Macarıstan Aİ sədrliyindən uzaqlaşdırılacaqmı?
10.07.2024 [10:43]
Budapeştin siyasəti Avropa İttifaqının təhlükəsizliyi üçün risklər yaratmır
Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra Budapeştin Aİ-yə yarımillik sədrliyini ləğv etmək imkanını nəzərdən keçirir. Bu barədə “Euobserver” portalı Avropa diplomatlarına istinadən məlumat yayıb. Məlumata görə, Aİ səfirləri iyulun 10-da Avropa İttifaqı yanında Daimi Nümayəndələr Komitəsinin iclasında Orbanın Moskva və Pekinə səfərini müzakirə edəcək. Portal qeyd edib ki, Avropa İttifaqı Orbanın səfərləri zamanı Macarıstanın Aİ Şurasına sədrliyinin loqosundan istifadə etməsindən narazıdır, baxmayaraq ki, bu, yalnız Budapeşt adından qüvvədədir. Portalın mənbələri iddia edib ki, pərdə arxasındakı bəzi ölkələr Macarıstanın sədrlikdən məhrum edilə biləcəyi ssenarisindən danışırlar.
Macarıstan Avropada sülhün tərəfdarıdır
Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqına sədrliyə başlayıb. Bu ölkənin Avropa İttifaqı rəhbərliyi ilə bir sıra məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişə, eləcə də iqtisadi və miqrasiya məsələləri üzrə ciddi fikir ayrılıqları var. Budapeştlə Brüssel arasında formalaşan mürəkkəb münasibətlər hətta Macarıstanın sədrliyi dövründə “Avropanı yenidən möhtəşəm edək!” şüarının seçilməsində də özünü göstərib. Baş nazir Viktor Orban Avropa İttifaqına sədrliyi dövründə Macarıstanın prioritetlərini də açıqlayıb. O bildirib ki, sədrliklə bağlı 7 maddədən ibarət proqram qəbul olunub: “Proqramın əsas müddəası Ukraynada müharibənin dayandırılmasından ibarətdir. Çünki hazırda orada baş verənlər ittifaq daxilində nəzərdə tutduğumuz prioritetlərin həyata keçirilməsinə maneə yaradır”. Təsadüfi deyil ki, Orban Aİ-yə sədrliyinin ikinci günü - iyulun 2-də Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Viktor Orban Volodimir Zelenskiyə sülh danışıqları öncəsi atəşkəs variantını nəzərdən keçirməyi təklif edib. Lakin rəsmi Kiyev bu təklifi qəbul etməyib. Ardınca, V.Orban iyulun 5-də Moskvaya səfər edərək Vladimir Putinlə görüşüb. Rusiya Prezidenti ilə görüşündə də əsas müzakirə mövzusu Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi olub. Orban Kiyev və Moskva səfərində apardığı danışıqlardan sonra tərəflərin mövqelərinin biri-birindən çox uzaq olduğu qənaətinə gəlib. Buna görə də, Avropa İttifaqının sədri olan Macarıstanın Baş naziri hesab edir ki, münaqişənin bitməsi üçün çoxlu işlər görmək lazımdır. Bu səbəbdən də, o, iyulun 8-də Pekinə səfər edərək Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşüb. Orban Çini Ukrayna münaqişəsinin nizamlanması üçün əsas ölkə adlandırıb.
Brüssel Macarıstanın sülh missiyasına qarşı çıxır
Amma qəribədir ki, Aİ-nin bəzi ölkələri V.Orbanın sülh missiyasını dəstəkləmək əvəzinə, onu ciddi tənqid edib. Avropa İttifaqının rəhbər strukturları Orbanın Moskvaya səfərinə görə Macarıstanı kəskin tənqid atəşinə tutub, Almaniya isə Budapeştdən Aİ-nin sədri vəzifəsindən istefa verməsini tələb edib. Buna cavab olaraq, Macarıstanın xarici işlər naziri Peter Siyartonun almaniyalı həmkarı Annalena Berbok ilə bazar ertəsi Budapeştdə keçirilməsi planlaşdırılan görüşünü ləğv edib. Nazir Siyarto avropalı siyasətçilərə Baş nazir Viktor Orbanın sülhməramlı missiyasını “təhlükəsizlik kəmərlərini bağlayıb diqqətlə izləməyi” tövsiyə edib. “Ukraynaya silah tədarük edən, oraya qoşun göndərmək xəyalı ilə yaşayan və nüvə silahından istifadə edilməsi haqqında söhbət aparan çoxsaylı “müharibə tərəfdarı olan siyasətçilər” Avropa İttifaqındakı böhranı daha da ağırlaşdırırlar”, - deyə Peter Siyarto qeyd edib.
Belə bir şəraitdə Aİ-nin bəzi dövlətlərinin Macarıstanı sədrlikdən uzaqlaşdırmaq cəhdləri sadəcə, Orbanın Moskvaya səfəri ilə bağlı deyil. Əsas səbəblərdən biri Orbanın Avropa İttifaqının rəhbər strukturlarını qitədə yaranmış ciddi problemlərə görə dəfələrlə tənqid etməsidir. Moskva səfəri isə Orbanı cəzalandırmaq üçün bir bəhanədir.
Brüsselin Macarıstanı sədrlikdən uzaqlaşdırmaq hüququ varmı?
Bəs Aİ-yə üzv ölkələrin Macarıstanı sədrlikdən uzaqlaşdırmaq hüquq varmı? Bu hansı qanunlarla tənzimlənir və indiyədək belə bir presedent olubmu? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Avropa İttifaqı bir sıra üzv dövlətlərin suveren hüquqlarının tapdanması istiqamətində addımlar atır, dövlətlərin seçimlərini sorğulayır, onları sanksiyalarla hədələyir. Amma daha diqqətçəkən məqam ondan ibarətdir ki, Brüssel iqtisadi maraqlardan istifadə edərək siyasi manipulyasiya ilə məşğuldur. “Avropa İttifaqının əsas prinsipi üzv ölkələrin bərabərsəviyyəli hüquqlarıdır. Yəni Aİ bərabər iştirakçılığı və birgəyaşayışı özündə ehtiva edir. Lakin Brüssel bəzi üzv dövlətlərin suveren hüquqlarını pozur. Macarıstana qarşı Aİ rəhbərlərinin çağırışları da bu istiqamətdədir. Hazırda onlar Macarıstanın suveren şəkildə yürütdüyü iqtisadi siyasətə əngəl olmaq istəyirlər. Bu da həmin ölkənin suveren hüquqlarının pozulması istiqamətində növbəti faktdır”,-deyə politoloq söyləyib.
Brüsselin Macarıstana qarşı ittihamları saxtadır
Sədrliyin ləğv edilməsi təşəbbüsünə gəlincə, həmsöhbətimiz hesab edir ki, bu, birmənalı olaraq Aİ sədri kimi Macarıstanın hüquqlarının, Aİ daxilində bir qrupun qurumun bərabər yaşam, birgə qərarvermə və qərarqəbuletmə hüququnun qəsb olunması deməkdir. Bu fakt əslində, Macarıstanın Aİ üzvlüyündən kənarlaşdırılması üçün bəhanədir. Yəni Aİ daxilində bir qrup məhz Macarıstanı buna təhrik edir. Ümumilikdə isə belə bir addım Aİ-nin özünün bütövlüyü üçün ciddi risklər formalaşdırır. Y.Hacıyeva deyib ki, Aİ tarixində cəmi bir dəfə sədrlik edən ölkənin bu hüquqdan məhrum edilməsi cəhdi olub: “Bu cəhd İspaniya ilə bağlı olub, amma onun sədrliyini ləğv edə bilməyiblər. Belə ki, İspaniyanın sədrliyi dövründə Avropa Parlamenti və Aİ-dəki müəyyən qruplar Kataloniyada separatçıların xeyrinə qərarla əlaqədar bu ölkəni sədrlikdən uzaqlaşdırmaq istəyib. Lakin onların bu cəhdi uğursuz olub, İspaniya sədrliyini davam etdirib. Aİ sədrliyindən ölkələri təşkilatın Nizamnaməsinin 5-ci bəndinə əsasən məhrum etmək mümkündür. 5-ci bənddə göstərilir ki, Avropa İttifaqının təhlükəsizliyi üçün təhdidlər olarsa, belə bir qərar vermək mümkündür. Lakin Macarıstanın atdığı addımlar Aİ-nin təhlükəsizliyi üçün risklər formalaşdırmır. Sadəcə, Brüssel Macarıstanı cəzalandırmaqla digərlərinə “nümunə” göstərmək, xəbərdarlıq etmək istəyir. Əgər Brüssel Macarıstanı sədrlikdən məhrum edərsə, bu, saxta bir qərar olacaq. Bu baxımdan, düşünürəm ki, belə bir qərar qəbul olunmayacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Sosial
27 Aprel 17:15

Hadisə
27 Aprel 16:28

Sosial
27 Aprel 15:22

Siyasət
27 Aprel 14:30

Sosial
27 Aprel 13:29

Mədəniyyət
27 Aprel 12:41

İdman
27 Aprel 11:17

İqtisadiyyat
27 Aprel 10:27

Sosial
27 Aprel 09:32

Elm
27 Aprel 09:13

İdman
27 Aprel 08:58

Sosial
26 Aprel 23:34

Dünya
26 Aprel 22:28

İdman
26 Aprel 21:46

Dünya
26 Aprel 20:32

Siyasət
26 Aprel 20:05

Hadisə
26 Aprel 19:27

Hadisə
26 Aprel 18:59

Dünya
26 Aprel 18:23

Dünya
26 Aprel 17:42

Sosial
26 Aprel 17:26

Hadisə
26 Aprel 16:50

Sosial
26 Aprel 16:29

Dünya
26 Aprel 15:47

İqtisadiyyat
26 Aprel 15:11

Dünya
26 Aprel 14:56

Sosial
26 Aprel 14:24

YAP xəbərləri
26 Aprel 13:35

Siyasət
26 Aprel 13:26

Elanlar
26 Aprel 13:07

Elanlar
26 Aprel 13:04

Gündəm
26 Aprel 13:02

Gündəm
26 Aprel 12:45

Sosial
26 Aprel 12:30

Siyasət
26 Aprel 12:14

Siyasət
26 Aprel 11:42

İqtisadiyyat
26 Aprel 11:36

Siyasət
26 Aprel 11:23

Yeni texnologiyalar
26 Aprel 11:15

Siyasət
26 Aprel 10:51

Siyasət
26 Aprel 10:38

MEDİA
26 Aprel 10:14

Dünya
26 Aprel 09:58

Analitik
26 Aprel 09:37

Sosial
26 Aprel 09:13

Sosial
26 Aprel 08:54

Ədəbiyyat
26 Aprel 08:25

YAP xəbərləri
25 Aprel 23:18

YAP xəbərləri
25 Aprel 22:17

YAP xəbərləri
25 Aprel 21:38
YAP xəbərləri
25 Aprel 21:12
YAP xəbərləri
25 Aprel 20:56

YAP xəbərləri
25 Aprel 20:11

Xəbər lenti
25 Aprel 20:11

YAP xəbərləri
25 Aprel 19:50
YAP xəbərləri
25 Aprel 19:15

YAP xəbərləri
25 Aprel 18:53

İqtisadiyyat
25 Aprel 18:32

YAP xəbərləri
25 Aprel 18:16

YAP xəbərləri
25 Aprel 18:12

Siyasət
25 Aprel 18:10

Sosial
25 Aprel 18:09

Gündəm
25 Aprel 18:07

YAP xəbərləri
25 Aprel 17:59

YAP xəbərləri
25 Aprel 17:34

Gündəm
25 Aprel 17:32

Hərbi
25 Aprel 17:25

YAP xəbərləri
25 Aprel 17:25

YAP xəbərləri
25 Aprel 17:13

YAP xəbərləri
25 Aprel 17:11
