, - deyə Prezident bildirib.
Türkiyənin dövlət başçısı bildirib ki, 2023-cü ilin sonuna qədər onun ölkəsinin müdafiə sənayesində ixracatın həcmi 5,5 milyard dollara çatıb. “Ötən il Türkiyənin müdafiə şirkətlərindən 185 ölkəyə 230 adda məhsul tədarük edilib. Ümumi dəyəri 10 milyard 250 milyon dollar olan müdafiə təyinatlı məhsulların tədarükü üçün yeni müqavilələr imzalanıb”, - deyə siyasətçi bildirib.
Prezident Ərdoğan qeyd edib ki, bu gün “EFES-2024” təlimləri çərçivəsində təşkil edilən sərgidə Türkiyə istehsalçılarının bəzi yeni məhsulları nümayiş etdirilir.
Türkiyə lideri diqqəti ölkəsinin təhlükəsizlik problemlərinə çəkib və Ankaranın cənub sərhədlərində terrorçuların nəzarətində olan zonanın formalaşmasına imkan verilməyəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20

