“Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda VII Beynəlxalq konfrans keçirilib
01.12.2012 [14:07]
Azərbaycanın Macarıstandakı səfirliyində “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda VII Beynəlxalq konfrans keçirilib.
Builki beynəlxalq konfrans Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilib. Konfransı giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açıb.
Macarıstanın Baş naziri ofisinin beynəlxalq əlaqələr üzrə dövlət katibi Piter Siyyarto və Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov konfrans iştirakçılarına təbrik nitqi ilə müraciət ediblər.
Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
Səfir Vilayət Quliyevin moderatorluğu ilə keçən birinci bölmədə Macarıstan Xarici İşlər Nazirliyi (XİN) Qafqaz və Mərkəzi Asiya departamentinin rəisi, Macarıstanın Azərbaycanda akkreditə olunan ilk səfiri Erne Keşkeni, Macarıstan parlamentin beynəlxalq əlaqələr komitəsi sədrinin müavini, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, defense.security internet portalının naşiri və baş redaktoru, siyasi şərhçi Peter Dunai, Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanov diplomatik əlaqələrin müxtəlif aspektlərinə dair məruzələrlə çıxış ediblər.
Akademik Urxan Ələkbərovun sədrliyi ilə keçən ikinci bölmədə “Avrasiya” jurnalının baş redaktoru, tarixçi-şərqşünas Borbola Obruşanskanın, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru Musa Qasımlının, Budapeştdəki Eötvöş Lorand Universitetinin dosenti, azərbaycanşünas alim Mariya Keneşinin, AZER-GLOBE İctimai-Siyasi Tədqiqatlar İnstitutu Qafqaz tarixi mərkəzinin rəhbəri Şəlalə Həsənovanın, Macarıstan EA-nın akademiki, Eötvöş Lorand Universitetinin hüquq fakültəsinin dekanı Həmzə Qaborun Azərbaycan-Macarıstan münasibətlərinin tarixi aspektlərinə həsr olunmuş məruzələri dinlənilib.
Tanınmış macar hüquqşünası, akademik Həmzə Qaborun sədrlik etdiyi üçüncü bölmə Azərbaycan-Macarıstan münasibətlərinin hüquqi, iqtisadi, siyasi aspektlərinə və təhlükəsizlik məsələlərinə həsr olunub. Bu bölmədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasətin təhlili departamentinin direktoru Rövşən İbrahimov, Macarıstan XİN-in Elmi-Tədqiqat İnstitutunun icraçı direktoru Erjebet Roza, Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı Lalə Cumayeva və Macarıstanın Gənc Sahibkarlar Assosiasiyasının prezidenti Partik Kovaç məruzə ediblər.
Səfir Vilayət Quliyev beynəlxalq konfransın işinə yekun vurub.
Konfransın işində Budapeştdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Macarıstan parlamentinin deputatları, Macarıstanın elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Konfransın işi Macarıstanın elektron KİV-ində geniş işıqlandırılıb.
Tədbir çərçivəsində səfirliyin xətti ilə son bir il ərzində çap olunmuş kitabların təqdimat mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

