16-cı beynəlxalq konfrans...
04.09.2024 [09:49]
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda tədbir keçirilib
Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlamaqda davam edir. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir. Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş həmin tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldilər. Bakı Təşəbbüs Qrupu yarandığı vaxtdan indiyədək bir sıra mühüm tədbirlər təşkil edib. Belə tədbirlərdən biri də sentyabrın 3-də Bakıda Fransanın işğalı altındakı Mayot adasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsidir. “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusundakı tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə son bir il ərzində reallaşdırılan 16-cı beynəlxalq tədbirdir. Konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının özünün tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən Mayot adasının ictimai-siyasi xadimləri, diplomatlar, elmi dairələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri siyasi partiyaların üzvləri iştirak ediblər.
Abbas Abbasov: Mayot adasının azadlıq mübarizəsinə də dəstək verəcəyik
Tədbir iştirakçıları Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində adanın vətəndaşlarına vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Mayot adası ilə bağlı Qəmər Adaları İttifaqının və beynəlxalq təşkilatların mövqeyi ətrafında müzakirələr aparıblar. Tədbirdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, son bir neçə ayda paytaxt Bakı müstəmləkəçilikdən əziyyət çəkən xalqların və ölkələrin azadlıq mübarizəsi ilə bağlı beynəlxalq konfranslara ev sahibliyi edir. Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən, əzilən xalqların azadlıq uğrunda mübarizələrinə dəstək verir. A.Abbasov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Qəmər adaları və Mayot adasının tarixindən, azadlıq mübarizəsindən danışıb, bəzi statistik rəqəmləri səsləndirib. İcraçı direktor bu konfransın Mayot adasının azadlıq mübarizəsinə də dəstək verəcəyindən əminliyini ifadə edib.
Ahmed Tabet: Qəmər xalqının müstəqilliyi BMT tərəfindən tanınsa da...
Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet isə çıxışında Azərbaycan hökumətinin və Bakı Təşəbbüs Qrupunun dəstəyini yüksək qiymətləndirib. Ölkəsinin müstəqillik uğrunda mübarizəsindən bəhs edən qonaq bildirib: “Fransa xalqımıza qarşı müstəmləkəçilik siyasəti aparır. Qəmər xalqının müstəqilliyi BMT tərəfindən tanınıb. 1975-ci ildən sonra Fransa yenidən ordusunu Mayota yerləşdirdi. BMT-nin Fransa ordusunun Mayotdan çıxarılması ilə bağlı qətnamələri olsa da, müstəmləkəçi ölkə buna əhəmiyyət vermir və bununla Fransa beynəlxalq hüquqa qarşı çıxır”.
Əməkdaşlıq sazişi imzalanıb
“Fransanın məqsədi Mayot adasında yerləşdirdiyi silahlı qüvvələrinin mövqeyini gücləndirməkdir, bu ölkəni adanın sakinlərinin həyat şəraiti maraqlandırmır”. Bu fikirləri isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev deyib. O bildirib ki, İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə qəbul edilən BMT Nizamnaməsi vətəndaşların hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edir və insan hüquqları ilə bağlı ali prinsipləri rəhbər tutur: “BMT-nin 1960-cı ildə qəbul etdiyi qətnaməsinin tələblərini pozan Fransa Qəmər Adaları İttifaqının sərhədlərinə müdaxilə edir və işğal siyasəti aparır. Fransa 2011-ci ildə Mayotu özünün müstəmləkəsinə çevirib”. C.Vəliyev söyləyib ki, Fransa müstəmləkəçilik siyasəti aparmaqla digər xalqların, ölkələrin hüquqlarını pozur.
Qeyd edək ki, Fransanın müstəmləkəçiliyi altında olan Mayot adasının Maore komitəsi ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet imzalayıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

