UNESCO-da xoşməramlı səfirlərin illik toplantısı keçirilib
17.10.2012 [23:41]
Dünən Parisdə UNESCO-nun mənzil-qərargahında xoşməramlı səfirlərin illik toplantısı keçirilib. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda iştirak edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısında iştirak etmək üçün qurumun Parisdəki mənzil-qərargahına gəlib.
UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Builki toplantı 2012-ci ildə dünyada təhsilin vəziyyətini öyrənmək üçün həyata keçirilən qlobal monitorinqin hesabatına həsr olunub.
Toplantıda çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi təşkilatın prioritetləri və strategiyası barədə danışıb. Bildirib ki, UNESCO-nun yeni gündəliyinə “mədəni dünya və davamlı inkişaf” strategiyasının həyata keçirilməsi də daxildir. Bu sırada təhsil, elm, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, sıx əməkdaşlıq mühitinin yaradılması böyük əhəmiyyətə malikdir. “Dünyada milyonlarla insanın təhsil hüququndan məhrum olduğunu nəzərə alsaq o zaman bu sahənin inkişafının müasir günümüzdə nə qədər böyük əhəmiyyətə malik olduğunu görərik”, - deyən İrina Bokova bu sırada qızların təhsilinin daha çox diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayıb.
UNESCO-nun 22 xoşməramlı səfirinin və dünyanın müxtəlif ölkələrindən dəvət edilən onlarla sülhməramlı artistin iştirak etdiyi toplantıda təhsil və onun inkişafı ilə bağlı müzakirələr aparılıb.
Xoşməramlı səfirlər çıxışlarında dünyada təhsilin inkişafını nəzərdə tutan və UNESCO tərəfindən irəli sürülən təşəbbüsün dəstəklənməsinin əhəmiyyətinə toxunaraq ölkələrində bu məqsədlə həyata keçirilən layihələrdən danışıblar.
Xoşməramlı səfirlər öz nüfuz və təsir dairələrindən istifadə edərək, bütün dünyada UNESCO-nun idealları naminə təşkilatın fəaliyyətini dəstəkləyirlər. Onlar UNESCO-nun konkret proqramlarında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələrə mühüm töhfələr verirlər. UNESCO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda fəallıq göstərirlər. Bu ümumdünya məqsədlərinin reallaşmasında Azərbaycan da yaxından iştirak edir. Təsadüfi deyil ki, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafıdır.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27

