Rəsmi İrəvandan sülh etirafı...
13.07.2024 [10:30]
Alen Simonyan da hesab edir ki, onilliklərlə davam edən düşmənçiliyə son qoyulmalıdır
Nardar BAYRAMLI
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması bütövlükdə regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən təşəbbüsləri həmişə nəzərdən keçirir. Ölkəmiz hər zaman sülhə sadiqlik göstərib, məsələlərin danışıqlar yolu ilə həllinə tərəfdar kimi çıxış edib. Təsadüfi deyil ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi də məhz ölkəmizin təşəbbüsü ilə başlayıb.
2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edib. Qarşıdakı mərhələ isə regionda təhlükəsizlik mühitinin formalaşması istiqamətində olmalıdır. Ermənistanın sülhlə bağlı real konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə sülh sazişini imzalamaq mümkündür. Artıq rəsmi İrəvan tərəflər arasında sülh sazişinin imzalanmasının vaxtının çatdığını anlamağa başlayıb. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyanın fikirlərindən də görmək mümkündür. Belə ki, iki gün öncə Simonyan parlamentin növbədənkənar iclasında çıxışı zamanı Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar olunacağına, onilliklərlə davam edən düşmənçiliyə son qoyulacağına ümid etdiyini deyib. “Alma-Ata Bəyannaməsi”nin prinsiplərinə uyğun olaraq Azərbaycan ilə sərhədlərin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da iki dağıdıcı müharibəyə səbəb olan, onilliklərlə davam edən düşmənçiliyə son qoyulmalıdır”,-deyə o, bildirib.
Son zamanlar erməni tərəfindən rəsmi şəxslərin belə açıqlamalarına tez-tez rast gəlmək mümkündür. Məsələn, bu yaxınlarda baş nazir Nikol Paşinyan da jurnalistlərə deyib ki, biz bir ay ərazində sülh sazişini imzalamağa hazırıq. Onun fikrincə, sülh sazişi layihəsinin mövcud mətni olduqca yetkindir.
Xatırladaq ki, hazırda tərəflər sülh sazişi layihəsinin qarşılıqlı mübadiləsini davam etdirirlər. Rəsmi Bakı da layihədə müsbət irəliləyişin olduğunu bəyan edib. Belə ki, bunu hələ iyunun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda macarıstanlı həmkarı ilə keçirilən birgə mətbuat konfransında təsdiqləmişdi. “Bir neçə gün öncə biz Ermənistan tərəfindən yeni layihə aldıq. Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - deyə nazir vurğulamışdı.
İyunun 27-də Ceyhun Bayramov Gürcüstanda səfərdə olarkən də pozitiv açıqlama vermişdi: “Ermənistan ilə davamlı sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan əvvəl Azərbaycan sülh sazişi ilə bağlı son layihəni Ermənistana təqdim edib. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət irəliləyişlər əldə edilib. Sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında da təmaslar davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlər eşidəcəyik”.
Halbuki 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçirilən görüşündə bir sıra məsələlərin açıq qaldığı bildirilmişdi. Görüşlə bağlı verilən rəsmi açıqlamada “Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar” fikirləri bəzi istiqamətlərdə razılaşdırılmamış məqamların qaldığına bir işarə idi. Lakin bu görüşdən sonra saziş üzrə layihənin qarşılıqlı mübadiləsi nəticəsində tərəflərin daha da yaxınlaşması, razılaşdırılmamış məqamların bəzilərinin həll edilməsi mümkün görünür. Həm Azərbaycanın XİN başçısının, həm də erməni tərəfinin son açıqlamaları da bunu deməyə əsas verir.
Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da sülh prosesi ilə bağlı açıqlama verib. Mirzoyan bildirib ki, Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalanması üçün real imkan var: “Bir daha təsdiqləmək istərdim ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə sadiqdir. Sülh sazişinin layihəsini başa çatdırmaq üçün real imkan, tarixi şans var. Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”. O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.
Burada vacib məqamlardan biri Mirzoyanın regional kommunikasiyaların açılmasına diqqət çəkməsidir. Baş nazir Paşinyan hələ ötən ay parlamentdə jurnalistlərə açıqlamasında sülh müqaviləsi imzalanana qədər Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasını mümkün hesab etdiyini də demişdi. Bu, o deməkdir ki, artıq rəsmi İrəvan kommunikasiyaların açılmasının özü üçün nə qədər faydalı olduğunu dərk etməyə başlayır. Çünki kommunikasiyalar açılmadan Ermənistan blokada da qalmaqda davam edəcək ki, bu da ölkənin iqtisadiyyatının itirilməsi deməkdir. Əslində, regional kommunikasiyaların açılması Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərdən biridir. Rəsmi İrəvan götürdüyü öhdəliklərə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin etməlidir. Lakin indiyə qədər erməni tərəfi bunun reallaşmasına əngəl törədib. Son vaxtlar isə Ermənistan rəsmilərinin verdiyi pozitiv açıqlamalar rəsmi İrəvanın Azərbaycanın şərtləri əsasında kommunikasiyaları açmaqdan başqa çarəsinin olmadığını göstərir. Lakin rəsmi İrəvan sülhə maraqlı olduğunu təsdiqləmək üçün Konstitusiyaya dəyişiklik etməli və bununla da Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

