Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Prezident Administrasiyası qanun layihəsini Venesiya Komissiyasına təqdim edib

Əli Həsənov: Prezident Administrasiyası qanun layihəsini Venesiya Komissiyasına təqdim edib

19.10.2012 [00:54]

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına bildirib ki, Mətbuat Şurasının hazırladığı “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib: “Prezident Administrasiyası qanun layihəsini Venesiya Komissiyasına təqdim edib. Hazırda layihə öyrənilir. Onu Venesiya Komissiyası ilə birgə təkrar müzakirə edəcəyik. Bundan sonra isə qanunun qəbul olunması proseduralarına başlanacaq”.
Şöbə müdirinin sözlərinə görə, layihəni Venesiya Komissiyası ilə müzakirə edib işləri əlaqələndirmək Prezident Administrasiyasının məsul şəxslərinə tapşırılıb: “Qanunun qəbulu üçün Venesiya Komissiyası ilə məsləhətləşmələr aparılır. Layihəni Mətbuat Şurası tək deyil, digər jurnalist təşkilatları ilə birgə hazırlayıb. Prosesdə Prezident Administrasiyası da iştirak edib”.
Paylaş:
Baxılıb: 1040 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30