Filippinin nüfuzlu “BizNews Asia” jurnalının növbəti nömrəsi Azərbaycana həsr edilib
21.11.2012 [17:49]
Filippində ingilis dilində böyük tirajla nəşr olunan nüfuzlu “BizNews Asia” həftəlik jurnalının növbəti nömrəsi Azərbaycana həsr edilib.
Jurnalda Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən demokratik islahatlar, ölkənin uğurlu xarici siyasəti ilə bağlı materiallara geniş yer verilib, beynəlxalq imici barədə söhbət açılıb.
Həmçinin, Azərbaycanın tarixi, zəngin mədəni irsi, neft strategiyası, qısa müddətdə əldə etdiyi iqtisadi nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, böyük enerji resurslarına malik olan Azərbaycan həm də zəngin mədəniyyətinə və qədim tarixinə görə bütün dünyada tanınır. Müsəlman Şərqində ilk opera məhz burada yaradılıb.
Nəşrdə qeyd edilir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən strateji tədbirlərin fonunda ölkə iqtisadiyyatı modernləşdirilir, işsizlik və yoxsulluq problemi isə aradan qaldırılıb. Dünyanı bürümüş iqtisadi böhran Azərbaycana heç bir təsir göstərməyib. Bu ölkədə istər enerji sahəsində, istərsə də qeyri-neft sektorunda, xüsusilə də, təhsil, səhiyyə, kənd təsərrüfatı, maliyyə və bank sektorunda uğurlu islahatlar həyata keçirilib. Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, insanların hüquq və azadlıqlarının qorunması, məhkəmələrin modernləşdirilməsi istiqamətində də xeyli işlər görülüb.
Nəşrdə qeyd olunub ki, 1993-cü ildən 2003-cü ilədək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və 2003-cü ildən bu günə qədər isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan müasir inkişaf mərhələsinə qədəm qoyub.
Qeyd olunub ki, hazırda Azərbaycan rəqabətlilik qabiliyyətinə görə dünyanın 144 ölkəsi arasında 46-cı yerdə qərarlaşıb. Bu, postsovet məkanı ölkələri sırasında ən yüksək göstəricidir. Həmçinin, bu göstərici bəzi Avropa Birliyinin üzvü olan ölkələrin göstəricilərindən də yüksəkdir.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyətinə toxunulub, Prezident İlham Əliyevin perspektiv inkişaf üçün qarşıya qoyduğu strateji vəzifələrindən bəhs olunub. Həmçinin, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və xüsusən də, informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində görülən işlərdən və əldə olunan nəticələrdən söz açılıb. Bildirilib ki, son 10 ildə İKT sektoru 20 faiz böyüyüb.
Bakının may ayında “Eurovision-2012” mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdiyinin vurğulandığı jurnalda Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri ilə keçirdiyi görüşləri əks etdirən fotoşəkillər geniş yer alıb.
Nəşrdə həmçinin, Azərbaycanda sosial-iqtisadi, mədəni layihələrin həyata keçirilməsində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun fəaliyyət və xidmətlərinə də xüsusi olaraq yer ayrılıb.
Jurnalda hakim Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş bəhs olunub, partiyanın beynəlxalq əlaqələrinin inkişafın xüsusi diqqət yetirilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri getdikcə genişlənir və bu qurumların fəaliyyətində iştirakı ildən-ilə güclənir. YAP-ın üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının cari ilin 22-23 iyun tarixlərində Bakı şəhərində keçirilən 17-ci iclasına toxunulan nəşrdə vurğulanıb ki, Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclas YAP-ın beynəlxalq əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

