Bakıda Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə tədbir təşkil edilib
24.09.2024 [22:17]
Sentyabrın 24-də Bakıda Tacikistanın dövlət müstəqilliyinin 33-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Tacikistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, səfirlər, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir İlxom Abduraxmon Tacikistanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışıb. O, müstəqilliyin ən böyük nailiyyəti olan sülhün, suverenliyin və milli birliyin təmin olunmasında tacik xalqının müdrikliyinin və Prezident Emoməli Rəhmonun rolunu xüsusi qeyd edib.
Diplomat Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini qeyd edib. O, həmçinin münasibətlərin daha da inkişafında hər iki ölkə rəhbərinin xüsusi rolunu vurğulayıb.
Azərbaycan hökuməti adından Tacikistan xalqını təbrik edən əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev sülh və əmin-amanlıq arzularını çatdırıb.
O, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini, münasibətlərimizin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. Nazir uğurlu əməkdaşlığın əsasında dövlətlərimizin başçılarının şəxsi dostluq münasibətlərinin, eləcə də ölkələrimizin rəsmilərinin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını söyləyib. Bildirilib ki, həyata keçirilən səfərlər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sazişlər ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.
S.Babayev ötən il iki ölkə rəhbərinin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin əhəmiyyətini qeyd edib.
Nazir Azərbaycan-Tacikistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58

