/ / Yeni müəssisələrin yaradılması nəticəsində ölkəmizin uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin ediləcək
Yeni müəssisələrin yaradılması nəticəsində ölkəmizin uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin ediləcək
12.01.2013 [18:16]
Prezident İlham Əliyev: Əsas məqsədimiz sənaye istehsalını artırmaq, neft amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir
Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən birinə çevrilib. Buna isə respublikda həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirməklə nail olunub. Ötən ilin ümumi daxili məhsul (ÜDM) istehsalının strukturuna diqqət yetirdikdə, bütün iqtisadi sahələrdə artım meyillərinin nəzərə çarpdığını görmək mümkündür. Belə ki, Azərbaycanda qurulmuş iqtisadi sistem xarici şoklara dayanıqlı olduğunu bir daha təsdiqləyib. Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb. İnflyasiya tempi isə hətta ən optimist göstəricilərdən belə aşağı qeydə alınıb (1,2 faiz). Digər tərəfədən, 2012-ci ildə bütövlükdə ÜDM-nin artımı qeyri-neft sektoru hesabına baş verib. Qeyri-neft sektorunun inkişafı isə ölkə iqtisadiyyatının strukturunda da özünü göstərir. Hazırda ölkənin qeyri-neft sektorunun özünün daxilində də pozitiv struktur dəyişiklikləri baş verməkdədir. Bütövlükdə, ötən il qeyri-neft sektorunun 10 faizlik artımı ÜDM həcmindəki artım tempini qoruyub saxlamağa imkan verib. ÜDM-də qeyri-neft sektorunun payının artması və artımın neft sektorunun deyil, qeyri-neft sektorunun hesabına baş verməsi birmənalı şəkildə ölkə iqtisadiyyatının neft sektorundan asılılığını aradan qaldıran əsas faktordur.
Digər tərəfdən, böyük maliyyə ehtiyatlarına malik Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarından yararlana bilir. Bu gün Azərbaycanın dövlət borcu ÜDM-in cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2012-ci ilin statistikası göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sosial-iqtisadi inkişaf dinamikası təmin edilib. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Qeyri-neft sektorunda sənaye istehsalı 8 faizə yaxın, kənd təsərrüfatı isə 6,5 faiz yüksəlib. 2012-ci ildə ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ən qabaqcıl yerlərdədir.
Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında inkişaf göstəricilərinə görə sənayenin çəkisi də artmaqdadır. Bütövlükdə, ölkəmizdə aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib. Hazırda respublikanın müxtəlif bölgələrində, Bakı şəhərində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Məsələn, cari il yanvarın 21-də ölkə iqtisadiyyatı üçün böyük layihə olan “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışı da sənayeləşmə istiqamətində atılan mühüm addımlardan biridir. Bundan əlavə, 2012-ci ilin aprelin 24-də dövlət başçısının iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunan Azgüntex zavodunun, həmçinin, STP-də ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışı olub. Tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Zavodda elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.
İyulun 10-da isə Qaradağ rayonunda 300 milyon avro dəyərində investisiya qoyulan “Holcim” sement zavodunun açılışı olub. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sement zavodlarının ümumi istehsal həcmi 3,3 milyon tondur və ölkə daxili tələbatının yalnız 70 faizini ödəyir. Lakin icrada olan layihələrin hər birinin reallaşması nəticəsində, Azərbaycanın sement istehsalı 5 milyon tonadək artırılacaq. Belə müəssisələrdən biri ötən il dekabrın 19-da Balaxanıda istifadəyə verilən Bakı bərk məişət tullantılarının yandırılması zavodudur. Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Eləcə də, sözügedən zavoda qoyulan vəsait qeyri-neft sektoruna dövlət tərəfindən qoyulan ən böyük investisiyalardan biridir.
Qeyd edək ki, xüsusilə, Azərbaycanda Sumqayıt və Balaxanıda sənaye və yüksək texnologiyalar parkının yaradılması iqtisadi artımın qeyri-neft sektoru amili hesabına təmin edilməsi ilə yanaşı, həm də ölkə iqtisadiyyatının modernizasiyasının həyata keçirilməsi, ölkə iqtisadiyyatının gələcək inkişafının innovativ trayektoriyaya çıxarılması istiqamətində həyata keçirilən çox ciddi addımlardan biridir.
Əlavə edək ki, Balaxanıda sözügedən müəssisənin tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilib. Zavod 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın bu sahədə dünyanın ən aparıcı şirkətlərindən biri olan və 50 illik təcrübəyə malik “Cnim” şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilib. 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən bu zavodun 20 illik istismarı da “Cnim” tərəfindən həyata keçiriləcək. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalacaq. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaq. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət etmək mümkün olacaq. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.
Dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma zamanı əmələ gələn tüstü külü xüsusi süzgəclərlə tutulacaq. Daha ağır və zərərsiz olan dib külündən isə yol tikintisində istifadə edilə bilər. Tullantı hədlərinin monitorinqinin gündəlik aparılacağı zavod ətraf mühitin idarə edilməsi üzrə ISO 14001 standartlarına tam cavab verir. Zavodun fəaliyyəti nəticəsində illik 100 min tona yaxın karbon dioksin-CO2 qazı ekvivalentində istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısını almaq mümkündür.
Əlavə edək ki, zavodun tikintisinə qoyulan investisiyanın həcmi 365 milyon avrodur. Onun bir hissəsi İslam İnkişaf Bankı tərəfindən kredit şəklində verilib, qalan hissəsi isə Azərbaycanın dövlət büdcəsi hesabına formalaşdırılıb. Həmçinin, zavodun tikintisi ilə bağlı Balaxanıda sosial layihə də həyata keçirilib. Balaxanı qəsəbəsinin içməli su ilə təchizatı üçün dəyəri təqribən 10 milyon manat ətrafında yeni layihə icra edilməyə başlanıb və yaxın zamanlarda başa çatacaq.
Eyni zamanda, hökumət Sumqayıt, Gəncə şəhərləri və Bakının Qaradağ rayonunda 3 sənaye şəhərciyi yaratmağı planlaşdırır. Bu istiqamətdə kompleks tədbirlər görülür. Texnologiya parklarının bundan sonrakı uğurlu fəaliyyəti üçün əlavə tədbirlər paketi hazırlanır. Beləliklə, bir neçə yerdə - Sumqayıtda, Balaxanıda, Qaradağ rayonunda və digər yerlərdə böyük sənaye kompleksləri yaradılması nəzərdə tutulub. Bununla yanaşı, texnologiya parklarının ixtisaslaşması prosesi də artıq müəyyən edilib - Yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkı. Sözügedən parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək.
Sözügedən zavodun açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin yaradılmasının əhəmiyyətini önə çəkib. Bildirib ki, yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək: “Çünki bir neçə dəfə qeyd etdiyim kimi, əsas məqsədimiz sənaye istehsalını artırmaq, neft amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə böyük nailiyyətlər əldə edilibdir”. Dövlət başçısı deyib: “Bu zavodun və digər yeni böyük və kiçik müəssisələrin yaradılması nəticəsində biz uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edəcəyik. Əlbəttə, enerji resursları bizə ilkin kapitalın yaradılmasında kömək göstərmişdir. Ancaq biz iqtisadi siyasətimizi elə aparmalıyıq ki, sanki bizdə neft, qaz yoxdur. Yalnız iqtisadi inkişaf, islahatlar, texnoloji prosesin təkmilləşməsi, müasir texnologiyaların gətirilməsi, investorlar üçün yaxşı investisiya şəraitinin yaradılması və xarici aparıcı şirkətlərlə uğurlu əməkdaşlığımız qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün bizə kömək göstərəcəkdir”.
Digər tərəfdən, ölkədə sahibkarlığın inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsi olaraq, Azərbaycanda özəl sektor da dinamik inkişaf edir ki, bu da öz növbəsində qeyri-neft iqtisadiyyatının inkişafına təkan verir. Bu sahəyə dövlət qayğısı ilbəil artır və 2012-ci il bu baxımdan istisna olmayıb. Ötən ildə də sahibkarlığın inkişafı üçün ilk növbədə mövcud mühit daha da yaxşılaşdırılıb və investisiyanın cəlb edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilib. Təkcə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 2012-ci ildə 218 mln manat güzəştli kredit verilib ki, bunun da 128 mln-u əvvəlki illərdə verilmiş kreditlərin hesabına olub. AZPROMO adı ilə Azərbaycan məhsullarının Bruklin bazarında görünməsi həm də ölkə qeyri-neft məhsullarının ixracı strategiyasının uğurundan xəbər verir ki, onun fəaliyyəti yüksək qiymətləndirilməlidir. AZPROMO təkcə 2012-ci ildə ölkədə və xaricdə 308 tədbir həyata keçirib. Bu tədbirlər zamanı Azərbaycanda istehsal olunan malların təşviqi, investorların Azərbaycana cəlb olunması baxımından məlumatların yayılması və s. istiqamətində təbliğat aparılıb. Beləliklə də, Azərbaycanın investisiya şirkəti qeyri-neft sənayesinin inkişafına xidmət edir.
SEVİNC
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

