Seçki Monitorinq Koalisiyası: “Seçkiyə hazırlıq prosesi yüksək səviyyədə həyata keçirilir”
21.08.2024 [10:44]
“Milli Məclisə seçkilərin elan olunduğu gündən seçki prosesini müşahidə edirik. Seçkilərdə namizədliyini irəli sürənlərin media vasitəsilə çıxışlarını, Mərkəzi Seçki Komisiyasına müraciətləri, bu müraciətlərin araşdırılması, imza toplama vərəqlərinin verilməsi, imza toplama kampaniyası, MSK-nın toplanılmış sənədlərin qəbuluna münasibəti və digər prosesləri izləmişik. Qənaətimiz budur ki, hər şey qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Seçkiqabağı təşviqat kampaniyasını yüksək qiymətləndirirəm. Bütün namizədlərə həm mediada, həm də yerlərdə təşviqat aparması üçün bərabər şərait yaradılıb. Heç bir maneə yoxdur. Bütün məntəqələrdə təşviqat lövhələri qoyulub, namizədlərin təşviqat materialları bu lövhələrdə yerləşdirilib”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Aydəm İsmayılov deyib.
O bildirib ki, Seçki Monitorinq Koalisiyasının ölkə ərazisi üzrə 65 seçki dairəsində seçki prosesini izləyəcək 533 müşahidəçisi fəaliyyət göstərir:
“Müşahidələrimizə əsasən deyə bilərik ki, bütün dairə seçki komissiyalarında və məntəqə seçki komissiyalarında seçkiyə hazırlıq işləri yüksək səviyyədə gedir. Seçki prosesinin təşkilinə təcrübəli, peşəkar insanlar cəlb olunub. Bununla yanaşı, respublikanın heç bir yerində imzatoplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Namizədlərin bir qismi avqust ayının 9-dan başlamış təşviqat kampaniyasında fəallıq göstərirlər. Tez-tez müxtəlif ərazilərdə, bölgələrdə seçicilərlə görüşür, onların problemləri haqqında ətraflı məlumatlar toplayır, qaldırılan məsələlər ətrafında müzakirələr aparırlar. Müşahidəçilər ölkənin müxtəlif ərazilərində namizədlərin keçirdiyi görüşlərə də diqqət yetirirlər. Təşviqat kampaniyasında namizədlərin seçicilərlə görüşlər keçirməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən bütün dairə seçki komissiyalarını əhatə edən yerlər ayrılıb. Namizədlər rahat şəkildə seçicilərlə görüşlər keçirə bilir”.
A.İsmayılov MSK-nın seçkilərin daha demokratik və şəffaf keçirilməsinə şərait yaradan müsbət dəyişikliklər həyata keçirdiyini də diqqətə çatdırıb: “Mərkəzi Seçki Komissiyası öz işini daha da təkmilləşdirir. Aşağı seçki komissiyalarının əməkdaşlarının maarifləndirilməsi işləri aparılır. O cümlədən, seçicilərin maarifləndirilməsi üçün texnoloji imkanlardan istifadə edilir”.
Kolisiyanın həmtəsisçisi qeyd edib ki, vətəndaş cəmiyyəti institutları sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərin müşahidə edilməsi prosesində aktiv iştirak edirlər: “Seçki günü ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6 min 45 nəfər müşahidəçi olacaq”.
A.İsmayılov bildirib ki, “Mənim səsim” Seçki Monitorinq Koalisiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB-nun) seçki prosesini izləmək üçün dəvət olunmuş nümayəndələri ilə iki dəfə görüş keçiriblər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

