Azərbaycan xalqı ölkədə gedən inkişafdan razıdır
16.10.2012 [00:33]
Məlum olduğu kimi, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsinin 9, bu ali vəzifəyə ikinci dəfə seçilməsinin isə 4 ili tamam oldu. Ötən 9 ilə nəzər salmadan öncə onu qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqı hər zaman ölkədə gedən müsbət dəyişiklikləri yüksək qiymətləndirib. Məhz bunun nəticəsidir ki, xalqımız müstəqil Azərbaycanı quran, həmçinin, onun uzunmüddətli və dayanıqlı inkişaf yolunu müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşdi, dövlət quruculuğu yolunda Ulu öndərlə birgə addımladı. Öz növbəsində bütün ömrü boyu Azərbaycan üçün çalışan Ulu öndər Heydər Əliyev xalqı qarşısındakı son xidmətini yerinə yetirmək, ölkənin gələcəyini etibarlı əllərə həvalə etmək üçün xalqı hərtərəfli şəxsiyyət kimi yetişdirdiyi cənab İlham Əliyevə etimad göstərməyə çağırdı. Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində Ulu öndər əsasını qoyduğu siyasəti davam etdirə biləcək şəxs kimi cənab İlham Əliyevi göstərərək “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi.
Azərbaycan xalqı isə seçimini etdi və 2003-cü il prezident seçkisində Ulu öndərin siyasi kursunu davam etdirəcək yeganə namizəd olan cənab İlham Əliyevi dəstəklədi. Əslində, Ulu öndərin xalqa məlum müraciəti və göstərdiyi etimad Prezident İlham Əliyevin çiyinlərində olduqca böyük məsuliyyət demək idi və zaman göstərdi ki, xalq heç də öz seçimində yanılmayıb. Belə ki, Azərbaycana rəhbərlik etdiyi 2003-2008-ci illərdə Prezident İlham Əliyev Ulu öndərin daxili və xarici siyasətini zamanın tələblərinə uyğun şəkildə davam etdirərək Ümummilli liderin və xalqın Ona olan etimadını layiqincə doğrultdu. Təsadüfi deyil ki, ağıllı və səmərəli dövlət idarəçiliyi cənab İlham Əliyevin 2008-ci ildə keçirilən prezident seçkilərində daha böyük dəstəklə, 88,7 faiz səs qazanaraq dövlət başçısı seçilməsini təmin etdi.
Həmin dövrdən keçən müddət ərzində isə dövlət başçısı bundan öncə əsası qoyulan işləri, layihələri davam etdirdi, Azərbaycanı hər baxımdan güclü dövlətə çevirdi. Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edir. Son 9 ildə sosial-iqtisadi, texnoloji, humanitar, beynəlxalq münasibətlər və diplomatiya sahələrində qazanılan böyük uğurlar bunu deməyə əsas verir.
İQTİSADİ İSLAHATLAR UĞURLA HƏYATA KEÇİRİLİR
Bu bir danılmaz həqiqətdir ki, istənilən ölkənin müstəqil inkişafının, rifahının, hərbi gücünün təməlində möhkəm iqtisadiyyat dayanır. İqtisadiyyatın inkişafı ölkənin özünü lazımi istehlak malları ilə təmin etməsi, əhalinin maddi və mənəvi tələbatlarını ödəyə bilməsi, büdcənin genişlənməsi sayəsində digər sferaların inkişafına maliyyə dəstəyinin göstərilməsi deməkdir. Azərbaycan iqtisadiyyatının əsas dayaqlarını neft-qaz sənayesinin təşkil etməsi hər kəsə məlumdur. Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə fəaliyyətə başlayan BTC və BTƏ kəmərləri Azərbaycana böyük həcmdə qazanc gətirdi və indi də ölkənin valyuta ehtiyatları enerji gəlirləri hesabına daim artır. Ölkəmizin strateji valyuta ehtiyatları artıq 45 milyard dollar həcmindədir. 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat olduğu halda, 2008-ci ilədək 4 604 manata yüksəldi, hazırda isə 5 min manatdan yüksəkdir.
Yeri gəlmişkən, hələ bir neçə il əvvəl bir çoxları Azərbaycanın “Holland sindromu” və digər təhlükələrlə üzləşəcəyini iddia edirdi. Lakin Prezident İlham Əliyevin birbaşa nəzarəti və göstərişləri əsasında həyata keçirilən iqtisadi siyasət ölkəmizdə hər hansı neqativ tendensiyanın baş verməsinin qarşısını aldı. Neft gəlirlərindən şəffaf və səmərəli istifadə məqsədilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun fəaliyyəti özünü doğrultdu.
Azərbaycanın neftdən gələn gəlirlərinin qeyri-neft sektorunun - kənd təsərrüfatının, digər sənaye sahələrinin, turizmin inkişafına yönəldilməsi nəticəsində istehsalda və gəlirlərdə bir neçə dəfə artım qeydə alındı. Özəl sektorun genişlənməsi, sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə Dövlət İnvestisiya Proqramı çərçivəsində çox böyük işlər görüldü və hazırda da görülür.
Lakin ölkə iqtisadiyyatının inkişafını yalnız makroiqtisadi göstəricilərlə qiymətləndirmək kifayət deyil. Belə ki, 2008-2009-cu illərin qlobal iqtisadi böhranı Azərbaycanın iqtisadi təhlükəsizliyə nail olduğunu isbatladı. Bir çox ölkələr böhrandan hələ də əziyyət çəkdiyi halda, Azərbaycan bu müddətdə iqtisadiyyatda keçid dövrünü başa vuraraq, yeni zirvələrə doğru yol aldı. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir.
ƏHALİNİN SOSİAL RİFAH HALI YAXŞILAŞIR
Məlum olduğu kimi, iqtisadiyyat sosial sahə ilə sıx bağlıdır. Azərbaycan iqtisadiyyatının sosialyönümlü olması isə bu bağlılığı daha da artırır. Prezident İlham Əliyev ilk dəfə olaraq 2004-2008-ci illəri əhatə edən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını qəbul etdi. Hazırda isə 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının icrası uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişaf proqramlarının, eləcə də, Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramının icrası sayəsində ölkənin hər yerində əhalinin kommunal xidmətlərlə təminatı, yolların bərpası və tikintisi, yeni məktəb və xəstəxanaların, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi təmin olunub və hazırda da bu yöndə işlər davam etdirilir.
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında əhalinin maddi rifah halının, yaşayış səviyyəsinin yüksəldilməsi dayanır. Bu məqsədlə, dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilməkdədir. Yeni iş yerlərinin yaradılması, əmək yarmarkalarının keçirilməsi, maaş və təqaüdlərin artırılması, ünvanlı sosial yardımlar, əmənatlərin qaytarılması və digər addımlar ölkədə işsizlik və yoxsulluqla mübarizədə uğurlu nəticələrin əldə olunmasına gətirib çıxarıb.
Yeri gəlmişkən, ölkənin ümumi inkişafı əhalinin gəlirlərində də özünü göstərir. 2012-ci ilin doqquz ayında əhalinin gəlirləri 12 faiz yüksəlib. Bunun müqabilində inflyasiya cəmi 1,5 faiz artıb.
Azərbaycanda işsizliklə mübarizə də uğurla gedir. Belə ki, 2012-ci ilin ötən dövrü ərzində açılan 94 min iş yerinin 73 mini daimidir. Ümumilikdə, 2004-cü ildən bu vaxtadək 1 milyona yaxın daimi iş yeri yaradılıb. Ötən ilin yekunlarına görə qeydə alınan 5,4 faizlik işsizlik bəzi inkişaf etmiş ölkələrin 15-20 faizi üstələyən işsizlik göstəricisindən dəfələrlə yaxşıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin sosial siyasəti cəmiyyətin bütün təbəqələrinə, ilk növbədə isə, əhalinin yoxsul kəsiminə yönəlib. Xatırladaq ki, 2000-ci illərin ortalarında ölkəmizdə əhalinin 50 faizə yaxını yoxsulluq həddində yaşayırdı. Lakin dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər - yeni iş yerlərinin yaradılması, maaş və təqaüdlərin artırılması, veteranlara, əlillərə, məcburi köçkün ailələrinə dövlət dəstəyinin gücləndirilməsi, regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası öz nəticəsini verib. 2011-ci ilin göstəricisinə əsasən, yoxsulluq 7,6 faizə enib.
Yoxsulluğun azaldılmasında təsirli tədbirlərdən biri də son bir neçə ildə ölkədə ən çox dəstəyə ehtiyacı olan ailələrə ünvanlı sosial yardımların verilməsidir. Ünvanlı sosial yardım proqramının icrası 2012-ci ildə də davam etdirilir. Hazırda ən çox dəstəyə ehtiyacı olan hər ailəyə verilən məbləğ 109 manat səviyyəsindədir. Ümumilikdə isə 143 min ailə dövlətdən ünvanlı sosial yardım alır.
Dövlətin sosialyönümlü siyasətinin və büdcənin maliyyə imkanlarının artmasının daha bir nəticəsi keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qərarı olub. Prezident İlham Əliyevin bu ilin mart ayında imzaladığı müvafiq Sərəncama uyğun olaraq, 2 milyondan artıq əmanətçinin əmanətlərinin qaytarılması gələn ilin sonunadək başa çatdırılacaq. Artıq indiyədək minlərlə insan əmanətlərini alıb. Üstəlik, digər postsovet ölkələri ilə müqayisədə Azərbaycanda əmanətlər ən yüksək əmsalla qaytarılır.
Azərbaycanda pensiyaçılar da həmişə diqqət mərkəzində saxlanılır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu sahədə yeni sistemin fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb. Hazırda, ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir.
Bütün bunlar, görülən işlər isə son nəticədə, dövlətin sosial siyasətinin əhali tərəfindən dəstəklənməsinə səbəb olur.
DİPLOMATİK SAHƏDƏ UĞURLAR ARTIB
Kimsəyə sirr deyil ki, Azərbaycanın daxili uğurları ilə yanaşı, beynəlxalq arenadakı nailiyyətləri də xeyli artıb. Son illərdə Azərbaycanda ən mötəbər beynəlxalq humanitar, mədəni və idman tədbirlərinin, müsabiqələrin keçirilməsi isə ölkəmizə olan marağı daha da artırıb.
Siyasi, iqtisadi, hərbi cəhətdən Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın beynəlxalq nüfuzu da artır.
Azərbaycanın son dövrlərdə ən mühüm beynəlxalq uğurlarından biri, heç şübhəsiz, 2011-ci ilin oktyabrında 155 ölkənin dəstəyi ilə BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi oldu. Bu hadisə Azərbaycanın qlobal miqyasda tutduğu mövqedən xəbər verir. Azərbaycanın “Qoşulmama hərəkatı”na daxil olması və qurumun 120 ölkəsinin dəstəyilə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsini tələb edən qətnamənin qəbulu ölkəmizin qlobal miqyasda daha bir tarixi diplomatik uğurudur.
Ümumiyyətlə, Azərbaycan daim beynəlxalq ictimaiyyətin diqqətini ölkəmiz üçün birinci dərəcəli məsələ olan Dağlıq Qarabağ və ətraf rayonların işğalı faktına yönəltməkdədir. Məlum olduğu kimi, işğalçı Ermənistan danışıqlar prosesində dalana dirənib. Ona görə də, rəsmi Yerevan gah Ramil Səfərovun azadlığa çıxması, gah da Xankəndidə tikilən hava limanının istifadəyə verilməsi məsələlərini qabardaraq danışıqlara kölgə salmağa, prosesi dayandırmağa çalışır. Lakin Ermənistan rəhbərliyinin bütün cəhdləri uğursuzluğa məhkumdur, hətta erməni diasporunun və havadarlarının canfəşanlığı da artıq əvvəlki effekti vermir.
Məlumdur ki, erməni diasporu və lobbisi bütün dünyada Azərbaycana qarşı daim informasiya və ideoloji müharibə aparıb. Müstəqilliyin ilk illərində Azərbaycan öz təxribatçı əməlləri ilə peşəkarlaşmış erməni lobbisinin təbliğatına qarşı mübarizədə xeyli zəif idi. Lakin dövlət rəhbərliyi səviyyəsində görülən işlər, xarici ölkələrdəki səfirliklərin diasporla əlaqələndirilmiş fəaliyyəti illər keçdikcə öz səmərəsini verdi.
Qeyd edək ki, erməni diasporunun və lobbisinin ölkəmizə qarşı aktiv antitəbliğat fəaliyyəti ilə mübarizədə xarici ölkələrdə yaşayan azərbaycanlıların dəstəyini təmin etmək üçün Ümummilli lider Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın potensialından ümumi vətənin - Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, beynəlxalq aləmdə yerini möhkəmləndirməsi naminə istifadə edilməsinə nail oldu. Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində Prezident İlham Əliyevin qətiyyətli mövqeyi isə diasporumuzun gücünü və mütəşəkkilliyini daha da artırdı. Dövlət başçısının səsləndirdiyi “bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır” ifadəsi Azərbaycan həqiqətlərinin müdafiəsində həm diplomatlarımız, həm diasporumuz, həm də ölkənin təbliği üçün çalışan hər bir Azərbaycan vətəndaşı üçün böyük stimul oldu, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılması sahəsində işlərə təkan verdi.
Azərbaycan diasporu bu gün daha da güclənərək lobbiçilik fəaliyyəti ilə də məşğul olur. Hazırda, diaspor təşkilatlarımızın müxtəlif ölkələrdəki səfirliklərimizlə birgə göstərdiyi fəaliyyət tarixən daha mütəşəkkil və aktiv olan erməni diasporunu çətin vəziyyətdə qoyub. Erməni təbliğatına qarşı ən güclü cavab olan Azərbaycan diplomatiyasının qələbəsi göz önündədir. Son bir ildə Xocalı soyqırımının 3 xarici ölkə tərəfindən tanınması bunun göstəricisidir.
Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan diplomatiyasının və diasporunun səmərəli fəaliyyətinin daha bir nəticəsi Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun azad edilməsi oldu.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Eyni zamanda, onu da qeyd edək ki, 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Və bu ərəfədə ölkədəki ictimai əhval-ruhiyyəni öyrənmək məqsədilə “Rəy” Monitorinq Mərkəzi ictimai sorğu keçirib. Sentyabrın 26-30-da keçirilən sorğunun nəticələri Azərbaycan əhalisinin böyük əksəriyyətinin Prezident İlham Əliyevi dəstəklədiyini bir daha təsdiq edib. Belə ki, həmin sorğunun nəticələrinə əsasən, əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, əhalinin təqribən 87 faizi, yəni, mütləq əksəriyyəti öz səsini Prezident İlham Əliyevə verərdi. “İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi” sualını isə respondentlərin 84 faizi “bəli, cavab verir” şəklində cavablandırıb. Sorğu, həmçinin, göstərib ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti, daha doğrusu, 56 faizi birmənalı olaraq səsverməyə qatılardılar. Respondentlərin 17 faizi “yəqin ki, iştirak edərdim” cavab variantını seçib, 14 faizi isə bildirib ki, səsverməyə qatılmaqdan imtina edərdi. Rəyi soruşulanların 13 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, “üzbəüz” müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib.
Beləliklə, sözügedən sorğunun nəticələri də onu göstərir ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun effektliliyindən və ölkənin inkişaf tempindən razıdırlar. Belə olan halda, təbii ki, Azərbaycan xalqı hər zaman olduğu kimi, bundan sonra da Prezident İlham Əliyevi dəstəkləyəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

