TÜRKPA-ya sədrlik Azərbaycana keçib
07.06.2024 [09:50]
Təsisatın beynəlxalq müstəvidə rolu güclənir
Bakıda parlamentlərin Baş katiblərinin birinci görüşü və Gənc Parlamentarilər Qrupunun toplantısı keçirilib
İyunun 6-da Bakıda TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirilib. Azərbaycan Milli Məclisinin Aparat rəhbəri Fərid Hacıyev Bakıda keçirilən TÜRKPA-nın 13-cü Plenar iclasının yeni reallığın yarandığı tarixi dövrə təsadüf etdiyini deyib. O bildirib ki, Vətən müharibəsi və ötən ilin sentyabrında ölkəmizin ərazisində aparılmış antiterror tədbirləri nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalından azad edərək tarixi Zəfərə imza atıb və beləliklə, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Vaxtilə işğalçılar tərəfindən viran qoyulmuş həmin ərazilərdə hazırda genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri həyata keçirilir.
Diqqətə çatdırılıb ki, bu gün TÜRKPA həm üzv və tərəfdaş dövlətlər, həm də onların hüdudlarından kənarda böyük nüfuza malikdir. Dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq çərçivəsində qlobal parlament dialoqu təşviq edir, parlament diplomatiyası institutunun inkişafında mühüm rol oynayır. Təşkilatın təşəbbüsü ilə keçirilən çoxsaylı tədbirlər, qəbul olunmuş qərarlar, həyata keçirilən fəal parlament diplomatiyası və bütövlükdə əldə olunan nəticələr onu deməyə əsas verir ki, TÜRKPA nəinki Türk dünyasında, həmçinin daha geniş anlamda müasir beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaqdadır.
F.Hacıyev, eyni zamanda, bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini söyləyərək deyib ki, COP29 çərçivəsində dünya ölkələrindən yüzlərlə parlamentarinin iştirakı ilə parlament konfransı təşkil olunacaq.
Görüşdə “TÜRKPA çərçivəsində parlamentlərin Aparat rəhbərləri arasında əməkdaşlığın perspektivləri” mövzusunda müzakirələr aparılıb. Tədbirdə çıxış edən Qazaxıstan Parlamenti Məclisinin Aparat rəhbəri Renat Aytayev, Qırğız Respublikası Joqorku Keneşinin Aparat rəhbəri Alaybek Alimbayev, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun və Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayev mövzu ilə bağlı fikirlərini bölüşüb, parlamentlərarası təcrübə mübadiləsinin dahada genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu istiqamətdə məlumat mübadiləsinin aparılması, müxtəlif sərgilərin təşkili, birgə idman yarışlarının keçirilməsi, eyni zamanda, mətbuat xidmətlərinin birgə fəaliyyəti olduqca vacibdir.
Diqqətə çatdırılıb ki, TÜRKPA çərçivəsində əsas perspektivlərin həyata keçirilməsi üçün əməkdaşlıq sahələri müəyyənləşdirilməlidir. Təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə danışıqlar aparılmalı, nəticələr əldə edilməlidir.
İclasda TÜRKPA-ya sədrliyin Azərbaycana keçməsi haqqında qərar qəbul edilib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təhvil verib.
Qeyd edək ki, Milli Məclisdə TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda üçüncü toplantısı da keçirilib. İclasa qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan sədrlik edib. Qonaq toplantının TÜRKPA ölkələri gənclərinin qarşılaşdığı fiziki və psixi sağlamlıq problemlərinin həllinə töhfə verəcəyinə inamını bildirib. O gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində TÜRKPA ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycan Milli Məclisinin üzvləri Əliabbas Salahzadə və Anar Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Kubanıçbek Samakov, Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Fide Kürşat mövzu ətrafında çıxış edərək fikirlərini bildiriblər. Natiqlər ölkələrində gənclərin qarşılaşdıqları fiziki və psixi sağlamlıq problemlərindən, onların yaranması səbəblərindən söz açıb, bu məsələlərin həlli istiqamətində ölkələrində həyata keçirilən dövlət siyasəti, yaradılan qanunvericilik bazası və atılan digər addımlar barədə məlumat verib, gəncliyin sağlam ruhda böyüdülməsi, zərərli vərdişlərdən qorunması ilə bağlı danışıblar.
Sonra iclasda gündəliyin məsələləri müzakirə edilib, “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda hesabat məruzəsi, mövzuya dair tövsiyə qərarı qəbul olunub, qrupun növbəti iclasının mövzusu, keçirilmə tarixi və yeri müəyyənləşdirilib.
Qeyd edək ki, TÜRKPA-ya üzv dövlətlərin Gənc Parlamentarilər Qrupunun dördüncü iclası 2025-ci ildə Qazaxıstanda keçiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

