/ / Mübariz Qurbanlı: ATƏT-ə sədrliyi dövründə Ukraynanın bu regionda münaqişələrin həlli istiqamətində fəallıq göstərəcəyinə ümid edirik
Mübariz Qurbanlı: ATƏT-ə sədrliyi dövründə Ukraynanın bu regionda münaqişələrin həlli istiqamətində fəallıq göstərəcəyinə ümid edirik
17.01.2013 [02:28]
“Biz ATƏT-ə sədrliyi dövründə Ukraynanın bu regionda münaqişələrin həlli istiqamətində fəallıq göstərəcəyinə ümid edirik. Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, bu ölkə ilə GUAM çərçivəsində də sıx münasibətlər qurulub. Bu baxımdan, Ukraynanın ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aktiv siyasət aparacağını gözləyirik”. Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bütövlükdə ATƏT münaqişənin həlli ilə bağlı cəhdlər göstərsə də, bu prosesdə əsas rolu Minsk qrupunun həmsədrləri oynayır. Onun sözlərinə görə, həmsədr ölkələr isə işğalçı Ermənistana ciddi təsir göstərmirlər.
“Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. İrəliləyişin olması üçün Ermənistana təzyiq göstərilməli və bu dövlət işğal etdiyi torpaqlardan çıxmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. Düşünürük ki, ATƏT-ə sədrliyi dövründə Ukrayna bu məsələyə xüsusi diqqət ayıracaq, sülh prosesinin irəli getməsi üçün müəyyən addımlar atacaq” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24

