Radikal müxalifətin büdcə layihəsinə yönəlik iddiaları yalan və əsassızdır
16.11.2012 [00:11]
Düşərgənin dövlətimizin əldə etdiyi uğurlara kölgə salmaq cəhdləri bu dəfə də fiaskoya uğradı
Məlum olduğu kimi, Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Layihədə qeyd olunan 2013-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-nin 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır. Azərbaycan xalqının sosial durumunun artırılmasına yönəlik büdcə artımları isə hər il olduğu kimi bu dəfə də radikal müxalifət düşərgəsinin haqsız hədəfinə çevrilib. Ölkəmizdə bütün sahələrdə aparılan sürətli inkişafı etiraf etmək istəməyən radikal düşərgə təmsilçiləri adətləri üzrə bu dəfə də yığışaraq büdcə layihəsinə qarşı əsassız, yalan iddialar irəli sürüblər. Amma illərdir xisləti dəyişməyən radikal düşərgənin növbəti “demarş” istəyi də fiasko ilə nəticələnib...
Qeyri-neft sektoru ildən-ilə büdcədə öz payını artırmaqdadır
Düşərgənin iqtisadçı eksperti Qubad İbadoğlu iddia edir ki, 2013-cü ilin dövlət büdcəsinin böyük hissəsini neft gəlirləri təşkil edir. Amma rəqəmlərdən də görünür ki, bu belə deyil. Təbii ki, büdcənin təşkilinin əsas yükü neft gəlirlərinin üzərində ola bilər, amma qeyri-neft sektorunun büdcədəki payı ildən-ilə artmaqdadır. Yəni, büdcənin Neft Fondundan transfer olunmayan hissəsinin həcmi Q.İbadoğlunun səsləndirdiyi yalançı rəqəmdən çoxdur. Digər tərəfdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafı davamlı şəkildə artmaqdadır. İqtisadi inkişaf naziri Şahin Mustafayev parlamentdə büdcə müzakirəsi zamanı da bildirib ki, proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda, əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-nin tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcək. Onun sözlərinə görə, 2013-cü ildə iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım yenə də 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaq.
Qubad İbadoğlu Gürcüstanın 2013-cü il dövlət büdcəsini hansı məqsədlə 3 dəfə artırır?
Q.İbadoğlu Azərbaycan büdcəsini başqa ölkələrin büdcələri ilə uğursuz şəkildə müqayisə etdiyi zaman isə böyük səhvlərə yol verir. Q.İbadoğlu iddia edib ki, guya Gürcüstanın 15 mlrd. dollar dövlət büdcəsi var. Əslində isə, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi layihəsi digər qonşu ölkələrin - Gürcüstanın gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsindən 5,2 dəfə, Ermənistanın dövlət büdcəsindən isə 10 dəfə çoxdur. Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin gəlirlərinin təxminən 25 milyard ABŞ dolları (19,15 milyard manat.) olacağı proqnozlaşdırıldığı halda 2013-cü ildə Gürcüstanın dövlət büdcəsinin gəlirləri təxminən 4,8 milyard ABŞ dolları (8 milyard lari, 1 dollar = 1,66 lari), Ermənistanın dövlət büdcəsinin gəlirləri isə təxminən 2,5 milyard ABŞ dolları (1 trilyon. 31 milyard dram, 1 dollar = 407.3 dram) proqnozlaşdırılır. Bu o deməkdir ki, Azərbaycanın gələn il dövlət büdcəsi Ermənistan və Gürcüstanın birlikdə büdcələrindən təxminən 3,4 dəfə çox olacaq...
Eyni zamanda, Azərbaycanın dövlət büdcəsinin qeyri-neft sektorundan formalaşan hissəsinin həcmi belə istər Gürcüstanın, istərsə də Ermənistanın dövlət büdcəsindən xeyli çoxdur.
Düşərgə təmsilçiləri iddia edirlər ki, guya Azərbaycanda adambaşına düşən gəlirin həcmi Gürcüstan və Ermənistandakından azdır. Bu isə lap ağ yalandır. Çünki istər xarici ianələr hesabına yaşamağa cəhd göstərən Ermənistan, istərsə də başqa dövlətlərin rəsmi statistikaları da göstərir ki, onlarda adambaşına düşən gəlirin həcmi müxalifətin iddiasına bərabər deyil. Ən sadə məntiqə əsaslansaq, əgər bu rəqəm Ermənistanda 1000 dollar həcmindədirsə, niyə bu ölkənin vətəndaşlarının yarıdan çoxu artıq öz ölkəsini tərk edib, başqa dövlətlərə üz tutur...
Dövlətin uğurlarına kölgə salmaq, millətin maraqlarını tapdamaq cəhdləri nə vaxtdan siyasətlə məşğul olmaq adlanır?
Radikal düşərgə rəhbərlərinin, adlarını iqtisadçı-ekspert qoyan bəzilərinin “proqnozları”nın, “təhlilləri”nin yalan üzərində qurulduğu ortadadır. İqtisadi yüksəlişimizi təhrif etmək, dövlətin əldə etdiyi uğurları göz ardına almaq siyasətlə məşğul olmaqdırmı? Hər zaman yalnız şəxsi maraqlarına uyğun şəkildə təhlillər apararaq öz istək və arzularını ifadə edənlər bir daha yalanlarının içində özlərini əritməklə məşğuldurlar.
Hər şey ortadadır. Radikal müxalifətin iqtisadçı-eksperti Qubad İbadoğlunun 2013-cü ilin büdcə layihəsi ilə bağlı təhlilləri bu düşərgənin bütövlükdə dövlətimizin uğurlarına olan münasibətindən xəbər verir. Q.İbadoğlu öz “təhlilində” qətiyyətlə Azərbaycanın inkişafını gözdən salmağa çalışır, ciddi-cəhdlə Azərbaycanın Gürcüstandan daha az inkişaf etdiyini “sübuta” yetirməyə cəhd göstərir. Onun iddialarının nə iqtisadi, nə də siyasi əsası yoxdur.
Əlahəzrət fakt isə nə rəqəmlərlə, nə də “iqtisadi-siyasi təhlillər”lə hesablaşır. Azərbaycan hakimiyyətinin apardığı siyasi kursun nəinki öz dövləti daxilində, hətta böyük bir regionda inkişafın lokomotivi olması elə Q.İbadoğlunun iddia etdiyi Gürcüstanın dövlət başçısı tərəfindən dəfələrlə səsləndirilib. Hətta bu ilin martında ölkəmizdə səfərdə olan Gürcüstanın dövlət başçısı Mixeil Saakaşvili bir daha vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan nəinki sürətlə inkişaf edən ölkədir, həmçinin, regionun lideridir. Sitat: “...Biz istənilən məsələdə Azərbaycanın yardımını hiss edirik. Buna görə də, ölkələrimizi birləşdirən münasibətlərin gücü məhz bundadır. Bu, əslində regiondakı sabitliyin və inkişafın təməl daşıdır. Bu, məhz Sizin fəaliyyətiniz, Sizin güclü iradəniz, Azərbaycan xalqının iradəsi əsasında baş verir. Siz həm daxildə, həm xaricdə əsl müstəqil ölkəsiniz. Siz regionda bir çox dövlətlər üçün nümunə ola bilərsiniz... Gürcüstan da sürətlə inkişaf edir. Bu inkişafın əsas səbəbi məhz qardaş Azərbaycanın yardımıdır. Bu inkişaf Azərbaycandan əldə etdiyimiz yardım sayəsində baş verir...”
Azərbaycan hakimiyyətinin apardığı dövlət siyasəti inkişafımızın əsas təkanvericisidir
Bəli, fakt ortadadır. Azərbaycanın əldə etdiyi sürətli inkişafı bütün dünya, o cümlədən, region ölkələri etiraf və təqdir edir. Amma Q.İbadoğlu və radikal kəsimin digər nümayəndələri ciddi-cəhdlə əldə olunan uğurlara kölgə salmağa çalışır və əlbəttə ki, bunu bacarmır və bir daha uğursuzluqlarını nümayiş etdirirlər. Üstəlik, nəzərə alsaq ki, Q.İbadoğlu Gürcüstanın dövlət büdcəsinin rəqəmini “səhv” salıb və 3 dəfədən çox göstərməklə təhrif edib, artıq şərhə ehtiyac duyulmamalıdır...
Azərbaycanın 2013-cü il üçün hazırlanan dövlət büdcəsi bir daha göstərdi ki, ölkəmizdə inkişaf davamlı xarakter alır. Digər tərəfdən, büdcədən fərqli sahələrə ayrılan vəsaitlərin artırılması, strateji sahələrə xüsusi diqqətin yetirilməsi isə istər xarici müstəvidə, istərsə də daxildə müstəqil siyasət kursu yürüdən Azərbaycan dövləti üçün yalnız milli maraqların və vətəndaşların rifahının prioritet olduğunun göstəricisidir.
Sevinc Nur,
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

