Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
28.12.2012 [02:08]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək deyib ki, qurumun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 79 yazı təqdim olunub. Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Bundan sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılıb. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, müsabiqənin 15 iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb.
Qeyd edilib ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulub.
Məlumat verilib ki, Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən müsabiqəyə 34, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə reallaşdırılan müsabiqəyə isə 29 yazı təqdim edilib. Həmin yazılar 3 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, birinci yer üzrə 1, ikinci yer üzrə 2, üçüncü yer üzrə 3 qalib müəyyənləşdirilib, eyni zamanda, 15 iştirakçıya həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub.
Bildirilib ki, ümumilikdə 101 jurnalistin mükafatlandırılması qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək deyib ki, fərdi jurnalist müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin hər ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində bu cür təntənəli mərasimlərlə mükafatlandırılması artıq Azərbaycanda ənənə halı alıb. Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bu sahədə qəbul etdiyimiz konsepsiyaya uyğun olaraq Fond hər il jurnalistlərin bu və ya digər problemlərini öz üzərinə götürərək onların sosial rifah halını daha da yaxşılaşdırmağa çalışır.
Əli Həsənov bildirib ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin mətbuata münasibətinin əyani təzahürü olan bu cür tədbirlərdən təkcə media mənsubları deyil, bütövlükdə cəmiyyətimiz bəhrələnir.
Prezident Administrasiyasının rəsmisi deyib ki, qarşıdan gələn 2013-cü il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm hadisələrlə zəngin olacaqdır. Bunların arasında, şübhəsiz, prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edəcəkdir. Prezident seçkiləri ilində bu mühüm siyasi kampaniyanın demokratik şəraitdə keçirilməsi üçün Azərbaycan dövlətinin və xalqının informasiya ehtiyaclarının təmin olunması prioritet məsələlər sırasındadır.
Şöbə müdiri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə tarixində ilk dəfə olaraq jurnalistlər üçün tikilən bina gələn il istifadəyə veriləcəkdir. Yeni binadan daha çox ehtiyacı olan jurnalistlər mənzil alacaqlar. Hesab edirəm ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata yüksək diqqət və qayğısının daha bir əyani nümunəsidir.
Əli Həsənov fərdi jurnalist yazıları müsabiqəsinin bütün iştirakçılarını, o cümlədən qalibləri qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilib.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) buraxılış redaktoru Əhməd Məmmədovun Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə müsabiqəyə təqdim etdiyi yazı da mükafata layiq görülüb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

