Niderland hökumətinə etiraz!
17.09.2024 [09:28]
Bakı Təşəbbüs Qrupu hökumətin ölkə parlamentinə təqdim etdiyi yeni proqramı pisləyib
Hazırda bir sıra Qərb ölkələri kolonializm siyasətini davam etdirir. Bu siyasətin mənfi nəticələri yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr, Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.
Niderland 6 ada dövlətinin xalqlarının hüquqlarını pozur
Fransa ilə yanaşı Niderland da kolonializm siyasəti həyata keçirir. Bugünlərdə Niderland hökumətinin ölkə parlamentinə təqdim etdiyi yeni proqram da bəzi xalqların hüquqlarına zidd addımdır. Proqram Nazirlər Kabineti tərəfindən təsdiq olunub və parlamentdə müzakirə olunmalı və təsdiq edilməlidir. Niderlandın yeni hökumətini formalaşdıran Azadlıq Partiyası, Azadlıq və Demokratiya Naminə Xalq Partiyası, Yeni Sosial Müqavilə və Fermerlər və Vətəndaşlar Hərəkatı nizamnamələrində “azadlıq” uğrunda mübarizə apardıqlarını yazsalar da, Karib hövzəsində yerləşən 6 dövlətin - Aruba, Kürasao, Seint Maartən, Bonayre, Seint Eustatius və Saba adalarının xalqlarının azadlıqlarını boğmaqda davam edirlər. Hökumətin təqdim etdiyi yeni proqramda iddia olunur ki, Bonayre, Seint Eustatius, Saba adalarında yaxşı idarəetmə və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, adaların rifahının artırılmasına yönəlmiş qanunvericilik və strateji təşəbbüslər həyata keçirəcək. Bunun üçün Ümumi İdarəetmə Qanunu hazırlanacaq ki, bu yanaşma “riayət et və izah et” prinsipinin tətbiqini nəzərdə tutur.
“Bu adalar BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılıb”
Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və müstəmləkəyə məruz qalan xalqların mübarizəsini dəstəkləyir. Bu baxımdan, Bakı Təşəbbüs Qrupu Niderland hökumətindən xalqların azadlığına hörmət etməyi və adaların müstəqillik uğrunda beynəlxalq təşkilatlar çərçivəsində apardığı mübarizəyə maneələr yaratmamağı tələb edib. Bakı Təşəbbüs Qrupunun məsələ ilə bağlı bəyanatında qeyd edilib ki, əsrlər boyu müstəmləkəçi ölkə olan Niderlandın gec də olsa əsarət altında saxladığı xalqların azadlığına hörmət edəcəyini və özündən on min km-lərlə uzaqlıqda yerləşən ərazilərin müstəqil yaşaması üçün tətbiq etdiyi maneələri aradan qaldıracağına dair cüzi də olsa gözləntilərimiz özünü doğrultmadı. “Niderlandın sağçı-millətçi yeni Nazirlər Kabineti özündən əvvəlki hökumətin koloniyal siyasətini davam etdirməyə hazırlaşır. Hökumət bu adaların bəzilərinin avtonom statusa malik olduğunu iddia etsə də, əslində isə bu ərazilər tamamilə Niderland Krallığından asılı vəziyyətə salınıb. Hətta bu adalar BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılıb”,-deyə bəyanatda vurğulanıb.
Niderland hökumətindən tələb olunur
Niderland müstəmləkələrindəki real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bu ilin 22 avqust tarixində Bakıda Bonayre adasına həsr edilmiş “Bonaıre’s Pathway From Baku Through Un General Assembly To Self-Determınatıon” adlı beynəlxalq konfrans keçirilib. Azadlıqları uğrunda mübarizə aparan bu xalqlar, xüsusən də Bonayre adası BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bu ilin oktyabrında BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etməyi planlaşdırır.
Bakı Təşəbbüs Qrupu Niderland hökumətindən xalqların azadlığına hörmət etməyi və adaların müstəqillik uğrunda beynəlxalq təşkilatlar çərçivəsində apardığı mübarizəyə maneələr yaratmamağı tələb edib.
Qeyd edək ki, yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi üçün 16 beynəlxalq konfrans keçirib. Bu tədbirlər həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda reallaşdırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

