“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası perspektiv inkişafın konseptual əsasıdır
31.12.2012 [16:18]
Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Fərman imzalayıb
Müasir dövlətlərin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də ümummilli tərəqqinin konseptual əsaslarının hazırlanıb, həyata keçirilməsi təşkil edir. Bu istiqamətdə isə milli dəyərlərə və maraqlara müvafiq surətdə təsbit edilmiş konsepsiyanın müəyyən və icra olunması strateji zərurət qismində çıxış edir. Əlbəttə ki, hər bir dövlətin milli inkişaf konsepsiyası özündə ümumi və xüsusi məqsədləri ehtiva edir. Daha da dəqiqləşdirsək, milli inkişaf konsepsiyasında milli maraqlardan irəli gələn təməl strateji vəzifələr və məsələlər öz əksini tapır. Təbii ki, başlıca strateji məsələlər qismində siyasi, iqtisadi, sosial, mədəni, hüquqi sahələrdə müəyyənləşdirilmiş prioritetlərə müvafiq surətdə təsbit edilən missiya və vəzifələr çıxış edir. Başqa sözlə, milli inkişaf konsepsiyası konkret zaman müddəti üçün nəzərdə tutulmuş milli məqsəd və vəzifələri özündə ehtiva edən əsas rolunu oynayır. Məhz buna görə də, cəmiyyətin müxtəlif yarımsistemlərində (sosial, siyasi, hüquqi, iqtisadi, mədəni və s.) ayrı-ayrı vəzifələr təsbit edilir və onların yerinə yetirilməsi istiqamətində institusional resurslardan istifadə olunur.
Dünya praktikasında milli inkişafın müxtəlif konseptual modelləri mövcuddur. Milli inkişaf strategiyasının təcrübi nümunələri qismində daha çox ABŞ, Yaponiya və Böyük Britaniya inkişaf modelləri, xüsusilə, fərqləndirilir. Bu baxımdan, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da milli inkişafın konseptual əsası kimi dəyərləndirilə bilər. Bəhs olunan konsepsiyanın əhəmiyyəti və fərqi ondan ibarətdir ki, modernləşmə kursuna paralel surətdə müəyyənləşdirilmiş konsepsiyada neokonservativ dəyərlər öz əksini tapıb ki, burada da liberalizmin və konservatizmin çulğalaşması müşahidə edilir.
Ümumiyyətlə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında milli inkişafın bütün əsasları, istiqamətləri, hədəflər və prioritetləri müəyyənləşdirilib. Yeri gəlmişkən, Prezident İlham Əliyev dekabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanda qeyd edilir ki, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur: “Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 1862 nömrəli Sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, həmçinin, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmışdır. Konsepsiya demokratik prinsiplər gözlənilməklə açıq müzakirəyə verilmiş və yekun sənəd maraqlı tərəflərin, o cümlədən, vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gətirilmişdir”.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir” – deyə, Fərmanda bildirib.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək dövrü əhatə edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr arasına daxil etməkdir. Daha dəqiq desək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması əsas məqsəd kimi nəzərdə tutulan sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rifah, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq və ölkəmizin intensiv inkişaf dinamikası ilə inkişaf etmiş ölkələr sırasında qərarlaşa biləcək.
NURLAN
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07

