/ / İCAPP Asiya geosiyasi məkanında sülh, təhlükəsizlik və əməkdaşlığa mühüm töhfələr verən mötəbər qurumdur
İCAPP Asiya geosiyasi məkanında sülh, təhlükəsizlik və əməkdaşlığa mühüm töhfələr verən mötəbər qurumdur
08.12.2012 [17:54]
Yeni Azərbaycan Partiyasının avanqard siyasi institut kimi İCAPP-da təmsil olunması Cənubi Qafqazın lider dövləti - aparıcı aktoru olan Azərbaycanın Asiyadakı geostrateji perspektivi baxımından pozitiv amil kimi çıxış edir
Xəbər verildiyi kimi, cari ilin 22-23 noyabr tarixlərində Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirilib. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunan Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Ümumilikdə, Assambleya çərçivəsində səsləndirilən fikirlər və ifadə edilən qənaətlər ona dəlalət etdi ki, siyasi partiyalar ittifaqından mötəbər beynəlxalq quruma çevrilən İCAPP öz fəaliyyəti ilə Asiya geosiyasi məkanında sülh, təhlükəsizlik və əməkdaşlığa fundamental töhfələr verən avanqard institutdur.
Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində son zamanlar əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Bunlardan biri də yeni dünya düzənində güc mərkəzinin Qərbdən Şərqə doğru dəyişməsidir. Belə ki, müasir dövrdə Asiya geosiyasi məkanı öz potensial ehtiyatları, intellektual və humanitar resursları, eyni zamanda, təsir imkanları ilə yeni dünya düzənində başlıca güc mərkəzinə çevrilməkdədir. Belə olan təqdirdə, bütöv bir coğrafiyada ayrı-ayrı ölkələri və ya həmin ölkələrin institutlarını eyni məram altında birləşdirən siyasi təsisatların fəaliyyətinə xüsusi ehtiyac vardır. Bu kontekstdə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı da Asiyanın strateji güc mərkəzi kimi çıxış etməsində özünəməxsus rol oynayan institut kimi səciyyələndirilə bilər.
Qeyd etmək lazımdır ki, əvvəla, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı müxtəlif ölkələri eyni amal və ideoloji prinsip ətrafında birləşdirən, siyasi institutların fəaliyyətini intensivləşdirən mötəbər qurum səciyyəsi daşıyır. İkincisi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı həm qurumda iştirak edən siyasi partiyaların təmsil olunduğu regionda, həm də regionətrafı coğrafiyada yerləşən ölkələr üçün böyük maraq kəsb edən ümumi problemlərin (sülh, təhlükəsizlik, inteqrasiya, əməkdaşlıq və s.) müzakirəsi və onlara dair mühüm qərarların qəbul olunması üçün xüsusi əhəmiyyət daşıyır. Heç şübhəsiz, dünyanın digər coğrafı məkanlarında olduğu kimi, Asiya qitəsində də bütün xalqlar və dövlətlər üçün başlıca önəmli məsələlər qismində sülh, təhlükəsizlik, mövcud ziddiyyətlərin aradan qaldırılması, münaqişələrin rasional idarə olunması və öz həllini tapması çıxış edir. Bütün bu məsələlər İCAPP-ın fəaliyyət mexanizmində xüsusi yer tutduğu üçün qurumda aktivlik nümayiş etdirmək bölgə ölkələrinin siyasi institutları üçün böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, İCAPP çərçivəsində siyasi partiyaların intensiv və effektiv əməkdaşlığı Asiya geosiyasi məkanının siyasi inkişafına da özünəməxsus töhfələr verir. Belə ki, mövcud əməkdaşlığın fonunda aparılan müzakirələr, fikir və təcrübə mübadilələri vətəndaş cəmiyyəti quruculuğuna, intensiv institutlaşma prosesinə, qarşılıqlı anlaşma və əməkdaşlığa təkan verməkdədir. Elə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının nümayəndələri də bu prosesi olduqca yüksək qiymətləndirirlər.
Digər tərəfdən, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı bir sıra mötəbər regional və beynəlxalq təşkilatların dəstəklədiyi, fəaliyyətinin təqdir olunduğu qurum kimi tanınır. Bu baxımdan, qurumda təmsil olunan bütün üzv partiyaların ortaq marağı bundan ibarətdir ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində əməkdaşlıq və inteqrasiya daha da sürətlənsin, institut öz fəaliyyət dairəsini genişləndirsin və həm region xalqları, həm də bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər ətrafında önəmli qərar qəbul olunsun, xüsusi nəticələr əldə edilsin.
Bütün bunların fonunda qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyasının (YAP) avanqard siyasi institut kimi İCAPP-da təmsil olunması Cənubi Qafqazın lider dövləti - aparıcı aktoru olan Azərbaycanın Asiyadakı geostrateji perspektivi baxımından pozitiv amil kimi çıxış edir. Başqa sözlə, nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında səmərəli ikitərəfli və çoxtərəfli münasibətlərə malik olan nüfuzlu siyasi partiya kimi tanınır, o zaman qeyd edə bilərik ki, YAP-ın qurumdakı rasional və praqmatik təmsilçiliyi bütövlükdə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

